Məhkəmə qərarları › İş №3(030)-79/2024

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-79/2024

16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-79/2024 16.05.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X10 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1996-cı ildə Daşkəsən rayon Çıraqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən Daşkəsən rayon Çıraqlı kəndində qeydiyyatda olmaqla , yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə Daşkəsən rayon Quşçu körpü ərazisində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər edərək, uca səslə nalayiq ifadələr işlədərək, polisin qanuni tələbinə tabe olmadığına görə barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Daşkəsən rayon Polis Şöbəsinin İTB-in sahə rəisi X2 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs nəqliyyat vasitəsini sürücülük hüququ olmadan sürdüyü zaman yol patrul xidmətinin əməkdaşları tərəfindən Daşkəsən rayon Quşçu körpü ərazisində saxlanılmışdır. 102 zəng xidmətindən gələn zəng əsasında əməliyyat quruppası ilə ora getmişdirlər. Yol patrul xidmətinin əməkdaşları ona maşını təhvil verməsini demişlər lakin o, buna razı olmamışdır. Həmin maşın da Qoşqar adlı şəxsə məxsus olmuşdur. Maşının cərimə meydançasına aparılması üstündə mübahisələr düşmüşdür. Buna görə də onu Polis şəbəsinə gətirmişdirlər. İnzibati protokoldakı xüsusatları təsdiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində yaşayan qohumu Xaliq və oğlu Qənbərlə dostu İsmayılgilə qonaq gəlmişdir. Həm gün o, xx.xx.2024-cü il tarixdə qohumu Xaliqi və onun oğlu Qənbəri Daşkəsən rayon Quşçu körpü ərazisindən yola salmaq üçün dostu Qoşqara məxsus Vaz 2106 markalı maşınla onları Quşçu körpü ərazisinə aparmışdır. Həmin vaxt yol o təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün polis əməkdaşları ona avtomobili yolun kənarına çəkib saxlamasını bildirmişdirlər. Onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. O, avtomobili saxlamışdır. Polislər ona avtomobili təhvil verməsini və Polis şöbəsinə getməsi demişdirlər. Polislərə heç bir nalayiq ifadə işlıtməmiş nə də onlara müqavimət göstərməmişdir. Polislər ona qarşı qanunsuz davrandıqlarına görə onlarla mübahisə etmişdir. Onu şöbəyə apardıqlarını və orada akt tərtib olunduğunu bildirmişdir. Orada söyüş söyməmiş, polisə qarşı heç bir müqavimət göstərməmişdir. Məhkəmədən barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin həmin vaxt sürücülük hüququ olmadan avtomobili idarə etmiş olsa də o, nalayiq ifadələr işlətməmiş və söyüş söyməmişdir. Polis əməkdaşları ona qarşı qanunsuz hərəkətlərə yol vermişdir. İş materiallarından da müdafiə etdiyi şəxsin təqsirinin sübuta yetirilmədiyini bildirmişdir. O zorla şöbəyə aparılmışdır. Polis şöbəsində səs-küy yaratmamış polislərin ünvanına nalayiq söyüşlər söyməmişdir. Qeyd olunan xüsusatları nəzərə alıb məhkəmədən inzibati xəta haaqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 bildirmişdir ki, xidmətdə olarkən sürücü təhlükəsizlik kəmərindən istifadə etmədyi üçün saxlanılmışdır. Maşın saxlanıldıqdan sonra müəyyən olunmuşdur ki, avtomobili idarə edən şəxsin sürücülük hüququ olmamışdır. Onlar həmin vaxt onu avtomobildən kənarlaşdırmağa çalışsalar da o, buna məhəl qoymamışdır. Polis əməkdaşlarından Mobil və Asif də orada olmuşdur. Ədaləti Polis şəbəsinə, avtomobili isə duracağa gətirmək istəmişlər lakin ədalət onlara nalayiq söyüşlər söyərək polisin qanuni tələbinə tabe olmamışdır. Nəqliyyat vasitəsində sürücüdən başqa iki nəfərdə başqa şəxslər olmuşdur. O, polisin qanuni tələbinə tabe olmamışdır. Polis əməkdaşları ona güc tətbiq etməmişdir. Həmin vaxt ora əməlliyat qrupbası gəlmişdir. Ədaləti əməlliyyat qrupbası na təhvil vermişlər. O, polis şöbəsinə aparılmışdır. Nəqliyyat vasitəsini istifadə edən şəxs polisə qarşı nalayiq ifadələr işlətmiş və onların qanuni tələbinə tabe olmadığı üçün Polis şöbəsinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirmişdir ki, sürücü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmışdır. Maşına polis əməkdaşı Xaliq yaxınlaşmışdır. Xaliq özünü təqdim edərək avtomobili idarə edən şəxsdən sürücülük vəsiqəsini tələb etmişdir. Avtomobili idarə edən şəxsin Ədalət adlı şəxs olduğu və onun sürücülük vəsiqəsi olmadan maşını idarə etdiyi müəyyən edilmişdir. Ona görə də ona maşının təhvil verilməsini ya da Polis şöbəsinə aparmalı olduğu bildirilmişdir. Maşında da sürücündən başqa iki nəfər şəxs olmuşdur. O, polisin qanuni tələbinə tabe olmamış və uca səslə nalayiq söyüşlər söymüşdür. Şəxs Polis şöbəsinə gətirilmişdir. Ədalətin iştirakı ilə Polis şöbəsində maşına baxış keçirilmişdir. Ədalət həmin maşından düşməmişdir. Maşının sahibi orada olmamışdır. Maşını şahidlərin iştirakı ilə təhvil almışdırlar. Ədalət maşını təhvil vermək istəməmişdir. O, səs-küy salmışdır. Polisin qanuni tələbinə tabe olmamışdır. Protokolu şöbədə özü imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirmişdir ki, sürücü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmışdır. Saxlanılan Şəxs adlı şəxs olmuşdur. Ədalət saxlanılan zaman müəyyən olunmuşdur ki, onun sürücülük hüququ olmamışdır. Polis əməkdaşı Ədalətə özünü təqdim edərək maşını təhvil verməli olduğunu bildirmişdir. Lakin şəxs buna razı olmamışdır. Görüntülərdə də şəxsin maşını təhvil verməməsi öz əksini tapmışdır. Ona hüquqları olunmuşdur. Ədalət maşını buraxacaqlarını onunda maşını sürüb gedəcəyini demişdir. Hətda onun maşını sürüb qaçmaq da fikri olmuşdur. Onlar Ədaləti normal şəkildə maşını təhvil verib maşına minməyini demişlər, lakin o, buna razı olmamışdır. Onların qanuni tələbinə tabe olmamış, nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bununla belə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM–in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işin icraatına xitam verilməli və onun barəsində yalnız Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati icraat davam etdirilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Belə ki, məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü tarixdə Daşkəsən rayon Quşçu körpü ərazisində olan zaman polisin qanuni tələbinə tabe olmayaraq, ictimai qaydanı pozması və Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi həmçinin onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, özünün qismən etirafı, şahid ifadələri, həmçinin işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmiş, lakin onun həmin vaxt polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin tələblərini pozması və inzibati xəta törətməsi, həmçinin onun əməlində həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Bu hal isə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı təqsirinin sübuta yetirilməsi üçün kifayət etməmişdir. Ona görə də onun əməlində həmin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM–in 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM–in 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməli, lakin Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin tərkibi olduğundan o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında müəyyən edilmiş inzibati tənbeh növündə inzibati cərimə təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 35.1, 35.2, 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində tərtib edilmiş inzibati protokolun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan hissəsinə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 60 (altmış) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Daşkəsən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar