Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-55/2025 17.03.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X5 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Daşkəsən rayon Əhmədli kənd orta məktəbində ocaqçı işləyən, Daşkəsən rayonu Əhmədli kəndində yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin (bundan sonra İXM) 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, X2 tərəfinfən 04 mart 2025-ci il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs istifadəsində olan **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa aynasını sındıraraq ona maddi ziyan vurmuşdur. İnzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işin təxirə salınması barədə vəsatəti daxil olmamışdır. Ona görə də məhkəmə həmin şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətanı törətməsini etiraf edərək göstərmişdir ki, hadisə xx.xx.2025ci il tarixdə Əhmədli kəndində olmuşdur. Əhmədli kəndində evinin qarşısında aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxslə dava etmiş əlinə götürdüyü daş parçasını Niyaməddinə tərəf atmış lakin nəticədə daş parçası Niyaməddinə yox, avtomobilin arxa aynasına dəyərək sındırmışdır. Hazırda onunla barışmış və maddi ziyanı tam şəkildə ödəmişdir. İş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Əhmədli kəndində Elnarə xanımla mübahisə edərək dalaşmışdır. Onların arasında anlaşılmazlıq olmuş və dava etmişlər. Hazırda Elnarə ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir. Elnarə ilə barışmış, ona qarşı heç bir şikayəti yoxdur. Məhkəmədən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə əlavə edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Niyaməddinlə barışmış və ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir. İşə əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir. Hazırda Elnarı ilə barışmış ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. İşə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs İXM-nin 232-1-ci maddəsində göstərilən inzibati xətanı törətdiyi üçün onun inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-ya göndərilməsi qərar alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qüsur aktı-rəyin surətindən görünür ki, “VAZ 21074” minik markalı **-TZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 200 (iki yüz) manat maddi zərər dəymişdir. Məhkəmə iclasında Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi və inzibati işin materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 232-1-cı maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsinə əsasən Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəməyə təqdim olunmuş ərizələrdən göründüyü kimi, inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödəmiş və zərər çəkmiş şəxslə barışmışdır. Odur ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-50, 53, 105, 106, 112, 114, 115, 117 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-in 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-55/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-55/2025
17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver