Məhkəmə qərarları › İş №3(030)-87/2023

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-87/2023

05.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-87/2023 05.04.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X1 iclas katibliyi, Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X2, tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi ev 45, mənzil 21-də. yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 05 aprel 2023-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Daşkəsən şəhəri, M.Əsədov küçəsi 17-də Daşkəsən rayon Məhkəməsinin 2(030)-431/2019 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X2 bildirmişdir ki, Daşkəsən rayon Məhkəməsinin 2(030)-431/2019 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə Şəxs üzərinə Daşkəsən şəhəri İ.Nəsimi adına 1 saylı tam orta məktəbin direktoru Zərərçəkmiş şəxs barəsində 04 sentyabr 2019cu il tarixdə “Turaneli.TV” internet kanalı vasitəsi ilə video yazı şəklində sosial şəbəkədə məlumatların həqiqətə uyğun olmayan, Zərərçəkmiş şəxs şərəf və ləyaqətini ləkələyən məlumat kimi, “Turaneli.Tv” internet kanalı vasitəsi ilə video müraciət olunmaqla təkzib edilməsi vəzifəsi qoyulmuşdur. Borclu Şəxs tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilməklə vaxt verilmiş, lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Lakin, hazırda tələbkar Daşkəsən rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək, Daşkəsən rayon Məhkəməsinin 2(030)-431/2019 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icra olunmadan məhkəməyə qaytarılmasını xahiş etmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Daşkəsən rayon Məhkəməsinin 2(030)-431/2019 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə “Turaneli.TV” internet kanalı vasitəsi ilə video yazı ilə müraciət etdiyi Daşkəsən şəhəri İ.Nəsimi adına 1 saylı tam orta məktəbin direktoru Zərərçəkmiş şəxs barəsində 04 sentyabr 2019-cu il tarixdə video yazı şəklində sosial şəbəkədə məlumatların həqiqətə uyğun olmaması, Zərərçəkmiş şəxs şərəf və ləyaqətini ləkələyən məlumat kimi, “Turaneli.Tv” internet kanalı vasitəsi ilə video müraciət olunmaqla təkzib edilməsi vəzifəsi qoyulmuşdur. O, hazırda tələbkar Zərərçəkmiş şəxs ilə razılıq əldə etmiş və tələbkar Daşkəsən rayon Məhkəməsinin 2(030)-431/2019 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icra olunmadan məhkəməyə qaytarılması barədə ərizə vermişdir. Buna görə də məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Daşkəsən rayon Məhkəməsinin 2(030)-431/2019 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə borclu Şəxs yaydığı həqiqətə uyğun olmayan məlumatlar, şərəf və ləyaqətini ləkələyən məlumatları “Turaneli.Tv” internet kanalı vasitəsi ilə video müraciət olunmaqla təkzib edilməsi vəzifəsini icra etməmişdir. Lakin, hazırda o borclu ilə razılığa gəlmiş və Daşkəsən rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı ərizəsində Daşkəsən rayon Məhkəməsinin 2(030)-431/2019 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icra olunmadan qaytarılmasını xahiş etmişdir. Buna görə də, məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli tələbkar Zərərçəkmiş şəxs ərizəsinin surətindən görünür ki, Daşkəsən rayon məhkəməsinin 2(030)-431/2019 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə Şəxs üzərinə Daşkəsən şəhəri İ.Nəsimi adına 1 saylı tam orta məktəbin direktoru Zərərçəkmiş şəxs barəsində 04 sentyabr 2019-cu il tarixdə “Turaneli.TV” internet kanalı vasitəsi ilə video yazı şəklində sosial şəbəkədə məlumatların həqiqətə uyğun olmayan, Zərərçəkmiş şəxs şərəf və ləyaqətini ləkələyən məlumat kimi, “Turaneli.Tv” internet kanalı vasitəsi ilə video müraciət olunmaqla təkzib edilməsi vəzifəsi qoyulmuşdur. Daşkəsən rayon məhkəməsinin 2(030)-431/2019 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsini icra olunmadan məhkəməyə qaytarmağı xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, tələbkar və icra məmurunun izahatlarını dinləyib, inzibati işin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb, belə nəticəyə gəlir ki, Şəxs əməlində AR İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığı üçün inzibati işin icraatına xitam verilməlidir. Belə ki, AR İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. İcra sənədinin icrası ilə əlaqədar olaraq Daşkəsən rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən zəruri icra tədbirləri görülmüşdür. Məhkəmə iclasında icra vərəqəsi üzrə tələbkar və borclu razılığa gəldiklərini bildirmiş və tələbkar Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək Daşkəsən rayon məhkəməsinin 2(030)-431/2019 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsini icra olunmadan məhkəməyə qaytarmağı xahiş etmişdir. Odur ki, borclunun əməlində icra sənədinin icrasından üzürsüz səbəbdən, qərəzli yayınma halları mövcud deyildir. Həmin Məcəllənin 53.0.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar