Məhkəmə qərarları › İş №3(030)-72/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-72/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-72/2025 01.04.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X10 Hafiz oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4, tələbkar (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, xx.xx.1984-cü ildə Daşkəsən rayonu Almalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Daşkəsən rayonu Bayan kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 01 aprel 2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli 2(030)-640/2024 saylı icra vərəqəsi üzrə tələbkar Zərərçəkmiş şəxs olan 292 manat aliment borcunu ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 bildirmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli 2(030)-640/2024 saylı icra vərəqəsi üzrə xx.xx.2010-cu ildə anadan olmuş X3 və xx.xx.2016-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay cavabdeh Şəxs tərəfindən hər uşağa 100 (yüz) manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimenti tələbkar Zərərçəkmiş şəxs ödəməyə borclu olduğu halda, icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş və tələbkara hazırki vaxtadək 292 (iki yüz doxsan iki) manat məbləğində aliment borcu qalmışdır. Bununla bağlı borcluya xəbərdarlıq olunsa da icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Azər qətnaməni götürməyərək apellyasiya şikayəti verəcəyini bildirmişdir. 10 mart 2025-ci il tarixədək 292 manat borcu qalmışdır. İcra tədbirləri görülmüş və adına heç bir mülk aşkar olunmamışdır. Qeyd edilənlərə əsasən, borclu barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, tələbkara 292 manat aliment borcu qalmışdır. Hazırda heç bir yerdə işləmir. Maddi vəziyyətinin ağırlığından aliment borcunu tam ödəyə bilməmişdir. Hər hansı bir gəlir yeri yoxdur. Alimentinin ödənilməsinə atası köməklik edir. Atasının da səhətində ciddi problemləri var. Xəstələndikdən sonra müalicəsi ilə əlaqədar borcunu ödəyə bilməmişdir. İşi olmadığı üçün işləyib borcunu ödəyə bilmir. Hazırda aliment borcundan 70 manat ödəmişdir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, özü xadimə işləyir. Azərin ona 292 manat aliment borcu qalmışdır. Bu günə kimi aliment borcundan sonuncu dəfə fevral ayında 70 manat ödəniş etmişdir. Hazırda da 70 manat ödəniş etsə də, bununla razı olmadığını və borcun tam şəkildə ödənilməsini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Azərin atasıdır. Azərin xəstə olduğunu və onun aliment borcunu da onun ödədiyini bildirmişdir. Hazırda aliment borcundan 70 manat Esmiranın adına olan kart hesabına ödəmişdir. Həmin alimenti pensiyasından ödəyir. Aprel ayında pensiyalar köçürüləndə yenə də aliment borcundan ödəniş edəcəkdir. Bütün bunları nəzərə alaraq qanunauyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli 01430 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, Zərərçəkmiş şəxs kart hesabına 70 manat köçürülmüşdür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun nümayəndəsini, tələbkarın (zərərçəkmiş şəxs) və icra məmurunun izahatlarını dinləyib, inzibati işin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb belə nəticəyə gəlir ki, borclunun əməlində üzürsüz səbəbdən, qərəzli yayınma halları mövcud deyildir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati işin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb belə hesab edir ki, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin icra edilməməsi yalnız üzürsüz səbəbdən və qərəzli şəkildə olduqda qeyd edilən inzibati xətanın tərkibini yaradır. Bu kimi hallar hazırkı vəziyyətdə aşkar olunmur. Belə ki, borclu Zərərçəkmiş şəxs olan aliment borcundan hazırda 70 manat ödəniş etmiş qalan borcun da bir qismini aprel ayının sonuna kimi ödəyəcəyini bildirir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Qeyd olunanlar borclunun əməlində üzürsüz səbəbdən, qərəzli yayınma hallarını istisna edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.1.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar