Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-89/2023 14.04.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1991-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Goranboy rayonu, Qaraçinar kəndində qeydiyyatda olan. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Daşkəsən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 AR İXM-nin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə cərimə təyin olunması barədə Daşkəsən RPŞ-nın DYPB-nın qərarı qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla da, X3 AR İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasına rəsmi qaydada dəvət olunmuş X3 məhkəməyə müraciət edərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş və göstərmişdir ki, cərimələri qanunla müəyyən edilmiş müddətə ödəməyə imkanı olmamışdır. Lakin hazırda həmin cərimələri dəbbə pulu ilə birlikdə tam olaraq ödəmişdir. Ona görədə məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə əlavə olunmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokolundan görünür ki, X3 barəsində İXP ******* nömrəli protokol əsasında çıxarılmış qərar üzrə təyin edilmiş cəriməni qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Buna görə də, barəsində AR İXM-nin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. İşə əlavə olunmuş AR DİN BDYPİ-nin MMX-nın xx.xx.2023-ü il tarixli qərarının çıxarışından görünür ki, X3 barəsində tətbiq edilmiş cərimə növündə inzibati tənbehi qərar qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra etmədiyi üçün “VAZ21144 MİNİK” markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobili BDYPİ-nin mühafizə olunan duracağına yerləşdirilməsi barədə qərar qəbul olunmuşdur. İşə əlavə olunmuş AR DİN BDYPİ-nin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarının surətindən görünür ki, X3 AR İXM-nin 329.1 və 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 400 manat məbləğində inzibati cərimə olunmuşdur. İşə əlavə olunmuş Daşkəsən RPŞ-nin DYPB-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X3 barəsində AR İXM-nın 329.1 və 333.1-ci maddəsi ilə tərtib olunmuş İXP ******* seriyalı protokol əsasında çıxarılmış TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla təyin edilmiş 400 manat cərimə BDYPİ-nin hesabına ödənilməmiş və hal-hazırda dəbbə pulu ilə birlikdə cəmi 640 manat təşkil etmişdir. İşə əlavə olunmuş “ASANPAY Ödəniş Portalı”-ından çıxarışın surətindən görünür ki, X3 barəsində tərtib edilən İXP ******* seriyalı protokol əsasında çıxarılmış TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə cəriməni dəbbə pulu ilə birlikdə ödəmişdir. Hazırda onun barəsində inzibati material üzrə ödənilməmiş cəriməsi yoxdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edib, sübutlara hüquqi qiymət verib, məhkəmə hesab edir ki, düzgün olaraq X2 barəsində AR İXM-nin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Lakin işə əlavə edilmiş “ASANPAY” ödəniş portalından çıxarışın sürətindən görünür ki, X3 barəsində olan cəriməni dəbbə pulu ilə birlikdə ödəmişdir. Hazırda onun barəsində inzibati material üzrə ödənilməmiş cəriməsi yoxdur. AR İXM-nin 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Maddənin “Qeyd”inin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə məhkəmə hesab edir ki, X2 AR İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 529.3-cü maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və AR İXM-nin 40, 43, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X2 AR İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 529.3-cü maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №3(030)-89/2023
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-89/2023
14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver