Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-55/2023 13.02.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4, tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Daşkəsən rayonu Qabaqtəpə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Daşkəsən rayonu Qabaqtəpə kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra AR İXM) 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Gəncə Apelyasiya Məhkəməsinin 03 noyabr 2011-ci il tarixli 2(104)-3729/2021 saylı icra vərəqəsi üzrə xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay 150 manat sabit pul məbləğində alimenti borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs ödəməyə borlcu olduğu halda, icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədlərini üzürsüz səbəbdən icra etməmiş və tələbkar Zərərçəkmiş şəxs 2430 (iki min dörd yüz otuz) manat məbləğində aliment borcu yığılıb qalmışdır. Bununla da, Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 bildirmişdir ki, Gəncə Apelyasiya Məhkəməsinin 03 noyabr 2011-ci il tarixli 2(104)-3729/2021 saylı icra sənədinə əsasən borclu Şəxs 2430 manat məbləğində borcu yığılıb qalmışdır. Borclu Şəxs tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilməklə vaxt verilmiş, lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Bundan sonra dəfələrlə borcluya üzərinə düşən öhdəliyi yerinə yetirməsi, qüvvədə olan məhkəmə qərarının icra edilməsi barədə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs tələbkara olan borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Bundan sonra borclu Şəxs dəfələrlə Daşkəsən rayon icra və probasiya şöbəsinə dəvət edilsə də, o, icra şöbəsinə gəlməkdən boyun qaçırmış, yalnız sahə rəisinin köməkliyi ilə borclunu icra şöbəsinə gətirmək mümkün olmuşdur. Hazırda qalıq borcundan 1250 (bir min iki yüz əlli) manat ödəniş etmişdir. Məhkəmədən inzibati iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs bildirmişdir ki, Gəncə Apelyasiya Məhkəməsinin 03 noyabr 2011-ci il tarixli 2(104)-3729/2021 saylı icra sənədinə əsasən cavabdehin ona 2430 manat borcu olduğu protokolda qeyd edilsə də onlar 7 ay birlikdə yaşamışlar və yaşadığları müddət olan həmin borcun silinməsinə etiraz etmir. Qalan borcun məbləği isə 1280 manat təşkil edir və cavabdeh ona Daşkəsən rayon İcra və Probasiya şöbəsi vasitəsi ilə qalan aliment borcundan 1250 (bir min iki yüz əlli) manat ödəniş etmişdir. Buna görə də, məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf edərək bildirmişdir ki, Gəncə Apelyasiya Məhkəməsinin 03 noyabr 2011-ci il tarixli 2(104)- 3729/2021 saylı icra sənədinə əsasən onun 2430 manat borcu yığılmışdır. O, həmin məbləği qismən borc kimi qəbul edir. Belə ki, o tələbkarla aliment təyin olunduqdan sonra 7 ay birlikdə yaşamış və hər bir maddi təminatını qarşılamışdır. Qalan borcundan Daşkəsən rayon İcra və Probasiya şöbəsi vasitəsi ilə 1250 (bir min iki yüz əlli) manat məbləğində ödəniş etmiş, borcun geri qalan hissəsini qısa zamanda ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İş üzrə Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X2 tərtib etdiyi inizbati xəta haqqında 08 fevral 2023-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin 03 noyabr 2011-ci il tarixli 2(104)-3729/2021 saylı icra vərəqəsinin icrası ilə əlaqədar Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş və tələbkar Zərərçəkmiş şəxs 2430 manat məbləğində aliment borcu yığılıb qalmışdır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Daşkəsən rayon İcra və Probasiya şöbəsi vasitəsi ilə borclu Şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs 1250 (bir min iki yüz əlli) manat ödəniş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, tələbkar və icra məmurunun izahatlarını dinləyib, inzibati işin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb, belə nəticəyə gəlir ki, Şəxs əməlində AR İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığı üçün inzibati işin icraatına xitam verilməlidir. Belə ki, AR İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. İcra sənədinin icrası ilə əlaqədar olaraq Daşkəsən rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən zəruri icra tədbirləri görülmüş, borclunun əmlakı, bankda hesablarının olub-olmaması yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Odur ki, borclunun əməlində borcundan üzürsüz səbəbdən, qərəzli yayınma halları mövcud deyildir. AR İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 53.0.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 75.0.1-75.0.7-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmişşəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait sübut edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmişşəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2 -ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev X4 изащатында эюстярир: Gəncə Apelyasiya Məhkəməsinin 03 noyabr 2011-ci il tarixli 2(104)-3729/2021 saylı icra sənədinə əsasən borclu Şəxs 2430 manat məbləğində borcu yığılıb qalmışdır. Borclu Şəxs tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilməklə vaxt verilmiş, lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Bundan sonra dəfələrlə borcluya üzərinə düşən öhdəliyi yerinə yetirməsi, qüvvədə olan məhkəmə qərarının icra edilməsi barədə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs tələbkara olan borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Bundan sonra borclu Şəxs dəfələrlə Daşkəsən rayon icra və probasiya şöbəsinə dəvət edilsə də, o, icra şöbəsinə gəlməkdən boyun qaçırmış, yalnız sahə rəisinin köməkliyi ilə borclunu icra şöbəsinə gətirmək mümkün olmuşdur. Hazırda qalıq borcundan 1250 (bir min iki yüz əlli) manat ödəniş etmişdir. Məhkəmədən inzibati iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edirəm. İcra məmuruna sual olmadı. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə изащат вермяйи тяклиф едир. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şяхс Şəxs оьлу изащатында эюстярир: Gəncə Apelyasiya Məhkəməsinin 03 noyabr 2011-ci il tarixli 2(104)-3729/2021 saylı icra sənədinə əsasən onun 2430 manat borcum yığılmışdır. Həmin məbləği qismən borc kimi qəbul edirəm. Tələbkarla aliment təyin olunduqdan sonra 7 ay birlikdə yaşamışıq və hər bir maddi təminatını qarşılamışam. Qalan borcumdan Daşkəsən rayon İcra və Probasiya şöbəsi vasitəsi ilə 1250 (bir min iki yüz əlli) manat məbləğində ödəniş etmişəm, borcun geri qalan hissəsini qısa zamanda ödəməyi öhdəmə götürürəm. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə sual olmadı. Sədrlik edən tələbkara izahat verməyi təklif edir. Tələbkar Zərərçəkmiş şəxs izahatında göstərir: Gəncə Apelyasiya Məhkəməsinin 03 noyabr 2011-ci il tarixli 2(104)-3729/2021 saylı icra sənədinə əsasən cavabdehin ona 2430 manat borcu olduğu protokolda qeyd edilsə də 7 ay birlikdə yaşamışıq və yaşadığımız müddətdə olan həmin borcun silinməsinə etiraz etmirəm. Qalan borcun məbləği isə 1280 manat təşkil edir və cavabdeh mənə Daşkəsən rayon İcra və Probasiya şöbəsi vasitəsi ilə qalan aliment borcundan 1250 (bir min iki yüz əlli) manat ödəniş etmişdir. Buna görə də, məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş edirəm. Tələbkara sual olmadı. Sədrlik edən ишдя олан сянядляри охуйуб елан едир вя proses iştirakçılarından щямин сянядляря даир суалы və ишин мащиййяти иля баьлы ня кими ялавяляри, вясатятляри олуб-олмамасыны сорушур. Protokol tərtib edən şəxs X4: - eлан олунан сянядляря даир суалым və əlavəm, vəsatətim йохдур. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs оьлу: - eлан олунан сянядляря даир суалым və əlavəm, vəsatətim йохдур. Tələbkar Zərərçəkmiş şəxs:- eлан олунан сянядляря даир суалым və əlavəm, vəsatətim йохдур. Sədrlik edən qərarın чыхарылмасы цчцн мцшавиря отаьына эедир. Sədrlik edən мцшавирə отаьындан гайыдыр вя гярары охуйуб елан едир. Qərardan шикайят верилмяси müddətini və гайдасыны изащ едир. Sədirlik edən proses iştirakçılarına məhkəmə iclas protokolu ilə tanış olma hüquqlarını вя она даир гейдляр вермяк щцгугlarının олдуьуну изащ едир. Сядрлик едян мящкямя иъласыны саат 11:20-дə баьлы елан едир. Protokol 13 fevral 2023-cü ildə tərtib olundu. Сядрлик едян: ______________ Mustafa Mustafayev Kатиб: ______________ Bəylər Fərzəliyev
Məhkəmə qərarları › İş №3(030)-55/2023
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-55/2023
13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver