Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-58/2023 01.03.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1995-ci il tarixdə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Daşkəsən rayonu Güneykənd kəndində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsindən daxil olmuş inzibati xətaya dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını yerinə yetirən «FORD» markalı **-VR- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs 16 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsi tərəfindən yoxlama reydi keçirilən zaman həmin şöbənin əməkdaşlarına qanunvericiliklə nəzərdə tutulmuş sənədləri təqdim etməmişdir. Bununla da, Şəxs AR İXM-nin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin nümayəndəsi üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həm rəsmi qaydada poçt vasitəsilə məlumat verilməsinə baxmayaraq üzürsüz səbəbdən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, sübutlara hüquqi qiymət verib, hesab edir ki, Şəxs инзибати хята törətməsi 16 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin inspektoru X3 tərəfindən тяртиб олунмуш MN ******* saylı инзибати хята щаггында протокол, 16 yanvar 2023-cü il tarixli akt ilə вя ишин диэяр щаллары ilə kifayət qədər сцбута йетирилмиш, düzgün olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməli AR İXM-nin 552-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə iнзибати тянбещ тядбири тятбиг олунмалыдыр. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydalarının 1.3-cü maddəsinə əsasən Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı və taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən vergi ödəyiciləri istisna olmaqla) “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı və taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən vergi ödəyicilərinə münasibətdə Bakı Nəqliyyat Agentliyindən, digər hallarda isə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar. İşin faktiki halları ilə müəyyən edildi ki, 16 yanvar 2023-cü il tarixdə Daşkəsən şəhəri ərazisində reyd aparılan zaman mikroavtobus ilə sərnişin daşımalarını yerinə yetirən «FORD» markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs idarə etdiyi avtomobil saxlanılmış və sürücüdən “Fərqlənmə nişanı” tələb olunmuşdur. Lakin, Şəxs Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin əməkdaşına qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-in 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta haqqında materialı tədqiq edərək hesab edir ki, Şəxs AR İXM-nin 552-ci maddəsi ilə təqsirli bilinib barəsində 50 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və AR İXM-nin 40, 43, 48, 51, 114, 128 və 130-cu maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №3(030)-58/2023
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-58/2023
01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver