Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-62/2025 07.03.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X15 Hafiz oğlunun sədrliyi, X5 iclas katibiliyi, Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, X11, zərər çəkmiş şəxs X9 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi X2 iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Daşkəsən rayonu, Qıyıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Daşkəsən rayonu, Qıyıqlı kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən RPŞ-nin xx.xx.2025-ci il tarixli MN ******* saylı protokoluna əsasən Şəxs xx.xx.2024-cü il tarixdə Daşkəsən rayonu, Qıyıqlı kəndində X9 ilə mübahisə zəminində sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, X11 izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə aralarında yaranmış mübahisə zamanı X1 nahiyəsinə şillə ilə vurmuşdur. Məhkəmədən Şəxs barəsində qanuni qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, üçüncü qrup əlildir. xx.xx.2025-ci il tarixdə aralarında yaranmış mübahisə zamanı nikah münasibətində olduğu Songülü şillə ilə vurmuşdur. O, Songül Cəfərova ilə ailə kimi yaşayır. Sözləri düz gəlmədiyi üçün mübahisə etmişlər. Onunla barşmaq istədiyini və etdiyi əməldən peşman olduğunu bildirdi. Məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X9 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Daşkəsən rayonu Qıyıqlı kəndində Salehlə birlikdə yaşadıqları evdə, onunla mübahisə etmiş və nəticədə Saleh onu şillə ilə vurmuşdur. Qardaşına telefonla zəng vuraraq gəlib onu oradan aparmasını istəmişdir. O. Salehlə ailə kimi yaşamışdır. Hazırda barışmaq istəmədiyini və şikayətçi olduğunu bildirmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X4 izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs etdiyi əməldən peşman olmuşdur. Songül xanımla faktiki ər-arvad münasibətlərində yaşamışlar. Hazırda onunla barışmaq istəyir. Gələcəkdə bu cür hallara yol verməyəcəyinə dair söz verir. Göstərilən halları nəzərə alaraq yüngül cəza verilməsini xahiş etmişdir. İşə əlavə olunmuş Daşkəsən RPŞ-nın TQ-nun təhqiqatçısı, Fəhmin Məmmədovun 23 fevral 2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd olunması” qərarının surətindən görünür ki, cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Daşkəsən RPŞ-nın İTB-yə göndərilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 xx.xx.2025-ci il tarixli 17 nömrəli rəyindən görünür ki, X6 məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində xəsarət aşkar edilməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və iş materiallarındakı sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün döymə və sair zorakı hərəkətlərin edilməsi nəticəsində şəxsə fiziki ağrı yetirilməsi kifayət edir. Zərər çəkmişin izahatı və işin materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə münaqişə zəmnində aralarında yaranmış mübahisə zamanı Şəxs, X8 döyərək ona sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən etmədi. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, törədilməsi hallarını, onun təqsirinin dərəcəsini, zərərçəkmiş şəxslə barışmaq üçün heç bir cəhd göstərməməsini nəzərə alaraq hesab edir ki, Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi və tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısının alınması məqsədləri üçün inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi kifayət edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 106-118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-62/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-62/2025
07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver