Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 3(030)-52/2025 28.02.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Daşkəsən Rayon Məhkəməsinin hakimi X4, X3 tərəfindən daxil olmuş şikayət ərizəsinə baxaraq, müəyyən etdim: X3 tərəfindən daxil olmuş şikayət ərizəsi natamam olduğundan, məhkəmə baxışının təşkili mümkün olmadığından geri qaytarılmalıdır. Belə ki, ərizədə natamamlıqlar var, inzibati tənbeh vermə haqında qərar ərizəyə əlavə olunmamışdır. Yuxarıda qeyd olunanlara əsasən, X1 ərizəsi natamam sayılır və işə baxılarkən materialların tamamlanması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək hüququ var. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verə bilər. İş üzrə sənədlərdən görünür ki, şikayət vermiş şəxs X1 yaşayış yeri Daşkəsən şəhəri S.Vurğun küçəsi bina 15 mənzil 6-dir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, X1 şikayət ərizəsinə inzibati tənbeh olunma barədə qərar əlavə olunmadığına görə şikayət ərizəsi və əlavə olunmuş digər sənədlər X2 geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 61.1.6, 109.1.6, 129.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 ərizəsi və ona əlavə olunmuş digər sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilmir. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-52/2025
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №3(030)-52/2025
28.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver