Məhkəmə qərarları › İş №3(030)-70/2023

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-70/2023

10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-70/2023 10.03.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1992-ci il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Göygöl rayon Balçılı kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Daşkəsən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs AR İXM-nin 339.1-1 və 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə barəsində cərimə təyin olunmasına dair AR DİN BDYPİ-nin qərarını qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla da, Şəxs AR İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada poçt vasitəsi ilə məlumat verilmiş Şəxs üzürsüz səbəbdən məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. İşə əlavə olunmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs barəsində İXP ******* nömrəli protokol əsasında çıxarılmış qərar üzrə təyin edilmiş cəriməni qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Buna görə də, barəsində AR İXM-nin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. İşə əlavə olunmuş AR DİN BDYPİ-nin MMX-nın xx.xx.2022-ci il tarixli qərarının çıxarışından görünür ki, Şəxs barəsində tətbiq edilmiş cərimə növündə inzibati tənbehi qərar qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra etmədiyi üçün “SAZ 3507 22 YÜK” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili AR BDYPİ-nin mühafizə olunan duracağına yerləşdirilməsi barədə qərar qəbul olunmuşdur. İşə əlavə olunmuş AR DİN BDYPİ-nin xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokolu əsasında çıxarılmış TP ******* nömrəli elektron qərarın surətindən görünür ki, Şəxs AR İXM-nin 339.1-1 və 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində inzibati cərimə olunmuşdur. İşə əlavə olunmuş Daşkəsən RPŞ-nin DYPB-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Şəxs barəsində AR İXM-nın 339.1-1 və 327.1-ci maddəsi ilə tərtib olunmuş İXP ******* seriyalı inzibati tənbeh vermə haqqında qərarla təyin edilmiş 50 manat cərimə BDYPİ-nin hesabına ödənilməmiş və hal-hazırda dəbbə pulu ilə birlikdə cəmi 80 manat təşkil etmişdir. İşə əlavə olunmuş “ASANPAY” ödəniş portalının çıxarışından görünür ki, Şəxs barəsində tərtib olunmuş İXP ******* seriyalı protokol əsasında çıxarılmış inzibati tənbeh vermə haqqında qərarla təyin edilmiş cərimə ödənilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edib, sübutlara hüquqi qiymət verib, məhkəmə hesab edir ki, düzgün olaraq Şəxs barəsində AR İXM-nin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmiş və o, həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. AR İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və AR İXM-nin 40, 43, 48, 50, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar