Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-59/2025 07.04.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X11 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Daşkəsən Rayon Prokurorluğunun səlahiyyətli nümayəndəsi X1 və “X12 Doldurma və Yem İstehsalı” MMC-nin nümayəndəsi, Vəkil, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə “X12 Doldurma və Yem İstehsalı” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.1-ci maddəsi ilə Daşkəsən Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar üzrə inzibati xəta haqqında işə açıq məhkəmə icalsında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Daşkəsən Rayon Prokurorluğu tərəfindən “X12 Doldurma və Yem İstehsalı” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-nın 192.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, 25-1-2-2-413-2043-1 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul olunaraq baxılması üçün iş materialları ilə birlikdə Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında Daşkəsən Rayon Prokurorluğunun qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Zərərçəkmiş şəxs1 2024-cü ilin noyabr ayında “X12 Doldurma və Yem İstehsalı” MMC-nin Daşkəsən rayonunda yerləşən 2 mərtəbəli inzibati binasının təmiri üçün usta kimi, Zərərçəkmiş şəxs2 isə nəzarətçi kimi işə cəlb edilmişlər. Bununla da “X12 Doldurma və Yem İstehsalı” MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Daşkəsən Rayon Prokurorluğunun səlahiyyətli nümayəndəsi X1 izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müraciətləri əsasında aparılmış araşdırma nəticəsində həmin şəxslərin “X12 Doldurma və Yem İstehsalı” MMCdə əmək müqaviləsi bağlanılmadan işə cəlb olunması müəyyən olunmuşdur. Bu səbəbdən Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə iş başlamışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Daşkəsən Rayon Prokurorluğunun səlahiyyətli nümayəndəsi X3 bildirmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şikayətlərinin araşdırılması nəticəsində “X12 Doldurma və Yem İstehsalı” MMC-də onların əmək müqaviləsi bağlanılmadan işə cəlb olunması müəyyən olunmuşdur. Bu faktlar əsasında Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə iş başlamış və inzibati xətanın törədilməsi təsdiqini tapmışdır. Məhkəmə iclasında “X12 Doldurma və Yem İstehsalı” MMC-nin nümayəndəsi, Vəkil izahatında göstərmişdir ki, işə cəlb olunmuş şəxslərlə “X12 Doldurma və Yem İstehsalı” MMC-nin heç bir əlaqəsi olmamışdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 binada təmir işlərini aparmağı Zərərçəkmiş şəxs4 ilə razılaşmışlar. Zərərçəkmiş şəxs4 isə həmin hüquqi şəxsin rəhbəri deyildir. Ümumiyyətlə iş mülki xarakterli mübahisədir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Daşkəsən Rayon Prokurorluğunun səlahiyyətli nümayəndəsi X3 izahatında bildirmişdir ki, araşdırma nəticəsində “X12 Doldurma və Yem İstehsalı” MMC-də iki nəfərin əmək müqaviləsi bağlanılmadan işə cəlb olunması müəyyən olunmuşdur. Bu səbəbdən Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə iş başlamışdır. İnzibati xətanın törədilməsi təsdiqini tapmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında bildirmişdir ki, binaların təmiri işləri ilə məşğul olur. Ağdamda işlədiyi vaxt Novruz ona zəng vuraraq kvadratı beş manatdan lanbirin vurmaq üçün iş olduğunu demişdir. Onlar bu işlə bağlı Daşkəsən rayonunda Zərərçəkmiş şəxs4 adlı şəxslə danışıb, kvadratı beş manatdan olmaqla razlaşmışlar. Heç bir sənədə imza çəkməmişdir.Sonradan Elşən onlara hər kvadrat üçün üç manatdan verəcəyini bildirmişdir. Pulunu tam vermədiyindən ondan polisə şikayət etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında bildirmişdir ki, binalarda ustalıq edir işlərini görür. Zərərçəkmiş şəxs4lə onu Rafael adlı şəxs tanış etmişdir. İşlədikləri obyekti Elşənin obyekti kimi tanıyıblar. Onlar 5400 manatlıq işi görüblər, lakin Elşən onun pulunu tam vermədiyindən ondan polisə şikayət etmişdir. Müəssisədə su ilə əlaqəli iş getməyib. O, orda fərdi usta kimi işləmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, “X12 Doldurma və Yem İstehsalı” MMC barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, inzibati xəta haqqında işə məhkəmədə baxılarkən müəyyən olunmuşdur ki, binada təmir işlərinə cəlb olunmuş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə şifahi razılaşma Zərərçəkmiş şəxs4 arasında olmuşdur. Lakin, Zərərçəkmiş şəxs4 “X12 Doldurma və Yem İstehsalı” MMC-nin rəhbəri olmamış və onun həmin hüquqi şəxsin adından əmək müqaviləsi bağlamaq səlahiyyəti olmamışdır. Belə ki, iş materiallarında olan 12 saylı Ərazi Vergilər Baş İdarəsinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, “X12 Doldurma və Yem İstehsalı” MMC-nin qanuni təmsilçisi X4r. “X12 Doldurma və Yem İstehsalı” MMC-nin Nizamnaməsinin 5.2.5-ci bəndində, cəmiyyətin əməkdaşları ilə əmək müqaviləsi bağlamaq və ya ləğv etmək qanuni təmsilçinin səlahiyyətinə aid edilmişdir. Həmçinin, təmir işləri aparılmış daşınmaz əmlak obyektinin də “X12 Doldurma və Yem İstehsalı” MMC-nin mülkiyyətində və ya istifadəsində olması da sübutlarla təsdiqini tapmamışdır. Belə ki, işə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin verdiyi xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu, Quşçu Körpüsü qəsəbəsində yerləşən Əmlak kompleksi bərabər hissələrdə X6 ilə X2 paylı mülkiyyətindədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə görə, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait, inzibati xəta haqqında iş üzrə sübut edilməlidir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.1-ci maddəsinə görə, İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Həmin Məcəllənin 7.2-ci maddəsinə görə, Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, “X12 Doldurma və Yem İstehsalı” MMC tərəfindən İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə aidiyyəti sübutlarla təsdiqini tapmamışdır. Odur ki, inzibati xətaya görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 51, 53,114, 128, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ “X12 Doldurma və Yem İstehsalı” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-59/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-59/2025
07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver