Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-74/2025 01.05.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X7 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Göygöl RPŞ-nin DYPB-nin xx.xx.2025-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Göygöl RPŞ-nin DYPB-nin xx.xx.2025-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X4 Azərbaycan Respublikasının İXM-nın 329.1 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 200 (iki yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. X4 şikayət ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək Göygöl RPŞnin DYPB-nin xx.xx.2025-cü il tarixli TP ******* saylı qərarının əsassız olduğu üçün ləğv edilməsini və inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X4 şikayəti müdafiə edərək izahatında göstərmişdir ki, mülkiyyətində “Vaz 21061” markalı avtomobili var. 24 fevral 2025-ci il tarixdə Gəncə şəhəri Savalan qəsəbəsi adlanan yerdə evinin yaxınlığında ona məxsus avtomobilin yanında dayanaraq qonşusu Taleh Rzayevi gözləmişdir. Sürücülük vəsiqəsi olmadığı üçün hansısa bir işlə bağlı harasa getmək lazım olanda qonşusu Taleh maşını idarə edir. Polis əməkdaşları o, avtomobili idarə etmədiyi halda ona cərimə yazmışlar. Məhkəmə iclasında protokolu tərtib edən şəxsin məhkəməyə sübut növü kimi təqdim etdiyi video görüntüyə baxdıqdan sonra X4 verdiyi ifadəsini dəyişərək həmin vaxt avtomobili kənd yolunda idarə etdiyini etiraf etmişdir. Maddi imkanı zəif olduğundan cəriməni ödəyə bilməyəcəyindən şikayət etdiyini bildirmişdir. Məhkəmə iclasında Göygöl RPŞ-nin DYPB-nin, YPX-nın inspektoru, polis serjantı X5 izahatında göstərmişdir ki, X4 avtomobili təhlükəsizlik kəməri bağlamadan idarə etdiyi üçün avtomobili saxlamışar. Saxlanıldıqdan sonra müəyyən etmişlər ki, o. avtomobili həm də sürücülük hüququ olmadan idarə edir. Bu barədə protokol tərtib edilmişdir. Sürücü yazılmış protokolla da razlaşmışdır. İzahatında sürücülük hüququ olmadan avtomobili idarə etdiyini özü etiraf etmişdir. Odur ki, şikayəti əsassız hesab edərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Göygöl RPŞ-nin DYPB-nin, YPX-nın inspektoru, polis serjantı X5 tərəfində məhkəməyə təqdim olunmuş videogörüntüyə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, X4 avtomobili özü idarə etmişdir. İşdə olan Daşkəsən RPŞ-nin DYPB-nin, YPX-nın inspektoru, polis serjantı X2 xx.xx.2025-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolunun surətindən görünür ki, X4 Azərbaycan Respublikasının İXM-nın 329.1 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan Daşkəsən RPŞ-nin DYPB-nin, YPX-nın inspektoru, polis serjantı X2 xx.xx.2025-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X4 İXM-nın 329.1 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə qərardan şikayət verən şəxsin və protokol tərtib edən şəxsin izahatlarını dinləyib, işin materiallarını hərtərəfli, obyektiv araşdırıb, sübutlara hüquqi qiymət verib hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. X4 şikayətində avtomobili özü idarə etmədiyni, barəsində tərtib edilmiş protokoldan narazı olduğunu göstərsə də,onun avtomobili sürücülük hüququ olmadan idarə etməsi faktı təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və ya iş üzrə qərardan şikayət vermək hüququ vardır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq, toplanmış sübutlara məcmu halında müqayisəli surətdə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, inzibati tənbeh vermə haqqında Göygöl RPŞ-nin DYPB-nin xx.xx.2025-cü il tarixli TP ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 106-114 və 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin olunmasın. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1 və 332.2-ci maddələri ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilməsinə dair Göygöl RPŞ-nin DYPB-nin xx.xx.2025-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-74/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-74/2025
01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver