Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-75/2023 17.03.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 518.1-ci maddəsi ilə tərtib olunmuş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti Gəncə regional X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə icalsında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti Gəncə regional X6 İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-nın 518.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materialdan və xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Daşkəsən rayonu Çovdar kəndində yerləşən Şəxs MMC-də keçirilən planlı YTM-nə zamanı xx.xx.2001-ci il tarixli 85 nömrəli Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydalarının 1.9.12, 8.3 və 4.4, 8.3-cü bəndlərinin tələblərinin pozulması aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 izahatında bildirmişdir ki, o, hazırda Şəxs MMC-nin SƏTƏM şöbəsinin rəhbəri vəzifəsində işləyir. Gəncə regional X6 İdarəsinin əməkdaşları tərəfindən Şəxs MMC-də plan üzrə yoxlama aparılmış, həmin əməkdaşlar tərəfindən yanğın-texniki müayinə keçirilmişdir. Müayinə zamanı bir neçə qanun pozuntuları aşkar edilmiş, bu barədə akt tərtib edilmişdir. Həmin əraziyə onlar sonradan icarəçi kimi gəlmişlər. Onların şikəti həmin əraziyə yerləşməmişdən qabaq orada həmin tikililər olmuşdur. Buna görə də protokolda qeyd olunan pozuntular aradan qaldırılmamışdır. Lakin, həmin pozuntuları qısa müddətdə aradan qaldırmağı öhdələrinə götürürlər. Odur ki, məhkəmədən güzəşt edilməsini xahiş etmişdir. Gəncə Regional X6 İdarəsinin X6 şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə Gəncə Regional X6 İdarəsinin X6 şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan yanğın-texniki müayinənin aparılması haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinin 20 dekabr 2022-ci il tarixli, 0004 nömrəli qərarından görünür ki, illik plana əsasən Şəxs MMC-də plan üzrə növbəti yoxlamanın aparılması qərara alınmışdır. İşdə olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən “Çıxarış”dan görünür ki, yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. İşdə olan 0004 nömrəli xx.xx.2023-cü il tarixli Yanğın-texniki müayinə aktından görünür ki, Daşkəsən rayonu Çovdar kəndində yerləşən Şəxs MMC-də xx.xx.2023-cü il tarixdə yanğıntexniki müayinəsi aparılan zamanı xx.xx.2001-ci il tarixli 85 nömrəli Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydalarının 1.9.12, 4.4 və 8.3-cü bəndlərinin pozulması aşkar edilmişdir. İşdə olan AR FHN DYNX-ni yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə 0004 nömrəli qərarından görünür ki, dərhal icra olunması üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR qanunun 33.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanması və aşkar olunmuş pozuntuların qaldırılması haqqında qərar qəbul edilmişdir. İşdə olan 02 fevral 2023-cü il tarixli "xxxx" MMC-nin direktoru X2 vəsatətindən görünür ki, barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun qeydiyyatda olduğu yer üzrə baxıla bilər, "xxxx" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi, ev 31, məhəllə 3161 olduğundan protokola baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(103)-434/2023 saylı qərardadından görünür ki, "xxxx" MMC tərəfindən AR İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair tərtib edilmiş 11 yanvar 2023-cü tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair material baxılması üçün aidiyyatı üzrə Daşkəsən rayon Məhkəməsinə göndərilsin. Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 2-ci və 7-ci bəndlərinə əsasən vətəndaşlar öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı inventar saxlamaq, onlara məxsus istehsal, təsərrüfat, yaşayış və başqa bina və tikililərdə yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarət etmək və bu tələblərin pozulmasının qarşısını almaq məqsədilə müayinələr və yoxlamalar aparmaq üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada imkan yaratmadırlar. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun, habelə onların vəzifəli şəxslərinin göstərişlərinin və sərəncamlarının icrası Azərbaycan Respublikasının ərazisində olan bütün şəxslər üçün məcburidir. Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının qanununa əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumu X6nin aparılması ilə bağlı aşağıdakı hüquqlara malikdir: - dövlət orqanları, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlar və onların vəzifəli şəxsləri, eləcə də vətəndaşlar tərəfindən tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq; - dövlət orqanlarına, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlara və onların vəzifəli şəxslərinə, eləcə də vətəndaşlara yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi haqqında göstərişlər vermək; - Yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müayinələr aparmaq; - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yanğınlar və yanğın təhlükəsizliyi qaydasının tələblərinin pozulması haqqında təhqiqat aparmaq, habelə inzibati xətalar haqqında işlər üzrə icraatı aparmaq və bunlara dair qəbul olunmuş qərarları icra etmək. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi yanğın-texniki müayinə aktı, inzibati xəta haqqında protokol və digər sənədlərlə sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Ona görə də Şəxs MMC -yə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1- ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21 -ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə AR İXM-nın 33.1.2-ci maddəsinə əsasən eyni inzibati xətaya görə inzibati tənbeh almış Şəxs MMC eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 116-cı maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 518.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Daşkəsən Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 3(030)-173/2022 saylı qərarının surətindən göründüyü kimi Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1 -ci maddəsi ilə təqsirli bilinib, 450 (dörd yüz əlli) manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərar qanuni qüvvəyə mindiyi vaxtdan bir il tamam olmamış xx.xx.2023-cü il tarixdə yenidən eyni inzibati xətanı törətmişdir. Belə olan halda Şəxs MMC barəsində İXM-nın 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati cərimənin tətbiq edilməsi istisna olunmur. Beləliklə, yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə, habelə inzibati işin faktiki hallarına uyğun olaraq məhkəmə hesab edir ki, Şəxs MMC AR İXM-in 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməklə, barəsində cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18.5, 40, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1 -ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №3(030)-75/2023
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-75/2023
17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver