Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 3(030)-61/2025 06.03.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Daşkəsən Rayon Məhkəməsinin hakimi X4, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Daşkəsən rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİM: Daşkəsən Rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi, X3 tərəfindən 06 mart 2025-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə, inzibati işin materiallarını hərtərəfli, obyektiv araşdırıb hesab edir ki, Şəxs barəsində protokol və digər sənədlər düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan və və buna görə də məhkəmə baxışının təşkili mümkün olmadığından, inzibati xəta haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, işə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs İXM-nin 157-ci maddəsində göstərilən inzibati xətanı törətdiyi üçün onun inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-ya göndərilməsi qərar alınmışdır. Həmin qərarda göstərilir ki, qərardan narazı olunduğu halda şəxsin prokurorluğa və məhkəməyə şikayət vermək hüququ vardır. Hazırda iş materiallarında təhqiqatçının qərarının iş üzrə Şəxs və zərəçəkmiş şəxs kimi göstərilən X2 təqdim edilməsi barədə sübut mövcud deyildir. Şəxs və X1 həmin qərardan şikayət vermək hüquqları vardır. Həmin qərar ləğv olunacağı halda hazırkı işə baxılması mümkünsüz olur. Təhqiqatçının qərarının göstərilən şəxslərə təqdim edilməsi və onların qərarla razı olub-olmamasını barədə sübut mövcud deyildir. Qeyd olunan inzibati xətanın sanksiyasında həbs nəzərdə tutulduğundan həmin işə məhkəməyə daxil olduğu gündən gec olmayaraq baxılmalıdır. Yuxarıda göstərilən məlumatların qərarda öz əksini tapmaması nəticəsində işə nəinki dərhal baxılması, ümumiyyətlə məhkəmə baxışının təşkil edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 100.1.3, 100.1.7, 100.3-cü maddələrinə əsasən inzibati xətanın törədilməsi haqqında protokolda (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarında) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmçinin təhqiqatçının qərarının iş üzrə zərəçəkmiş şəxs kimi göstərilən X2 təqdim edilməsi barədə sübut mövcud deyildir. Qeyd olunan inzibati xətanın sanksiyasında həbs nəzərdə tutulduğundan həmin işə məhkəməyə daxil olduğu gündən gec olmayaraq baxılmalıdır. Yuxarıda göstərilən məlumatların qərarda öz əksini tapmaması nəticəsində işə nəinki dərhal baxılması, ümumiyyətlə məhkəmə baxışının təşkil edilməsi mümkün deyildir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıbtoplanılmaması məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 43, 106-111-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində olan xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol Daşkəsən Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilmir. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-61/2025
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №3(030)-61/2025
06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver