Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-58/2025 05.03.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X5 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin DYPB-nin baş inspektoru X2 iştirakı ilə, xx.xx.1995-ci ildə Daşkəsən rayonu Qabaqtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsi, Çaparidze küçəsi ev 14-də yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin (bundan sonra AR İXM) 329.1 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Daşkəsən RPŞ-dən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Nəqliyyat vasitəsini idarə etmək hüququ olan Şəxs xx.xx.2025-ci il tarixdə Daşkəsən şəhəri Heydər Əliyev prospektidə “Vaz 21063” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə və narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə Daşkəsən rayon DYPB-in əməkdaşı tərəfindən tərtib olunmuş xx.xx.2025ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış materiallar ilə birlikdə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin faktla bağlı Daşkəsən RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 329.1 və 333-1.1-ci maddələri ilə 05 mart 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin DYPB-nın baş inspektoru X3 izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə günorta saatlarında radələrində Daşkəsən şəhəri Heydər Əliyev prospektidə avtomobillə hərəkət edərkən onun sərxoş vəziyyətdə avtomobil idarə etməsi yoxlanılmış və narkotik vasitə qəbul etməsi təsdiqini tapmışdır. O, öz razılığı əsasında tibbi müayinə olunması üçün Gəncə Şəhəri Narkoloji Duspanserinə aparılmış, müayinə zamanı sidiyində narkotik vasitə aşkar olunmuşdur. Narkotik vasitə qəbul edərək nəqliyyat vasitəsini idarə etdiyini özü də etiraf etmişdir. Ona görə də barəsində İXM-nin 329.1 və 333.1-ci maddələri ilə protokol tərtib olunmuşdur. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə günorta saatlarında istifadəsində olan “Vaz 21063” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitədən istifadə edərək sərxoş vəziyyətdə idarə etmişdir. Özünün razlığı ilə onu Gəncə şəhərinə aparıb oradan tibbi müayinədən keçirmişlər. Tibbi müayinə zamanı bədənində narkotik vasitə aşkar olunmuşdur. Hazırda etdiyi əməldən peşman olmasını nəzərə alaraq qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan Gəncə Şəhəri Narkoloji Dispanserin xx.xx.2025-ci il tarixli 998/2025 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsinin nəticəsi barədə kağız daşıyıcıda əks etdirilən aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 15:20-də fiziki şəxs Şəxs sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçirilmiş və onun sidiyində narkotik vasitə (THC) aşkar edilmişdir. Müayinə aktı Şəxs tərəfindən imza edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 04 mart 2025-ci il tarixdə “Vaz 21063” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Daşkəsən şəhəri Heydər Əliyev prospektidə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə və nəqliyyat vasitəsini narkotik vasitə istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsinə görə Şəxs barəsində İXM-nın 329.1 və 333-1.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin protokolda “razıyam, etirazım yoxdur” sözlərinin qarşısına imza etməklə sənəddə yazılanlarla razı olduğunu bildirmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli nəqliyat vasitəsini idarə etməkdən kənarlaşdırma və ya sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinə protokolundan görünür ki, “Vaz 21063” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs narkotik vasitə qəbul edərək sərxoş vəziyyətdə olduğu üçün avtomobili idarə etməkdən kənarlaşdırılmış və avtomobil Daşkəsən RPŞ-nin dayanacağına aparılmışdır. Həmin protokola da Şəxs imza etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və protokol tərtib edən şəxsin izahatlarını dinləyib, işin materiallarını hərtərəfli, obyektiv araşdırıb, sübutlara hüquqi qiymət verib hesab edir ki, Şəxs nəqliyyat vasitəsini narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi qanunamüvafiq qaydada sübuta yetirilmişdir. Belə ki, sərxoşluq vəziyyətinin tibbi müayinəsinin nəticəsi əsasında şəxsin xx.xx.2025-ci il tarixdə saat 15:20-də narkotik vasitədən istifadə olunma nəticəsində avtomobili sərxoş vəziyyətdə idarə etməsi faktı təsdiqini tapmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib olunan protokolu və tibbi müayinə aktını imzalayaraq qeyd olunanlarla razı olduğunu bildirmişdir. Azərbaycan Respublikasının İXM-nın 333-1.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmçinin “Yol-patrul xidməti haqqında Təlimatın” 5.11-ci maddəsinə əsasən şəxs alkotester və ya narkotesterlə aparılan müayinənin nəticəsi ilə razılaşmadıqda hal şahidlərinin iştirakı ilə “Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə protokol” tərtib olunur (Təlimata 14 nömrəli əlavə) və o, tibbi müayinə olunması üçün dövlət tibb müəssisəsinə göndərilir. Həmin Məcəllənin 96.3-cü maddəsinə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxsin inzibati xəta törətməsini sübut etmək vəzifəsi icraatında inzibati xəta haqqında material olan dövlət orqanın üzərinə düşür. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə, habelə inzibati işin faktiki hallarına uyğun olaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 600 (altı yüz) manat məbləğində cərimə edilməlidir. Azərbaycan Respublikasının İXM-nın 43.1-ci maddəsinə əsasən İXM-nın 329.1-ci maddəsi üzrə işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid deyildir. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Ona görə də, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-cü maddəsində nəzərdə tutulmuş əmələ görə işin materilları baxılması üçün Daşkəsən RPŞ-nin DYPB-nə göndərilməlidir. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 106-114, maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs İXM-nın 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı materiallar baxılması üçün Daşkəsən RPŞ-nin DYPB-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-58/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-58/2025
05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver