Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-59/2024 11.10.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X6 Hafiz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1983-cü ildə Daşkəsən rayonu. Qabaqtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gəncə şəh, M.Y.Axundzadə küç, 6-döngə, ev 41-də qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 334- 1.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən Şəxs Niazmi oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli və həmin məcəllənin 334-1.1 maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokollar və onlara əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası İXM-nin 206 və 334-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməsinə dair protokollar tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs təyin olunmuş məhkəmə iclasına gəlmədiyi üçün şəxsin barəsində məcburi gətirilmə barədə qərar qəbul edilməklə inzibati xəta haqqında iş üzrə icraat məhkəmənin xx.xx.2024-cü il tarixli 3(030)- 59/2024 nömrəli qərarı ilə dayandırılmışdır. Hazırda şəxs könüllü olaraq gəldiyindən iş üzrə icraat təzələnərək işə şəxsin iştirakı ilə baxılması barədə qərara qəbul edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş, inzibati protokolu tərtib etmiş Daşkəsən Rayon Polis Şöbəsinin sahə rəisi X3 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15:40-da Gəncə-Daşkəsən yolunun 17-ci km-də Şəxs Niazmi oğlunun üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə aşkar olunmuşdur. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməlləri törətdiyini etiraf etməyərək izahatında göstərmişdir ki, o, həmin vaxt sərxoş olmamış və narkotik vasitə qəbul etməmişdir. Avtomobili özü Daşkəsən şəhərinə kimi idarə edərək gətirmişdir. Polislər tərəfindən saxlanılan gün sərxoş olması müəyyən edilməmiş sabahı gün ona sərxoş olması bildirilmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Bölməsinin xx.xx.2024-cü il tarixli 16/176 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şəxs..” yazılar və imzalar olan kağız paketdə, 1 (bir) ədəd ağ rəngli salfet bükümüündəki kitab vərəqi kəsiyi bükümündə tən çəkisi 1,06 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (nakkabis bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə) - qurudulmuş marixuanadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli 165 nömrəli rəyindən görünür ki, şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomoniya xəstəliyindən əziyyət çəkir. Narkomoniya kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd olunması haqqında” qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrinin tərkimi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlaməti olduğu üçün onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qəraraın surəti PPŞ-nin X2 göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd olunması haqqında” qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrinin tərkimi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir.Şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinin tərkib əlaməti olduğu üçün onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qəraraın surəti DYPB-nə göndərilmişdir. Məhkəmə iş materiallarından və rəylərdən müəyyən etmişdir ki, şəxsin narkotik vasitəni qanunsuz saxlaması və ondan istifadə edərək sərxoş vəziyyətdə avtomobili idarə etməsi göstərilsə də onun qan, sidik və digər analiz nümunələri götürülərək onun narkotik istifadəçisi olması aydınlaşdırılmamışdır. Bununla bağlı inzibati xəta haqqında iş üzrə zərurət yarandığından xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər X1 Alim Nizami oğlunun narkoloji müayinədən keçən zaman sərxoşluq vəziyyətinin müəyyən olunub-olunmamsı, qan və sidik analizlərinin götürülüb-götürülməməsi, götürülmüşsə də sərxoşluq barədə müayinənin nəticələrinin məhkəməyə göndərilməsi tələb olunmuşdur. Lakin hazırki vaxtadək həmin məlumatlar məhkəməyə göndərilməmişdir. Məhkəmə inzibati işin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə münasibətdə inzibati işin icraatına İXM-nin 38.3-cü maddəsinə əsasən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasaən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin məcəllənin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhkəmə inzibati işin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-cı maddəsinə münasibətdə inzibati işin icraatına İXM-nin 53.2-cü maddəsinə əsasən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci-maddəsinə əsasaən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə –səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmişşəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən (inzibati tənbeh cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər) 334-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair isə inzibati xəta haqqında işin icraatına həmin məcəllənin 53.2-ci maddəsinə əsasən (təqsirliliyi sübuta yetirilmədikdə) xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3, 38.5, 40, 43, 48, 50, 51, 53, 114-115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı və 334-1.1 maddəsi maddəsii ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-59/2024
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-59/2024
11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver