Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-88/2025 16.04.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X7 Hafiz oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Daşkəsən rayon Tapan kəndində qeydiyyatda olmaqla, yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 206cı maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə ictimai yerdə uca səslə nalayiq söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etməsinə dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaya görə MN ******* saylı inzibati xəta haqqında protokol, və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmiş və həmin iş məhkəmədə 3(030)-89/2025 sayla qeydə alınmışdır. Bundan başqa Şəxs xx.xx.2025-ci il tarixdə Daşkəsən rayonu Tapan kəndi ərazisində narkotik vasitələrdən (marixuana və metanfetamin) istifadə etməsinə dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətaya görə MN ******* saylı inzibati protokol, və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmiş və həmin iş məhkəmədə 3(030)- 88/2025 sayla qeydə alınmışdır. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə MN ******* saylı protokol üzrə 3(030)-89/2025 saylı inzibati iş, MN ******* saylı protokol üzrə 3(030)- 88/2025 saylı inzibati bir icraatda birləşdirilərək 3(030)-88/2025 sayla baxışa təyin edilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat təxminən 18:00 Gəncə şəhəri Sevinc qəsəbəsində olan zaman yerdən az miqdarda tapdığı marixuananı yaşadığı Daşkəsən rayonu Tapan kəndində xx.xx.2025-ci il tarixdə səhər saat 08:00 radələrində “Prima” siqaretinə dolduraraq istifadə edib. xx.xx.2025-ci il tarixdə saat 12:00 radələrində yaşadığı Daşkəsən rayonu Tapan kəndindinin polis əməkdaşı ona zəng edərək bildirib ki, Tapan kəndində oğurluq ilə bağlı profilaktik söhbətləri aparmaq məqsədi ilə onu Daşkəsən RPŞ-nə dəvət edib. O, isə dərhal Daşkəsən RPŞ-nə gəlib. Daşkəsən RPŞ-də onunla profilaktiki söhbətlər aparılan zaman narkotik vasitələrdən istifadə etdiyini və narkotik vasitəyə meyli olduğunu soruşan zaman o, səmimi etiraf edib. O, Gəncə şəhərində olan narkoloji dispanserə aparıldıqda sidiyinin analiz nümunasindən narkotik vasitə aşkar edilmişdir. O, analizin rəy cavabı ilə razı olaraq əvvələr də metafetamin və marixuanadan istifadə etdiyini etiraf etmişdir. Məhkəmə iclasında Daşkəsən rayon Polis sahə rəisi X2 protokolu müdafiə edərək izahatında göstərmişdir ki, faktla əlaqədar Daşkəsən rayon Pİ-in TŞ-də araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Daşkəsən RPİ-in İTŞ-nə göndərilmişdir. Bu səbəbdən də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Bundan başqa o, polis şöbəsinin inzibati binasının həyətində olan zaman ictimai yerdə nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs ona istinad edilən əməli törətdiyini etiraf edərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 18:00 Gəncə şəhəri Sevinc qəsəbəsində olan zaman yerdən az miqdarda tapdığı marixuananı yaşadığı Daşkəsən rayonu Tapan kəndində xx.xx.2025-ci il tarixdə səhər saat 08:00 radələrində “Prima” siqaretinə dolduraraq istifadə edib. Bunu etiraf etməsinə baxmayaraq polis əməkdaşlarının onu həkimə aparmasına etiraz olaraq ictimai yerdə ucadan nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatına uyğun ifadə verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs şübhəli şəxs kimi şöbəyə dəvət olunmuşdur. O, polis şöbəsinin inzibati binasının həyətində olan zaman ictimai yerdə nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Onu nizam-intizama dəvət etmiş, etdiyi hərəkətlərin qanuna zidd olduğunu bildirdikdən sonra Daşkəsən rayon polis şöbəsinin növbətçi hissəsinə təhvil vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Daşkəsən Rayon Məhkəməsinin 3(030)-46/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək 15 gün müddətində inzibati həbs olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Dispanserinin “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi haqqında” xx.xx.2025-ci il tarixli 1511/2025 nömrəli protokoldan görünür ki, Şəxs sidiyində narkotik vasitə aşkar edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, onun əməlində inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Daşkəsən RPŞ-nin İTŞ-nə göndərilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, müdafiəçinin çıxışını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib məhkəmə hesab edir ki, düzgün olaraq Şəxs əməli Azərbaycan Respublikasının İXM-nin 510 və 206-cı maddələri ilə tövsif olunmuşdur. Odur ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Belə ki, həmçinin Şəxs öz hərəkətləri ilə ictimai yerdə olan əməkdaşların narahat olmasına səbəb olan ifadələri qərəzli şəkildə və ucadan işlədərək, ictimai qaydanı pozmuş, bununla da xırda xuliqnlıq hərəkətinə yol vermişdir və nəticədə İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan başqa onun narkoloji dispanserdə müayinədən keçməsi zamanı narkotik vasitədən istifadə etmiş olması aşkar olunmuşdur və narkotik vasitəni qəbul etməsini özü də etiraf etmişdir. Bununla da əlavə olaraq İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Belə ki, sübutlarla təsdiqini tapır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə də Daşkəsən rayon polis şöbəsində olan zaman nalayiq ifadələr işlədərək, yəni, cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış, həmçinin qanunvericiliklə müəyyən edilən davranış qaydalarına zidd hərəkətlər edərək ictimai qaydanı pozmuş, bununla da xırda xuliqanlıq hərəkətinə yol vermiş və nəticədə İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan başqa o, narkotik vasitə qəbul etmişdir. Bununla da o, İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göründüyü kimi, Şəxs qeyd edilən əməl üzrə təqsirinin müəyyən edilməsi üçün həmin şəxs narkotik vasitələri, psixotrop maddələri istehlak etməsi, yəni onlardan istifadə etməsi, yaxud da satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsi müəyyən edilməlidir. Şəxs tərəfindən narkotik vasitədən istifadə etməsi, onun etirafedici izahatı ilə yanşı analiz nümunəsi ilə də müəyyən edilir. Məhkəmə hesab edir ki, xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixdə törədilmiş inzibati xətalara görə tərtib edilmiş protokollar üzrə İXM-in 510 və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. Buna görə də Şəxs İXM-in 510 və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi hesab edilən 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsin əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən məhkəmə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Bununla yanaşı, məhkəmə hesab edir ki, İXM-nin 37-ci maddəsinin tələbinə uyğun olaraq, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsi üçün əsaslar vardır. Şəxs ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək həmin məcəllənin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta hesab edilən 206-cı maddənin sanksiyası çərçivəsində tənbeh edilərək 16 (on altı) gün müddətə inizbati həbs olunsun. Həbsetmənin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, 14 aprel 2025-ci il saat 19:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Şəxs ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın icrası Daşkəsən Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-88/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-88/2025
16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver