Məhkəmə qərarları › İş №3(030)-60/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-60/2025

21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-60/2025 21.07.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X8 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fəhləliklə məşğul olan, Daşkəsən rayonu Zinzahal kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 05 mart 2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-1966/2024 saylı icra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs olan 1000 (bir min) manat aliment borcunu ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X3 bildirmişdir ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-336/2024 nömrəli icra vərəqəsi üzrə xx.xx.2023-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment və ödənilmiş 50 (əlli manat) dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-1966/2024 saylı icra vərəqəsi üzrə xx.xx.2023-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən aliment borcunu ödəməyə borclu olduğu halda, icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş və tələbkara 1000 (min) manat məbləğində aliment borcu qalmışdır. Borclu başqa bir icra sənədi üzrə tələbkara bir uşağın saxlanılması üçün hər ay 150 manat olmaqla aliment ödəyir. Hazırda borclunun pensiyasının 70 faizi həmin icra sənədi üzrə tutularaq tələbkarın hesabına ödənilir. Borclunun adına başqa gəlir olmadığı üçün hazırki icra vərəqəsi üzrə yaranmış aliment borcunun ondan tutulub tələbkara ödənilməsi mümkün olmur. Borcluya hazırki iş üzrə aliment borcunu ödəməsi ilə bağlı xəbərdarlıq olunsada icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Borclu barəsində axtarış işi açılmış və onun icra şöbəsinə gətirilməsi axtarışla mümkün olmuşdur. İcra şöbəsində ona aliment borcunu ödəmədiyi halda məsuliyyəti izah olmuşdur. Lakin o, yenədən borcundan ödəniş etməmişdir. Qeyd edilənlərə əsasən, borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, maddi vəziyyətinin ağırlığından aliment borcunu tam ödəyə bilməmişdir. İkinci qrup əlildir. Hər ay digər uşağının saxlanılması üçün əliliyinə görə aldığı pensiyasından 150 manat aliment tutulur. İşləmədiyi üçün qalan pensiya məbləği ilə özünü güclə dolandırır. İş olanda fəhləliklə məşğul olur. İşlədiyi vaxt imkanı olduqca borcundan ödəniş edir. Hazırda fevral ayıda daxil olmaqla indiki vaxtadək iş olmadığı üçün aliment borcundan ödəniş edə bilməmişdir. İş tapıb işləyəcəyini və pensiyasından başqa qazancı olduqca aliment borcuna ödəniş edəcəyini bildirmişdir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, cavabdeh tərəfindən ödəniləcək aliment borcunu ödəməkdən yayındığı üçün fevral ayıda daxil olmaqla min mantdan artıq məbləğdə aliment borcu qalmışdır. Borclunun işləmək imkanın olduğunu lakin işləyib aliment borcundan ödəniş etmək fikrində olmadığını bildirmişdir. Hazırda borclunun yaranmış aliment borcunu ödəməkdən qəsdən yayındığını bildirmişdir. Aliment borcu vaxtında və tam şəkildə ödənilmədiyindən məhkəmədən şəxsin tənbeh olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın və icra məmurunun izahatlarını dinləyib, inzibati işin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb belə nəticəyə gəlir ki, borclunun əməlində üzürsüz səbəbdən, qərəzli yayınma halları mövcud deyildir. Belə ki, borclu ikinci qrup əlil olduğu üçün tam iş qabilliyətinə malik deyildir. Hər ay aldığı pensiyasının yetmiş faizi digər uşağının alimenti üçün tutulur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati işin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb belə hesab edir ki, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin icra edilməməsi yalnız üzürsüz səbəbdən və qərəzli şəkildə olduqda qeyd edilən inzibati xətanın tərkibini yaradır. Bu kimi hallar hazırkı vəziyyətdə aşkar olunmur. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Qeyd olunanlar borclunun əməlində üzürsüz səbəbdən, qərəzli yayınma hallarını istisna edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.1.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar