Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 3(030)-78/2024 24.04.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X6 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Daşkəsən rayon Gədəmiş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Daşkəsən rayon Gədəmiş kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Daşkəsən rayon Suqovşan kəndində Zərərçəkmiş şəxs xəsarət yetirdiyi üçün barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Daşkəsən rayon Suqovşan kəndində X2 xəsarət yetirərək İXM-nın 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, X3 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs izahatında bildirmişdir ki, Əlyarı döyməmiş sadəcə olaraq onun sinəsindən itələmişdir. Etdiyi əməldən də peşman deyildir. Əlyarlada barışmaq istəməmişdir. Əlyar ona dəymiş ziyanı, xəstəxana xərclərini ödəməsə barışmayacağını bildirmişdir. Həbs cəzası verilsə belə onun maddi xərclərini ödənməsə onunla barışmayacaqdır. Ona görə də məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs ona istinad edilən inzibati xətanı törətməsini etiraf etməyərək bildirmişdir ki, o Əlyarı vurmamış, ilk öncə Əlyar onu vurmuşdur. Əlyarla aralarında mübahisə olmuşdur. Əlyar ona xəsarət yetirmiş. başının iki yerindən dərin yaraları olmuşdur. Gəncə şəhərində müalicə almışdır. Müalicəsinə və dərmanlarına görə 700 manatdan artıq xərci olmuşdur. Polis şöbəsində aparılmış araşdırmadan narazıdır. Çünki onun aldığı xəsarət ağır olmuşdur. Araşdırmanın nəticəsi barədə qərardan məlumatsızdır. Aldığı xəsarətə görə çəkmiş olduğu xərclər ödənilmədiyindən Əlyarla barışa bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismindən dindirilən Zərərçəkmiş şəxs bildirmişdir ki, Rasim Quliyevlə aralarında mübahisə olmuşdur. Rasim ona nalayiq ifadələr işlətmiş, onun alın nahiyəsinə yumuruqla vurmuş və ciynindən tutaraq çökəklik yerə yıxmış, yerə sıxaraq zərbələr endirdiyini bildirmişdir. Bu zaman o, özünü müdafiə etmək üçün onu itələmiş lakin Rasimin başının hara dəydiyini görməmiş ancaq əlini başına çəkəndə onun başının qanadığını görmüşdür. Hazırda Rasimlə barışmaq istədiyini bildirmişdir. Məhkəmə, protokol tərtib edən şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyib, habelə inzibati işin materiallarını hərtərəfli, obyektiv araşdırıb hesab edir ki, Şəxs barəsində protokol və digər sənədlər düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən onları tamamlamaq mümkün olmadığından, inzibati xəta haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, işə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs və Zərərçəkmiş şəxs AR İXMnin 157-ci maddəsində göstərilən inzibati xətanı törətdikləri üçün onların inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-ya göndərilməsi qərar alınmışdır. Həmin qərarda göstərilir ki, qərardan narazı olunduğu halda prokurorluğa və məhkəməyə şikayət vermək hüququ var. Hazırda iş üzrə təqsirləndirilən şəxs təhqiqatçının araşdırmasından narazı olduğunu və çıxarılmış qərardan məlumatsız olduğunu bildirmişdir. İş materiallarında təhqiqatçının qərarının təqdim edilməsi barədə sübut mövcud deyildir. Şəxs həmin qərardan şikayət vermək hüququ vardır. Həmin qərar ləğv olunacağı halda hazırkı işə baxılması mümkünsüz olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 100.1.3, 100.1.7, 100.3-cü maddələrinə əsasən inzibati xətanın törədilməsi haqqında protokolda (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarında) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıbtoplanılmaması məsələsini həll edir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsiri tam sübuta yetirilməmişdir. Belə ki şəxsə yetirilən bədən xəsarətləri müəyyən edilməmiş həmçinin inzibati xəta haqqında iş üzrə icraat açılmasına baxmayaraq, hər hansı bədən xəsarəti ilə bağlı araşdırma aparılmamışdır. İnzibati xəta haqqında iş üzrə sübutların toplanması və şəxsin təqsirliliyinin sübuta yetirilməsi məhkəmənin yox, inzibati xəta haqqında qərarı tərtib etmiş orqanın üzərinə düşdüyündən, göstərilən materiallar isə məhkəməyə təqdim edilmədiyindən hazırkı işə baxılması qeyrimümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin İXM-in 32.1.1-ci maddəsinə əsasən inzibati xətanı törətmiş Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsin əməli sübuta yetirilmədiyindən işə əlavə edilmiş materiallar natamam olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün Daşkəsən Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 43, 106-111-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində olan xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol Daşkəsən Rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-78/2024
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №3(030)-78/2024
24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver