Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-63/2025 07.03.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X14 Hafiz oğlunun sədrliyi, X4 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X8, zərərçəkmiş şəxs X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakı ilə, xx.xx.1986-cı ildə Daşkəsən rayonu Qabaqtəpə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Daşkəsən rayonu Qabaqtəpə kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, S.Əbiyev küçəsində yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra AR İXM) 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(030)-303/2012 saylı icra vərəqəsi üzrə xx.xx.2012-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il tarixdə doğulmuş X9 və xx.xx.2011-ci il tarixdə doğulmuş X10 yetkinlik yaşına çatanadək maddi təminatları üçün bir uşağa hər ay 40 manat olmaqla cəmi 80 manat sabit pul məbləğində alimenti borclu Şəxs tələbkar X2 ödəməyə borlcu olduğu halda, icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədlərini üzürsüz səbəbdən icra etməmiş və tələbkar X2 3020 manat məbləğində aliment borcu yığılıb qalmışdır. Bununla da, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X8 bildirmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(030)-303/2012 saylı icra vərəqəsinə əsasən borclu Şəxs hazırda 3900 manat məbləğində borcu yığılıb qalmışdır. Borclu Şəxs tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilməklə vaxt verilmiş, lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Bundan sonra dəfələrlə borcluya üzərinə düşən öhdəliyi yerinə yetirməsi, qüvvədə olan məhkəmə qərarının icra edilməsi barədə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs tələbkara olan borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Bundan sonra borclu Şəxs dəfələrlə Daşkəsən rayon icra və probasiya şöbəsinə dəvət edilsə də, o, icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclu barəsində axtarış işi açılmış yalnız sahə rəisinin köməkliyi ilə borclunu icra şöbəsinə gətirmək mümkün olmuşdur. Qeyd edilənlərə əsasən borclu Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirmişdir ki, süpürgəçi işləyir. Uşaqlarının maddi ehtiyacını qarşılamaqda çətinlik çəkir. Borclunun ona 3900 manat alimenrt borcu yığılmışdır. O, həmin məbləğdən az miqdarda ödəniş edir. Borclu həbsdən çıxdıqdan sonra 2019-cu ildə onunla barışmış və ərizə verərək borclunun əvvəlki borcunu sildirmişdir. Elşənin ona 2020-ci ilin mart ayından borcu yaranmağa başlamışdır. Hazırda yüz manat ödəniş etmişdir. Qalan borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. O, borcunun tam şəkildə ödənilməsini, əks halda borclu Şəxs barəsində həbs olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf edərək bildirmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin qərarına əsasən onun hazırki vaxtda 3900 manat borcu yığılmışdır. O, həmin məbləği borc kimi qəbul edir. Maddi imkanı ilə əlaqədar borcunu ödəyə bilməmişdir. Fərdi əməklə məşğul olmaqla güclə dolanır. Əlində pul olduqca uşaqlarınada verir. Dəfələrlə rəsmi iş yeri tələb etmişdir ki, fəhləliklə dolana bilmir. Lakin, iş tapa bilməmişdir. Hazırda borcundan yüz manat ödəniş etmişdir. Məhkəmədən güzəşt edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X3 izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs fəhləliklə məşğul olur. Maddi imkanı olduqa aşağı səviyyədədir. Yaranmış aliment borcundan hazırda yüz mantda ödəniş etmişdir. İş tapıb işləyəcəyi halda ödəniş edəcəyini bildirir. Göründüyü kimi borclunun aliment borcunu ödəməkdən qərəzli yayınması halları mövcud deyildir. Bütün bu halların nəzərə alınaraq şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X6 tərtib etdiyi inizbati xəta haqqında 07 mart 2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(030)- 303/2012 saylı icra vərəqəsinin icrası ilə əlaqədar borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş və tələbkar X2 3900 manat məbləğində aliment borcu yığılıb qalmışdır. İşə əlavə edilmiş inzibati xəta hqqında xx.xx.2022-ci il tarixli 3(030)-135/2022 nömrəli qərarın surətindən görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs olnmuşdur. İşə əlavə edilmiş inzibati xəta hqqında xx.xx.2023-cü il tarixli 3(030)-265/2023 nömrəli qərarın surətindən görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs olnmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(030)-303/2012 saylı icra sənədinə əsasən borclunun hazırda 3900 manat borcu yığılıb qalmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və icra məmurunun izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, borclu İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün etirafı ilə yanaşı, icra məmurunun, tələbkarın izahatı, inizbati xəta haqqında protokol, habelə inzibati işin digər materialları ilə kifayət qədər təsdiq olunmuş, düzgün olaraq onun əməli İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuş, ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh verilməlidir. Belə ki, icra sənədinin icrası ilə əlaqədar olaraq Daşkəsən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru tərəfindən zəruri icra tədbirləri görülmüş, borclunun əmlakı, bankda hesablarının olub-olmaması yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu borcunu ödəməmiş, ödənişlərindən qərəzli olaraq yayınmışdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərədə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məhsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borculunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh növü tətbiq edərkən məhkəmə onun yaşını və inzibati xəta törətməsini etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda, borclunun uzun müddət alimenti ödəməməklə icra vərəqəsini üzürsüz səbəbdən icra etməməsini və yayınmasını nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi zəruridir. Beləliklə, yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə, habelə inzibati işin faktiki hallarına uyğun olaraq törədilmiş inzibati xətanın xarakteri, təhlükəlilik dərəcəsi, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti nəzərə alınaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inizbati həbs olunmalıdır. Göstərilənlərə əsasən, habelə AR İXM-nin 3, 12, 40, 43, 48-51, 53, 106-114 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib bilinib 08 (səkkiz) gün müddətə inizbati həbs olunsun. Həbs etmənin əvvəli 07 mart 2025-ci il saat 17:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Daşkəsən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-63/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-63/2025
07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver