Məhkəmə qərarları › İş №3(030)-63/2023

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-63/2023

22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-63/2023 22.02.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-cu ildə Daşkəsən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi, ev 5, mənzil 15-də qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə “102 zəng mərkəzinə” özünü öldürəcəyi ilə bağlı məlumat daxil olmuş və polis əməkdaşları ərizə və izahatını alınıb nədən şikayətinin olduğunu öyrənmək üçün yaxınlaşdıqda ucada səs-küy salaraq nizam intizamsızlıq edərək polisin qanuni tələblərinə qəsdən tabe olmamasına dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci маддясиндя нязярдя тутулан inzibati xətaya görə xx.xx.2023-cü il tarixli MN ******* saylı инзибати протокол тяртиб олунараг мящкямяйя эюндярилмиш və həmin iş məhkəmədə 3(030)-64/2023 sayla qeydə alınmışdır. Bundan başqa Şəxs xx.xx.2023-cüil tarixdə yaşadığı binanın blokunda ucadan səsküy salaraq xırda xuliqanlıq hərəkətləri etməsinə dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu маддясиндя нязярдя тутулан inzibati xətaya görə xx.xx.2023-cü il tarixli MN ******* saylı инзибати протокол тяртиб олунараг мящкямяйя эюндярилмиш və həmin iş məhkəmədə 3(030)-63/2023 sayla qeydə alınmışdır. Daşkəsən Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərardadı ilə MN ******* saylı protokol üzrə 3(030)-63/2022 saylı inzibati iş və MN ******* saylı protokol üzrə 3(030)- 64/2022 saylı inzibati iş bir icraatda birləşdirilərək 3(030)-63/2023 sayla baxışa təyin edilmişdir. Məhkəmə iclasında Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi X2 izahatında göstərmişdir ki, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə “102 zəng mərkəzinə” özünü öldürəcəyi ilə bağlı məlumat daxil olmuş və polis əməkdaşları ərizə və izahatını alınıb nədən şikayətinin olduğunu öyrənmək üçün yaxınlaşdıqda ucada səs-küy salaraq nizam intizamsızlıq edərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır və Şəxs sərxoş vəziyyətdə yaşadığı binanın blokunda ünvansız söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. İşin halları ətraflı araşdırılmış, Şəxs barəsində müvafiq protokollar tərtrib edilmişdir. Məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətanı törətməsini etiraf edərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə evdə yeyib-içdikdən sonra “102 zəng mərkəzinə” özünü asıb öldürəcəyi ilə bağlı məlumat vermişdir, daha sonra polis əməkdaşları onun yaşadığı evinə gələn zaman binanın blokunda sərxoş vəziyyətdə olduğu üçün ünvansız söyüşlər işlətmişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət etdikdə isə o tabe olmuşdur. Məhkəmədən barəsində qanuni qərar qəbul olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokolu tərtib edən şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib məhkəmə hesab edir ki, düzgün olaraq Şəxs əməli AR İXM-nin 510-cu maddələri ilə tövsif olunmuş, onun barəsində həmin maddələrin sanksiyasında nəzərdə tutulan həddə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Lakin, Şəxs AR İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qanuna müvafiq qaydada sübuta yetirilməmişdir. Bələ ki, inzibati işin məhkəmə araşdırılıması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə yaşadığı binanın blokunda nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Polis əməkdaşıarı ona tabe olmasını xahiş etdikdən sonra Şəxs hər hansı tabesizlik göstərməyərək onlara tabe olmuşdur. “Polis haqqında” Qanun 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək hüquqları vardır. Bu hüquqların həyata keçirilməsinə mane olmaq, polisin qanuni tələblərinə əməl etməmək qanunvericilkdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Şəxs barəsində digər iş materiallarından da göründüyü kimi heç bir tabesizlik göstərməyərək polis əməkdaşının qanuni tələblərinə əməl etmişdir. Belə olan halda Şəxs əməlində AR İXM-nin 535.1-ci maddəsinin tərkibinin olması istisna olunur. AR İXM-nın 75-ci maddəsinə əsasən inzibati xəta törətməkdə şəxsin təqsiri inzibati xəta haqqında iş üzrə icraat zamanı sübut edilməlidir. Daşkəsən RPŞ-nın İTB-nın polis sahə rəisi tərəfindən aparılmış inzibati xəta hadisəsi barədə icraat qanunda nəzərdə tutulmuş sübut etmə vasitələri ilə sübut olunmadığı üçün, habelə əldə edilmiş sübutlar prosessual pozuntulara yol verməklə əldə edildiyi üçün sübut əhəmiyyətini itirmiş hesab olunur və inzibati xəta törətmiş şəxsin təqsirsiz olması qənaətinə gəlməyə əsas verir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcələnin 53.0 və 53.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə, habelə inzibati işin faktiki hallarına uyğun olaraq məhkəmə hesab edir ki, Şəxs əməlində AR İXM-nin 535.1-ci madddəsinin tərkibinin olması qanuna müvafiq qaydada sübuta yetirilmədiyindən, AR İXMnin 53.0.2-ci maddəsinə əsasən onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməli, Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində AR İXM-nin 510-cu maddяsиnиn sanksиyasыnda nяzяrdя tutulmuш cərimə nюvцndя tяnbeh tяdbиrиni tяtbиq edilməsi məqsədə uyğundur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda) əsasən xitam verilsin və Şəxs inzibati məsuliyyətdən azad edilsin Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərаrın icrаsı Daşkəsən Rayon İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar