Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-65/2023 22.02.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Daşkəsən RPŞ-nın İTB-nın polis sahə rəisi, polis mayoru X2, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qızının iştirakları ilə, xx.xx.1975-ci ildə Daşkəsən rayonu, Əmirvar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Daşkəsən rayonu, Kəmərqaya kəndində yaşayan. Şəxs qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs qızı xx.xx.2023-cü il tarixdə səhər saatlarında Daşkəsən rayonu, Kəmərqaya kəndi ərazisində Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr və ünvansız nalayiq söyüşlər işlətməklə ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Şəxs qızı AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Daşkəsən RPŞ-nın İTB-nın polis sahə rəisi, polis mayoru X3 izahatında protokolun məzmununa uyğun izahat verərək Şəxs qızı barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qızı ona istinad edilən inzibati xətanı törətməsini etiraf edərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Kəmərqaya kəndi ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs ona tərəf gələrək mübahisə etməyə başlamışdır. Buna görə də, Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlətmişdir. Hazırda əməlindən son dərəcə peşmandır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Kəmərqaya kəndi ərazisində evə gedərkən Şəxs qızı ona qarşı qeyri-etik ifadələr işlətdiyini görmüş, bunun səbəbini soruşmağ istədikdə isə daha ağır söyüşlər işlədərək yerdən daş götürmüş və ona atmağa başlamışdır. O, mövcud vəziyyətdə qaçmağın uyğun olduğunu görərək qaçaraq evə getmişdir. Bundan sonra o, ərazinin sahə rəisinə bu barədə məlumat verdiyini bildirmişdir. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qızı barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İşə əlavə olunmuş Şəxs qızının xx.xx.2023-cü il tarixli öhdəliyindən görünür ki, birdaha Zərərçəkmiş şəxs qarşı heç bir nalayiq ifadələr işlətməyəcəyini öhdəsinə götürmüşdür və öhdəliyi pozacağı təqdirdə qanuna uyğun məsuliyyət daşımağa hazırdır. Daşkəsən RPŞ-nın İTB-nın polis sahə rəisi, polis mayoru X2 tərtib etdiyi 22 fevral 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs qızı xx.xx.2023-cü il tarixdə Daşkəsən rayon Kəmərqaya kəndi ərazisində Zərərçəkmiş şəxs söyərək ictimai qaydanı pozmuşdur. Məhkəmə protokol tərtib edən şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərəçəkmişin izahatlarını dinləyib inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, düzgün olaraq Şəxs qızı barəsində AR İXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib edilmiş və o, həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Daşkəsən rayonu Kəmərqaya kəndinin ərazisi ictimai yerdir. Şəxs qızı Zərərçəkmiş şəxs söyərək narahat olmasına səbəb olmuş və nəticədə ictimai qaydanı pozaraq AR İXM-nin 510cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. AR İXM-nin 510-cu maddəsinə əsasən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qızının əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, törətmiş olduğu əməldən səmimi peşman olmasını, qəbul ediləcək qərarın onun ailəsinə təsirini nəzərə alaraq hesab edir ki, Şəxs qızı törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Beləliklə, yuxarıda qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs qızı barəsində AR İXM-nin 510-cu maddяsиnиn sanksиyasыnda nяzяrdя tutulmuш cərimə növündə inzibati tənbeh edilməsi məqsədə uyğundur. Göstərilənlərə əsasən və AR İXM-nin 40, 43, 48, 51, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Daşkəsən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №3(030)-65/2023
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-65/2023
22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver