Məhkəmə qərarları › İş №3(030)-79/2025

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-79/2025

07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-79/2025 07.04.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X9 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxs X6 və protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin DYPB-nin inspektoru X3 iştirakı ilə, xx.xx.1992-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Daşkəsən şəhər Yaşıllaşdırma İdarəsində fəhlə işləyən, Daşkəsən rayonu T.İsmayılov küçəsi ev 13-də yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin (bundan sonra AR İXM) 327.2 və 332.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Daşkəsən RPŞ-dən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan Şəxs xx.xx.2025-ci il tarixdə Daşkəsən şəhəri Heydər Əliyev prospektidə “Vaz 21061” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmuş və nəzərdə tutulmuş xəta nəticəsində X4 maddi zərər vurduğuna görə Daşkəsən rayon DYPB-nin YPX-nin inspektoru Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2 və 332.4-cü maddələri ilə xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən şəxs Daşkəsən RPŞ-nin DYPB-nın inspektoru X5 izahatında göstərmişdir ki, xidmətdə olan zaman Daşkəsən şəhəri Heydər Əliyev prospektində qəza olduğu bildirilmiş və həmin yerə gedib araşdırma aparan zaman qəzanı törədən şəxs Şəxs sürücülük hüququ olmadığı, manevr etmə qaydalarını pozaraq Quliyev Ülfətə məxsus “ZİL” markalı avtomobilinin qarşısına çıxaraq qəza törədərək maddi ziyan vurduğu məlum olmuşdur. Ona görə də barəsində İXM-nin 327.2 və 332.4-cü maddələri ilə protokol tərtib olunmuşdur. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, sürücülük hüququ yoxdur. Vaz markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla “ZİL” markalı avtomobil onun avtomobilinə dəymişdir. Hazırda zərərçəkmiş şəxslə barışmasını və etdiyi əməldən peşiman olmasını nəzərə alaraq qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında göstərmişdir ki, hal-hazırda barışımışılar, həmin şəxsə qarşı şikayət və tələbi yoxdur. İşdə olan xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 03 aprel 2025-ci il tarixdə “Vaz 21061” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Daşkəsən şəhəri Heydər Əliyev prospektidə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmuş və nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə Şəxs barəsində İXM-nın 327.2 və 332.4-cü maddələri ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin protokolda “razıyam, etirazım yoxdur” sözlərinin qarşısına imza etməklə sənəddə yazılanlarla razı olduğunu bildirmişdir. İşdə olan “Avtommotoservis və Ticarət Gəncə müəssisəsi”nin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, X4 məxsus olan ZİL-130 yük markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 530 manat dəyərində maddi ziyan vurulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan, zərər çəkmiş şəxs və protokol tərtib edən şəxsin izahatlarını dinləyib, işin materiallarını hərtərəfli, obyektiv araşdırıb, sübutlara hüquqi qiymət verib hesab edir ki, Şəxs əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozması və nəzərdə tutulmuş xəta nəticəsində X4 maddi zərər vurması qanunamüvafiq qaydada sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir. 327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 33.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini X2 məsuliyyətini yüngülləşdirən hallar hesab edir, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə, habelə inzibati işin faktiki hallarına uyğun olaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilməlidir. Azərbaycan Respublikasının İXM-nın 43.1-ci maddəsinə əsasən İXM-nın 327.2-ci maddəsi üzrə işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid deyildir. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Ona görə də, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əmələ görə işin materialları baxılması üçün Daşkəsən RPŞ-nin DYPB-nə göndərilməlidir. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 106-114, maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs İXM-nın 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı materiallar baxılması üçün Daşkəsən RPŞ-nin DYPB-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar