Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 3(030)-51/2024 14.03.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Daşkəsən Rayon Məhkəməsinin hakimi Mustafayev Mustafa Əli oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Daşkəsən rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, müəyyən etdi: Daşkəsən rayon X1 Patrul inspektoru polis baş serjantı Qəmbərov Seymur tərəfindən 04 fevral 2024-cü il tarixdə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Məhkəmə protokolu nəzərdən keçirib hesab edir ki, toplanmış materiallar natamam olduğundan və inzibati material verilərkən inzibati xəta törədən şəxs təqdim olunmadığından, buna görə də, məhkəmə baxışının təşkili mümkün olmadığından geri qaytarılmalıdır. Göründüyü kimi iş üzrə materiallar natamam olmuş həmçinin inzibati xəta törədən şəxsin məhkəməyə təqdim edilməsi ilə əlaqədar olaraq Daşkəsən rayon Polis şöbəsi tərəfindən zəruri icra tədbirləri görülməmiş, və inzibati xəta törədən şəxs təqdim edilməmişdir. Odur ki, Şəxs AR İXM-nin 334-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə təqdim olunmuş materiallar natamamdır və işə baxılarkən materialların tamamlanması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün Daşkəsən rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 43, 106- 111-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol Daşkəsən rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №3(030)-51/2024
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №3(030)-51/2024
14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver