Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 3(030)-89/2025 16.04.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Daşkəsən Rayon Məhkəməsinin hakimi X1, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: İş üzrə toplanmış materialları araşdıraraq hesab edirəm ki, tərtib olunmuş protokol və materiallar səlahiyyəti olan şəxslər tərəfindən düzgün tərtib olunmuşdur və natamam deyildir. Bu məsələnin baxılması hakimin səlahiyyətinə aiddir. İnzibati iş bu məhkəməyə aiddir. İşin baxılmasını istisna edən hallar, İXM-in 53-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud deyildir. xx.xx.2025-ci il tarixli MN ******* saylı protokol üzrə 3(030)-88/2025 saylı iş, xx.xx.2025-ci il tarixli MN ******* saylı protokol üzrə 3(030)-89/2025 saylı iş bir icraatda birləşdirilərək 3(030)-88/2025 iş nömrəsi ilə baxışa təyin edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-ci maddələrinə əsasən məhkəmə, QƏRARA ALDİ:
1. İnzibati xəta haqqında material baxılması üçün icraata qəbul edilsin.
2. İşin baxılması xx.xx.2025-ci il tarixə, saat 15:25-ə Daşkəsən Rayon Məhkəməsinin binasında təyin edilsin.
3. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçıları məhkəmə baxışında iştirak etmələri üçün çağırılsın. İşin düzgün və vaxtında həll edilməsinə yönəlmiş digər hərəkətlər edilsin.
Sədrlik edən: Kənan Vəliyev