Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-6/2024 06.11.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X6 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1984-cü ildə Daşkəsən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Daşkəsən rayanu Qazaxyolçu kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən Rayon Məhkəməsi 11 iyun 2012-ci il tarixli 2(030)-231/2012 saylı məhkəmə əmri üzrə 21 aprel 2005-ci ildə anadan olmuş X3 və 04 yanvar 2010-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay Şəxs hər uşağa 40 (qırx) manat olmaqla cəmi 80 (səksən) manat sabit pul məbləğində alimenti iddiaçı Zərərçəkmiş şəxs ödəməyə borlcu olduğu halda, icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş və tələbkar Zərərçəkmiş şəxs 9747 (doqquz min yeddi yüz qırx yeddi) manat məbləğində aliment borcu yığılıb qalmışdır. Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək inzibati tənbeh vermə haqqında Daşkəsən Rayon Məhkəməsinin 3(030)-24/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədi üzrə inzibati xətanı təkrar törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan Daşkəsən rayon Məhkəməsinin 3(030)-24/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətə həbs olunub. İşdə olan Daşkəsən rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(030)-253/2023 saylı qərardadından görünür ki, Şəxs Daşkəsən Rayon Məhkəməsinin sərəncamına məcburi gətirilməsi qərara alınmış və icrası Daşkəsən Rayon Polis Şöbəsinə həvalə edilmişdir. İşdə olan Daşkəsən Rayon Polis Şöbəsinə göndərilmiş xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli xatırlatma məktublarından görünür ki, Şəxs Daşkəsən Rayon Məhkəməsinin sərəncamına məcburi gətirilməsi təmin olunmadığı üçün Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(030)-253/2023 saylı qərardadının qısa müddətdə icra olunması və şəxsin Daşkəsən Rayon Məhkəməsinin sərəncamına məcburi gətirilməsinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə inzibati işin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb belə nəticəyə gəlir ki, inzibati işin icraatına müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə əsasına görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Мəcəllənin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Мəcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü kimi inzibati iş xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş və Şəxs üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədiyi üçün barəsində məcburi gətirilməyə dair qərardad qəbul edilmiş və iş üzrə icraat dayandırılmışdır. Hazırki vaxtadək şəxsin məhkəmənin sərəncamına məcburi gətirilməsi təmin edilməmiş, bundan başqa onun barəsində olan inzibati iş üzrə Azərbaycan Respublikası İXM-nın 38.1 və 38.5-ci maddələrində nəzərədə tutulmuş müddətlər xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Odur ki, şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi gündən bir il müddət keçdiyinə görə o, inzibati məsuliyyətə cəlb oluna bilməz və barəsində olan işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1, 38.5, 40, 43, 48, 50, 51, 53.1.6, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə əsasına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-6/2024
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-6/2024
06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver