Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-82/2023 12.04.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X1 iclas katibliyi, Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X2 iştirakı ilə, xx.xx.1967-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Daşkəsən şəhəri İ.Qayıbov küçəsi ev 3 mənzil 40-da qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Borclu Şəxs, Daşkəsən rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(030)-254/2018 saylı və Yevlax rayon Məhkəməsinin 2(039)-3073/2016 saylı xx.xx.2016 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş və nəticədə tələbkar “X7” QSC-ə 9650,96 (doqquz min altı yüz əlli manat doxsan altı qəpik) manat məbləğində borcu yığılıb qalmışdır. Bununla da, Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 bildirdi ki, Daşkəsən rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(030)-254/2018 saylı və Yevlax rayon Məhkəməsinin 2(039)-3073/2016 saylı xx.xx.2016 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş və nəticədə tələbkar “X7” QSCə 9650 (doqquz min altı yüz əlli) manat məbləğində kredit borcu yığılıb qalmışdır. Borclu Şəxs tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilməklə vaxt verilmiş, lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Bundan sonra dəfələrlə borcluya üzərinə düşən öhdəliyi yerinə yetirməsi, qüvvədə olan məhkəmə qərarının icra edilməsi barədə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs tələbkara olan borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş Şəxs tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Şəxs tələbkar “X7” QSC-nə olan kredit borcundan 40 manat ödəniş etmişdir. İşə əlavə olunmuş tələbkar “X7” QSC-ə məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, Şəxs “X7” QSC-nə bu günə olan borcu 5646.17 manat təşkil edir.Borcunun 30% hissəsini öncədən, geri qalan hissəsini isə hissəli ödənişlər etməsini, əks halda isə borclu barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə icra məmurunun izahatını dinləyib, inzibati işin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb, belə nəticəyə gəlir ki, Şəxs əməlində AR İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığı üçün inzibati işin icraatına xitam verilməlidir. Belə ki, AR İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. İcra sənədinin icrası ilə əlaqədar olaraq Daşkəsən rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən zəruri icra tədbirləri görülmüş, borclunun əmlakı, bankda hesablarının olub-olmaması yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Odur ki, borclunun əməlində borcundan üzürsüz səbəbdən, qərəzli yayınma halları mövcud deyildir. AR İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 53.0.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 75.0.1-75.0.7-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmişşəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait sübut edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmişşəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2 -ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev AZƏRBAYCAN RESPUBLİKASİ DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ AZ-1600, Daşkəsən şəhəri М.Əsədov küçəsi, 17. Тel:(022)215-47-55. Faks:(022)215-47-55. İş № 3(030)-82/2023 12 aprel 2023-cü il Daşkəsən Rayon İcra və Probasiya Şöbəsinə Surəti: Şəxs (Daşkəsən şəhəri İ.Qayıbov küçəsi ev 3 mənzil 40-da qeydiyyatda olan) Surəti: “X7” QSC-yə (Bakı şəh. C.Məmmədquluzadə küçəsi 73G) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 12 aprel 2023-ci il tarixli 3(030)-82/2023 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Qərarın surəti - «_02_» vərəqədə. Sədr vəzifəsini müvəqqəti İcra edən hakim: Mustafa Mustafayev AZƏRBAYCAN RESPUBLİKASİ DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ AZ-1600, Daşkəsən şəhəri М.Əsədov küçəsi, 17. Тel:(022)215-56-44. Email: Elektron ünvan Faks:(022)215-47-55. İş № 3(030)-88/2023 05 aprel 2023-cü il Daşkəsən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki cənab Seymur Əfəndiyevə Hörmətli Seymur müəllim ! Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli 3(030)-88/2023 saylı qərarının surəti icra olunması və bir surətinin Şəxs təqdim edilməsi üçün Sizə göndərilir. Qoşma: Qərarın surəti -«_02_»vərəqədə. Hörmətlə, Hakim: Mustafa Mustafayev № 3(030)-82/2023 БИРИНЪИ ИНСТАНСИЙА МЯЩКЯМЯСИНДЯ ИНЗИБАТИ XЯTA HAQQЫNDA ИШ ЦЗРЯ МЯЩКЯМЯ БАХЫШЫ ИЪЛАСЫНЫН PРОТОКОЛУ Daşkəsən Rayon Məhkəməsi 12 aprel 2023-cü il Daşkəsən şəhəri Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X1 iclas katibliyi, Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X2 iştirakı ilə, Şəxs oьlunun барясиндя Азярбайъан Республикасы Инзибати Хяталар Мяъяллясинин 528.1-cи mаддяси иля топланмыш инзибати хята щаггында ишя ачыг мящкямя иъласында бахылыр. Иълас саат 15:30-дa башланды. Sədrlik edən мящкямя иъласыны ачараг Şəxs oьlunun барясиндя Азярбайъан Республикасы Инзибати Хяталар Мяъяллясинин 528.1-cи маддяси иля топланмыш инзибати хята щаггында ишя бахылдыьыны və işin qısa məzmununu елан едир. Sədrlik edən məhkəmə prosesi iştirakçılarının gəlməsi barədə məruzə etmək üçün sözü məhkəmə iclas katibinə verir. Мящкямя иъласынын катиби мярузя едяряк эюстярир ки, мящкямя иъласынdа Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 iştirak edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və "xxxx" MMC-yə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Sədrlik edən AR İXM-nın tələblərinə əsasən məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. Sədrlik edən proses iştirakçılarının şəxsiyyətlərini müəyyən edir: Protokol tərtib edən şəxs: X4 – xx.xx.1985-ci ildə Samux rayonu, Kolayır kəndində doğulmuş, evli, ali təhsilli, Daşkəsən şəhəri üzrə İcra şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən (İİ dərəcəli ədliyyə qulluqçusu) vəzifəsində işləyən, Samux şəhəri, Gəncə küçəsi ev 10-da daimi qeydiyyatda olan və yaşayan. Сядрлик edən məhkəmə tərkibini елан едяряк билдирир: - мящкямя иъласына сядрлик едir hakim Mustafayev Mustafa Əli оьлу, мящкямя иълас катиби X3. Sədrlik edən proses iştirakçılarına sədrlik edənə вя иълас катибиня етираз етмяк щцгугларыны вя етираз етмяк цчцн Азярбайъан Республикасы Иnzibati Хətalar Мəcəlləsiнин 107 və 108-ъi маддяляриндя нязярдя тутулмуш ясаслары изащ едяряк, ондан сядрлик едяня вя иълас катибиня етиразы олуб-олмамасыны сорушур. Protokol tərtib edən şəxs X4: - Мящкямянин тяркибиня етиразым йохдур. Sədrlik edən protokol tərtib edən şəxsə изащат вермяйи тяклиф едир. Protokol tərtib edən şəxs X4 изащатында эюстярир: Daşkəsən rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(030)-254/2018 saylı və Yevlax rayon Məhkəməsinin 2(039)-3073/2016 saylı xx.xx.2016 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş və nəticədə tələbkar “X7” QSC-ə 9650 (doqquz min altı yüz əlli) manat məbləğində kredit borcu yığılıb qalmışdır. Borclu Şəxs tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilməklə vaxt verilmiş, lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Bundan sonra dəfələrlə borcluya üzərinə düşən öhdəliyi yerinə yetirməsi, qüvvədə olan məhkəmə qərarının icra edilməsi barədə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs tələbkara olan borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş edirəm. İcra məmuruna əlavə sual olmadı. Sədrlik edən ишдя олан сянядляри охуйуб елан едир вя proses iştirakçılarından щямин сянядляря даир суалы və ишин мащиййяти иля баьлы ня кими ялавяляри, вясатятляри олуб-олмамасыны сорушур. Protokol tərtib edən şəxs X4: - eлан олунан сянядляря даир суалым və əlavəm, vəsatətim йохдур. Sədrlik edən qərarın чыхарылмасы цчцн мцшавиря отаьына эедир. Sədrlik edən мцшавирə отаьындан гайыдыр вя гярары охуйуб елан едир. Qərardan шикайят верилмяси müddətini və гайдасыны изащ едир. Sədirlik edən proses iştirakçılarına məhkəmə iclas protokolu ilə tanış olma hüquqlarını вя она даир гейдляр вермяк щцгугlarının олдуьуну изащ едир. Сядрлик едян мящкямя иъласыны саат 15:40-дa баьлы елан едир. Protokol 12 aprel 2023-cü ildə tərtib olundu. Сядрлик едян: _____________________ Mustafa Mustafayev Kатиб: ____________________ Bəylər Fərzəliyev
Məhkəmə qərarları › İş №3(030)-82/2023
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-82/2023
12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver