Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-60/2023 01.03.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X1 iclas katibliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi PHŞ Gəncə Regional İdarəsinin nümayəndəsi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" ASC-nın Daşkəsən rayon şöbəsində işləyən, Daşkəsən şəhəri, Babək küçəsi, ev 3, mənzil 2-də daimi qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə Azərbaycan Respublikası Rİ və NN tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” PHŞ Gəncə Regional İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Rİ və NN tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” PHŞ Gəncə Regional İdarəsinin kiçik inspektoru X3 tərəfindən Şəxs barəsində AR İXM-nin 552-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, **-DT-*** qeydiyyat nişanlı “VAZ-015” markalı avtomobilin sürücüsü Daşkəsən şəhəri ərazisində 13:46-da tərəfimizdən yoxlama zamanı qanunvericilikdə tələb olunan sənədləri, “Fərqlənmə Nişanı”-nı təqdim etməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Rİ və NN tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi PHŞ Gəncə Regional İdarəsinin nümayəndəsi X2 məhkəmədən protokol üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs ona istinad edilən inzibati xətanı törətməsini qəti surətdə etiraf etməyərək izahatında göstərmişdir ki, onun ümumiyyətlə fərqlənmə nişanı yoxdur və o, taksi fəaliyyəti ilə məşğul olmur. İnspektor tərəfindən barəsində protokol tərtib edilərkən avtomobilin yanında olmamışdır. Avtomobilində sadəcə olaraq ailəsi olmuş, digər pul müqabilində aparmaq üçün əyləşən sərnişin olmamışdır. Odur ki, barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Мящкямя inzibati xəta törətmiş şəxsin və nümayəndənin изащатларыны, eləcə də иш материалларыны нязярдян кечиряряк, щесаб едир ки, Şəxs AR İXM-nin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qanuna müvafiq qaydada sübuta yetirilməmişdir. xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokola əlavə edilən materiallar və məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Şəxs adına qeydə alınmış “Fərqlənmə nişanı” yoxdur. Belə olan halda AR İXM-nin 552-ci maddəsinin tərkibinin yaranması istisna olunur. Bələ ki, AR İXM-nin 552-ci maddəsində avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Şəxs “Fərqlənmə nişanı” olmadığı halda həmin sənədin təqdim edilməməsi AR İXM-nin 552-ci maddəsinin tərkibini yaratmır. AR İXM-nın 75-ci maddəsinə əsasən inzibati xəta törətməkdə şəxsin təqsiri inzibati xəta haqqında iş üzrə icraat zamanı sübut edilməlidir. Azərbaycan Respublikası Rİ və NN tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” PHŞ Gəncə Regional İdarəsinin inspektoru tərəfindən aparılmış inzibati xəta hadisəsi barədə icraat qanunda nəzərdə tutulmuş sübut etmə vasitələri ilə sübut olunmadığı, əməl düzgün tövsif olunmadığı üçün, habelə əldə edilmiş sübutlar prosessual pozuntulara yol verməklə əldə edildiyi üçün sübut əhəmiyyətini itirmiş hesab olunur və inzibati xəta törətmiş şəxsin təqsirsiz olması qənaətinə gəlməyə əsas verir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərədə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri həmin məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcələnin 53.0 və 53.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə, habelə inzibati işin faktiki hallarına uyğun olaraq məhkəmə hesab edir ki, Şəxs əməlində AR İXM-nin 552ci madddəsinin tərkibinin olması qanuna müvafiq qaydada sübuta yetirilmədiyindən, AR İXM-nin 53.0.2-ci maddəsinə əsasən onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməli, Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Göstərilənlərə əsasən və AR İXM-nin 40, 43, 48, 51, 53.0.2, 114, 128 və 130-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Rİ və NN tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” PHŞ Gəncə Regional İdarəsinin kiçik inspektoru X3 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən xitam verilsin və Şəxs inzibati məsuliyyətdən azad edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №3(030)-60/2023
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-60/2023
01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver