Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-84/2025 15.04.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X22 Hafiz oğlunun sədrliyi, məhkəmə iclasının katibi X11, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Daşkəsən rayonu, Qaraqollar kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Daşkəsən RPŞ-si tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, xx.xx.2025-ci il tarixdə Daşkəsən RPŞ-nin İTB-nin sahə rəisi Rza Abdullayev raportla məruzə edərək Gəncə-Daşkəsən avtomobil yolunun Daşkəsən rayonu, Bayan kəndi ərazisində yerləşən meşə zolağından adları sonradan ona məlum olan Bayan kənd sakini Şəxs və Daşkəsən rayonu, Daşkəsən qəsəbə sakini X7 ağac kəsmələri və meşədə ocaq qalamalarını aşkar etdiyini bildirmişdir. Raport əsasında Daşkəsən RPŞ-nin İQ-nun müstəntiqi X14 tərəfindən aparılmış araşdırma zamanı Şəxs təxminən 1 ay bundan qabaq Bakı şəhərində olan zaman teleqram sosial proqramına daxil olub orada tanış olduğu tanımadığı iran vətəndaşının dediyi hesaba 20 manat pul vəsaiti köçürdükdən sonra ona atılan konuma gedib zibil qutusunun kənarında narkotik vasitə olan qurudulmuş marixuana götürüb istifadə etdiyini, həmin vaxtı tək olduğunu, yanımda heç kimin olmadığını bildirmişdir. Həmçinin o, heç bir yerdə narkotik vasitə saxlamadığını, ara-sıra Bakı şəhərinə gedən zaman orda marixuana tapıb çəkdiyini göstərmişdir. Araşdırma zamanı izahatı alınmış X10 izahat verərkən hərəkətlərindən və danışığından narkotik vasitənin təsiri altında sərxoşluq halında olmasına şübhələr yarandığı üçün həmin gün dərhal o, Gəncə Rayonlararası Narkoloji Dispanserdə müayinədən keçirilmişdir. Müayinə nəticəsində onun sidiyinidə narkotik vasitə aşkar olunmuşdur. Bununla da, əməlində Azərbaycan Resoublikas Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin əlamətləri olmadığına görə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyətə cəlb edilməsinə dair protokol tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, X9 protokolda qeyd olunan xüsusatları təsdiq edərək Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətanı törətdiyini etiraf edərək izahatında göstərdi ki, narkotik vasitə qəbul edir. Bir ay bundan əvvəl Bakı şəhərinə gedəndə orada bir dəfə narkotik vasitə qəbul etmişdir. Daimi iş yeri yoxdur. Evlidir, iki azyaşlı övladı var. Hazırda etdiyi əməldən peşmandır və gələcəkdə birdə belə hallara yol verməyəcəyini bildirmişdir. Məhkəmədən bunların nəzərə alınaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Şəxs narkotik vasitə istifadə etməsi, narkotik vasitə alüdəçisi olması hal və hərəkətlərindən, aqressivliyindən hiss edildiyindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Dispanserindən tibbi yoxlamadan keçirilmiş və yoxlama zamanı narkotik (epizodik) vasitə istifadə etməsi müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Dispanserinin “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi haqqında” xx.xx.2025-ci il tarixli 1193/2025 nömrəli protokoldan görünür ki, Şəxs sidiyində narkotik vasitə aşkar edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.1992-ci ildə Daşkəsən rayonu Qabaqtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Daşkəsən rayonu Qabaqtəpə kəndində qeydiyyatda olmaqla Daşkəsən rayonu Bayan kəndində yaşayan Şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və üzərində narkotik vasitə saxlaması barədə daxil olmuş məlumata əsasən xx.xx.2025-ci il tarixdə keçirilmiş tədbirlər nəticəsində Şəxs 05 aprel 2025-ci il tarixdə Daşkəsən rayonu, Bayan kəndi ərazisində yerləşən meşə massivindən yalnız çürüyərək aşmış vəziyyətdə olan ağac parçalarını toplayıb Bayan kəndin ərazisindən keçən yolun kənarına toplamış və həmin yerdə topladığı quru, çürük ağac parçalarını hissələr doğramışdır. Şəxs meşə massivindən həmin gün qanunsuz olaraq ağac kəsməmişdir. O, Daşkəsən rayon polis şöbəsinə gətirilmiş və izahatı alınmışdır. İzahatı alınan zamanı Şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz vasitə əldə edərək istifadə etdiyi məlum olmuşdur. Toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və (sidiyində narkotik vasitə aşkar olunduğundan onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri olmamış) onun əməlində inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Daşkəsən RPŞ-nin İTŞ-nə göndərilmişdir. Məhkəmə protokol tərtib edən şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib inzibati xəta haqqında işin materiallarını hərtərəfli, obyektiv tədqiq edib hesab edir ki, düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati protokol tərtib edilmiş və o, həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrinə əsasən Şəxs inzibati xəta törətməsini etiraf etməsini və əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Daşkəsən rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev AZƏRBAYCAN RESPUBLİKASİ DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ AZ-1600, Daşkəsən şəhəri M.Əsədov küçəsi, 17. Tel:(022)215-56-44. Email: Elektron ünvan Faks:(022)215-47-55. İş № 3(030)-129/2024 08 iyul 2024-cü il Daşkəsən Rayon Polis Şöbəsinin rəisi polis polkovniki cənab Seymur Əfəndiyevə Hörmətli Seymur müəllim ! Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli 3(030)-119/2024 saylı qərarından çıxarış icra olunması üçün Sizə göndərilir. Qoşma: Qərardan çıxarış-«_01_» vərəqədə. Hakim:Kənan Vəliyev AZƏRBAYCAN RESPUBLİKASİ DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ AZ-1600, Daşkəsən şəhəri M.Əsədov küçəsi, 17. Tel:(022)215-47-55. Faks:(022)215-47-55. İş № 3(030)-20/2021 08 fevral 2021-ci il Daşkəsən rayon İcra və Probasiya şöbəsinə Surət: Daşkəsən Rayon Polis Şöbəsinə Məlumat üçün Surəti: Şəxsna (Daşkəsən rayonu Astaf kəndində yaşayan) Məlumat üçün Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli 3(030)-20/2021 saylı qərarının surəti icra olunması üçün Sizə göndərilir. Qoşma: Qərarın surəti və icra vərəqəsi (birinci ünvana) - _03_ vərəqədə. Sədr Azad Əliyev İş № 3(030)-130/2024 BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İNZİBATİ XƏTA HAQQİNDA İŞ ÜZRƏ MƏHKƏMƏ BAXİŞİ İCLASİNİN PROTOKOLU Daşkəsən Rayon Məhkəməsi 08 iyul 2024-cü il Daşkəsən şəhəri X22 Hafiz oğlunun sədrliyi, məhkəmə iclasının katibi X11, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenanatı X15, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Daşkəsən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə baxışı iclasında baxılır, İclas saat 17:00-da başlandı. Sədirlik edən məhkəmə icasını açır və baxılası işi elan edir. Sədirlik edən məhkəmə prosesi iştirakçılarının gəlib-gəlməməsi barədə məlumat vermək üçün məruzə etmək üçün sözü iclas katibinə verir. Məhkəmə iclas katibi bildirir: məhkəmə iclasında Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenanatı X15, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirak edirlər. Sədirlik edən proses iştirakçılarının şəxsiyyətini müəyyən edir: Protokol tərtib edən şəxs: X15 – Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenanatı, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs – xx.xx.1991-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Daşkəsən rayonu, Qaraqollar kəndində qeydiyyatda olan, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi: X5- Azərəbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Sədirlik edən məhkəmə tərkibini elan edir: Sədirlik edən Vəliyev Kənan Hafiz oğlu, məhkəmə iclas katibi X8r. Sədrlik edən proses iştirakçılarına sədrlik edənə və iclas katibinə etiraz etmək hüquqlarını və etiraz etmək üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 107 və 108-ci maddələrində nəzərdə tutulmuş əsasları izah edərək, onlardan sədrlik edənə və iclas katibinə etirazı olub-olmamasını soruşur. Proses iştirakçıları hər biri ayrı-ayrılıqda məhkəmə tərkibinə etirazları olmadığını bildirdi. Sədlik edən inzibati xəta haqqında protokolu və digər sənədləri oxuyub elan edir və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın mahiyyətini və həmin əmələ görə müəyyən olunmuş məsuliyyəti izah edir. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən ona istinad edilən əməlin mahiyyətinin ona aydın olub-olmamasını, həbelə özünü təqsirli bilibbilməməsini soruşur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs: - Mənə istinad edilən əməlin mahiyyəti mənə aydındır. Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrini törətməkdə təqsirli bilirəm, ancaq 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özümü təqsirli bilmirəm. Sədrlik edən protokol tərtib edən şəxsə izahat verməyi təklif edir. Protokol tərtib edən şəxs X15 izahatında göstərir: İnzibati xəta haqqında protokolda qeyd olunan xüsusatları təsdiq edirəm. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edirəm. Protokol tərtib edən şəxsə sual olmadı. Sədrlik edən inziabti xəta törətmiş şəxsə izahat verməyi təklif edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərir: Hadisə baş verən zaman sərxoş vəziyyətdə olmuşam. Narkotik vasitəni parkdan tapmışam. Hazırda etdiyim əməldən peşmanam və gələcəkdə birdə belə hallara yol verməyəcəyəm. Məhkəmədən bunların nəzərə alınaraq qərar qəbul edilməsini xahiş eedirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə sual olmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X5 izahatında göstərir: Əhmədov Seymur hal- hazırda etdiyi əməldən peşmandır. Bir azyaşlı övladı olduğunu və övladı anasının himayəsində yaşamasına baxmayaraq, həmin övladına görə aliment ödəyir. Hal-hazırda aliment ödəmək iqtidarındadır, əgər həbs növündə inzibati tənbeh tədbiri görülərsə, aliment ödəməsində çətinliklər yaranacaqdır. Məhkəmədən inzibati xəta törətmiş şəxsin barəsində 206-cı maddənin sanksiyasında göstərilən cərimə növündə inzibati tənbeh tədbirinin seçilməsini xahiş edirəm. Sədrlik edən tərəflərdən işin mahiyyəti ilə bağlı nə kimi əlavələri, vəsatətləri olmasını soruşur. Proses iştirakçıları heç bir vəsatətləri olmadığını bildirdi. Sədrlik edən işdə olan sənədləri oxuyub elan edir və proses iştirakçılarından həmin sənədlərə dair sualı və işin mahiyyəti ilə bağlı nə kimi əlavələri, vəsatətləri olubolmamasını soruşur. Proses iştirakçıları elan olunan sənədlərə dair sualları olmadığın bildirdilər. İşdə iştirak edən şəxslərin hər biri ayrı-ayrılıqda elan olunan sənədlərə dair sual, əlavə və vəsatətlərinin olmadığını bildirirlər. Sədrlik edən yerində qısa müşavirə edərək, qərara alır: Məhkəmə tədqiqi tamamlansın və çıxışlara başlansın. Sədrlik edən çıxış üçün protokolu tərtib edən şəxs X4 verir. Protokolu tərtib edən şəxs X15: Məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş edirəm. Sədrlik edən çıxış üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsna söz verir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs: Məhkəmədən yüngül cəza verilməsini xahiş edirəm. X1: Məhkəmədən cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edirəm. Sədrlik edən müşavirə otağına gedir və qayıdaraq inzibati xəta haqqında iş üzrə qərarı elan edir. Sədrlik edən proses iştirakçısına qərardan şikayət və protest verilmə qaydasını, protokola tanış olma hüquqlarını izah etdi. Sədrlik edən məhkəmə iclasını saat 17:13-də bağlı elan edir. Protokol 08 iyul 2024-cü ildə tərtib olunmuşdur. Sədrlik edən: ___________________ Kənan Vəliyev Katib: ____________________ Bəylər Fərzəliyev İş № 3(030)–130/2024 QƏRAR (təqsirləndirilən şəxsə müdafiəçi təyin edilməsi haqqında) 08 iyul 2024-cü il Daşkəsən şəhəri Mən X22 Hafiz oğlu, Daşkəsən rayon Polis Şöbəsi tərəfindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta törətməsinə dair protokolun materiallarını nəzərdən keçirərək, MÜƏYYƏNETDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta törətməsinə dair protokolun materialları Daşkəsən Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Buna görə də, Şəxsna müdafiəçi təyin olunmasına zərurət yaranmışdır. Belə olan halda Azərbaycan Respublikası İXM-nin 61.1.5 və 55.2-ci maddələrini rəhbər tutaraq, inzibati xəta törətmiş şəxsə dövlət hesabına müdafiəçi təyin edilməlidir. İş üzrə məhkəmə iclası 08 iyul 2024-cü il tarixə, saat 17:00-a təyin edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 19, 85, 92.6, 193.2 və 193.5-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs hüquqlarının müdafiəsini təmin etmək məqsədilə ona dövlət hesabına müdafiəçi təyin edilsin. Şəxs 08 iyul 2024-cü il tarixə, saat 17:00-a Daşkəsən Rayon Məhkəməsinin binasında iş üzrə keçiriləcək məhkəmə iclasında müdafiəçi ilə təmin olunması Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyinə həvalə edilsin. Müdafiəçinin hüquqi yardımının qanunla müəyyən edilmiş qaydada və miqdarda dövlət büdcəsi hesabına ödənilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyinə tapşırılsın. Qərarın surəti məlumat və icra olunması üçün maraqlı şəxslərə göndərilsin. Hakim: Kənan Vəliyev AZƏRBAYCAN RESPUBLİKASİ DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ AZ-1600, Daşkəsən şəhəri М.Əsədov küçəsi, 17. Тel:(022)215-56-44. Faks:(022)215-47-55. İş № 3(030)-130/2024 08 iyul 2024-cü il Azərbaycan Respublikası Vəkillər Kollegiyasına - (Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi, 100) Surəti: X3 – (Daşkəsən şəhəri, H.Əliyev prospekti 4-də fərdi qaydada fəaliyyət göstərən vəkil) Şəxsna müdafiəçi təyin edilməsi haqqında Daşkəsən Rayon Məhkəməsinin 3(030)-130/2024 nömrəli 08 iyul 2024-cü il tarixli qərarın surəti icra olunması üçün Sizə göndərilir. İş üzrə məhkəmə iclası 08 iyul 2024-cü il tarixə, saat 17:00-a təyin edilmişdir. Qoşma: Qərarın surəti 01 vərəq. Hakim : Kənan Vəliyev Mən, X22 Hafiz oğlu, Daşkəsən rayon Polis Şöbəsi tərəfindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta törətməsinə dair protokolun materialları üzrə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil X2 təyinatla müdafiəçi qismində iştirakının hesabatını nəzərdən keçirərək, müəyyənetdim: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta törətməsinə dair protokol ilə bağlı materiallar 08 iyul 2024-cü ildə məhkəmənin icraatına daxil olmuş, 08 iyul 2024-cü il tarixdə iş üzrə yekun məhkəmə qərarı qəbul olunmuşdur. Şəxs müdafiəçinin xidmətini ödəməyə vəsaiti olmadığına görə AR CPM-nin 193.2-ci maddəsinə müvafiq olaraq ona dövlət hesabına hüquqi yardımın göstərilməsi üçün məhkəmənin qərarına əsasən təyinatla müdafiəçi dəvət edilmiş, bu vəzifəni Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil X5 həyata keçirmişdir. İnzibati xəta törətmiş şəxs barəsində olan protokolun materialları ilə tanış olmağa, həmin şəxslə ünsiyyət saxlamağa, şəxsin müdafiəsinin təşkilinə hazırlaşmağa və məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin müdafiəsinə sərf etdiyi vaxt nəzərə alınmaqla müdafiəçi tərəfindən inzibati xəta törətmiş şəxsə hüquqi yardım göstərilməsinin ümumi vaxtı 05 (beş) saat təşkil edir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına və 03 may 2018-ci il tarixli 202 saylı qərarla edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil X3 təqdimat üzrə inzibati xəta törətmiş şəxsə hüquqi yardım göstərdiyinə görə müdafiəçinin 1 saatlıq xidmət haqqının 06 manat olması nəzərə alınaraq, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına 05 (beş) saatlıq müddət üçün 30 (otuz) manat xidmət haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 193-cü maddəsinin rəhbər tutaraq, qəraraaldım: İnzibati xəta törətmiş şəxs Şəxsna protokol üzrə hüquqi yardım göstərdiyinə görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil X2 xidmət haqqının ödənilməsi məqsədilə onun məhkəmə prosesində iştiraka sərf etdiyi cəmi 05 (beş) saat üçün Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına 30 (otuz) manat xidmət haqqı X2 hesabına köçürülsün. Qərarın surəti icra olunması üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilsin. Düzdür. Hakim: Kənan Vəliyev AZƏRBAYCAN RESPUBLİKASİ DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ AZ-1600, Daşkəsən şəhəri М.Əsədov küçəsi, 17. Тel:(022)215-56-44. Faks:(022)215-47-55. İş № 3(030)-130/2024 01 avqust 2024-cü il Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına (Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007 ünvanında yerləşən) Daşkəsən Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli 3(030)-130/2024 saylı qərarının surəti icra olunması üçün Sizə göndərilir. Qərarın icrasının nəticəsi barədə məhkəməyə mütləq şəkildə rəsmi məlumat verilməsini xahiş edirəm. Qoşma: Qərarın surəti – “_01_” vərəqədə Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-84/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-84/2025
15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver