Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-85/2025 16.04.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X8 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4, tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Daşkəsən rayonu Qazaxyolçular kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Daşkəsən rayonu Qazaxyolçular kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 15 aprel 2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Namazov X3 Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli 16(030)-4/2025 saylı icra vərəqəsi üzrə oğlu X5 ilə anası tələbkar Zərərçəkmiş şəxs ünsiyyətinə şərait yaratmamışdır. Məhkəmə iclasında Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 bildirmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli 16(030)-4/2025 saylı icra vərəqəsi üzrə borclu tərəfindən, tələbkarın Gəncə şəhərinə gəldiyi üçün uşağını anası ilə görüşdürmək istəmiş, lakin uşağın anasıyla görüşmək istəmədiyini bildirmişdir. Şəxs tələbkar Zərərçəkmiş şəxs ilə X2 ünsiyyətinə şərait yaratmış lakin uşaq anası ilə görüşməkdən imtina etmişdir. Bundan əlavə xx.xx.2025-ci il tarixdə borclu Şəxs tərəfindən uşağın anası ilə görüşməsi üçün məhkəmənin inzibati binasına gətirilmiş lakin uşaq yenədə anasıyla görüşməkdən imtina etmişdir. Qeyd edilənlərə əsasən, borclu barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, uşağı bir neçə dəfə görüş üçün gətirsə də uşaq görüşməkdən imtina etmişdir. Uşağın hazırda 12 yaşı var. O, uşağn xx.xx.2025-ci il tarixində saat 12:00-da məhkəmənin inzibati binasında icra məmurunun yanında anası ilə görüş üçün gətirib təqdim edib çıxmışdır. Uşaq yenə də anası ilə görüşməkdən imtina etmişdir. O, uşağa heç bir təsir göstərməmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edirəm. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, uşaq onunla görüşməkdən imtina edir. xx.xx.2025-ci il tarixində saat 12:00-da X9 uşağı onunla görüşməsi üçün məhkəmənin inzibati binasına gətirmişdir. Lakin həmin vaxt Samirin kənardan təsiri olduğu üçün oğlunun onunla görüşməkdən imtina etdiyini qeyd etmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarın (zərərçəkmiş şəxs) və icra məmurunun izahatlarını dinləyib, inzibati işin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb belə nəticəyə gəlir ki, borclunun əməlində məhkəmə qərarının icrası ilə bağlı hər hansı qərəzli yayınma halları mövcud deyildir. Belə ki, Şəxs uşağın anası ilə ünsiyyətinə şərait yaratmışdır, lakin uşaq anası ilə görüşmək istəməmişdir. Ona görə də onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Qeyd olunanlar borclunun əməlində üzürsüz səbəbdən, qərəzli yayınma hallarını istisna edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.1.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-85/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-85/2025
16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver