Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-77/2024 24.04.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X8 Hafiz oğlunun sədrliyi, X3 iclas katibliyi, protokolu tərtib edən şəxs Daşkəsən rayon Polis Şöbəsi İTB-nin polis sahə rəisi, polis kapitanı X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 və iştirakı ilə, xx.xx.1989-cu ildə Rusya Federasiyası, Perm vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Daşkəsən şəhəri, Nizami küçəsi, ev 16, mənzil 11-də qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Daşkəsən şəhəri ərazisində, “Oba” marketin yaxınlığında heç bir səbəb olmadan X2 qarşı nalayiq ifadələr işlətməsinə və ucadan səsküy salaraq xırda xuliqanlıq hərəkətləri etməsinə dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaya görə xx.xx.2024cü il tarixli MN ******* saylı inzibati protokol tərtib olunaraq baxılması üçün Daşkəsən rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Daşkəsən rayon Polis Şöbəsi İTB-nin polis sahə rəisi, polis kapitanı X6 protokolun məzmununa uyğun izahat verərək məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətanı törətməsini etiraf edərək izahatında göstərmişdir ki, həmin tarixdə Daşkəsən şəhəri “Oba” marketin yaxınlığında içkili halda olmuşdur. Sərxoş vəziyyətdə olduğuna görə öz hərəkətlərini bilməmiş, X2 qarşı nalayiq ifadələr işlətmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmədən barəsində qanuni qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, Roman ona qarşı nalayiq ifadələr işlətmişdir. Romanla münasibəti yaxşı olduğuna görə ondan şikayətçi deyildir. Məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə protokolu tərtib edən şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, düzgün olaraq Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib edilmiş və o, həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. AR İXM-nin 510-cu maddəsinə əsasən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun səmimi peşimançılıq çəkməsini məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən nəzərə almışdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və əməlindən səmimi peşmançılıq keçirməsini və zərərçəkmiş şəxs X1 izahatını nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 60 (altmış) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Daşkəsən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-77/2024
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-77/2024
24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver