Məhkəmə qərarları › İş №3(030)-9/2023

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-9/2023

13.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-9/2023 13.01.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1991-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,Daşkəsən rayonu S.Vurğun küçəsi yataqxana-1-də qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Daşkəsən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs AR İXM-nin 339.1-1-ci, 327.2-ci və 339.1-1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə cərimələr təyin olunması barədə Daşkəsən RPŞ-nın DYPBnın qərarları qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla da, Şəxs AR İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasına rəsmi qaydada dəvət olunmuş Şəxs məhkəməyə müraciət edərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş və göstərmişdir ki, cərimələri qanunla müəyyən edilmiş müddətə ödəməyə imkanı olmamışdır. Lakin hazırda həmin cərimələri dəbbə pulu ilə birlikdə tam olaraq ödəmişdir. Ona görədə məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İşə əlavə olunmuş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs barəsində EQ 10146085, EQ ******* və EQ 10533931 nömrəli protokollar əsasında çıxarılmış qərarlar üzrə təyin edilmiş cərimələri qərarlar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Buna görə də, barəsində AR İXM-nin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. İşə əlavə olunmuş AR DİN BDYPİ-nin MMX-nın xx.xx.2022-ci il tarixli qərarının çıxarışından görünür ki, Şəxs barəsində tətbiq edilmiş cərimə növündə inzibati tənbehi qərar qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra etmədiyi üçün “QAZ 3110 101 MİNİK” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili BDYPİ-nin mühafizə olunan duracağına yerləşdirilməsi barədə qərar qəbul olunmuşdur. İşə əlavə olunmuş AR DİN BDYPİ-nin xx.xx.2022-ci il tarixli EQ 10146085 nömrəli protokolu əsasında çıxarılmış eyni tarixli qərarın surətindən görünür ki Şəxs AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində inzibati cərimə olunmuşdur. İşə əlavə olunmuş Daşkəsən RPŞ-nin DYPB-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Şəxs barəsində AR İXM-nın 327.2-ci maddəsi ilə tərtib olunmuş EQ 10146085 seriyalı inzibati tənbeh vermə haqqında qərarla təyin edilmiş 60 manat cərimə BDYPİ-nin hesabına ödənilməmiş və hal-hazırda dəbbə pulu ilə birlikdə cəmi 96 manat təşkil etmişdir. İşə əlavə olunmuş AR DİN BDYPİ-nin MMX-nın xx.xx.2022-ci il tarixli qərarının çıxarışından görünür ki, Şəxs barəsində tətbiq edilmiş cərimə növündə inzibati tənbehi qərar qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra etmədiyi üçün “QAZ 3110 101 MİNİK” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili BDYPİ-nin mühafizə olunan duracağına yerləşdirilməsi barədə qərar qəbul olunmuşdur. İşə əlavə olunmuş AR DİN BDYPİ-nin xx.xx.2022-ci il tarixli EQ ******* nömrəli protokolu əsasında çıxarılmış eyni tarixli qərarın surətindən görünür ki Şəxs AR İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində inzibati cərimə olunmuşdur. İşə əlavə olunmuş Daşkəsən RPŞ-nin DYPB-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Şəxs barəsində AR İXM-nın 339.1-1-ci maddəsi ilə tərtib olunmuş EQ ******* seriyalı inzibati tənbeh vermə haqqında qərarla təyin edilmiş 50 manat cərimə BDYPİ-nin hesabına ödənilməmiş və hal-hazırda dəbbə pulu ilə birlikdə cəmi 80 manat təşkil etmişdir. İşə əlavə olunmuş AR DİN BDYPİ-nin MMX-nın xx.xx.2022-ci il tarixli qərarının çıxarışından görünür ki, Şəxs barəsində tətbiq edilmiş cərimə növündə inzibati tənbehi qərar qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra etmədiyi üçün “QAZ 3110 101 MİNİK” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili BDYPİ-nin mühafizə olunan duracağına yerləşdirilməsi barədə qərar qəbul olunmuşdur. İşə əlavə olunmuş AR DİN BDYPİ-nin xx.xx.2022-ci il tarixli EQ 10533931 nömrəli protokolu əsasında çıxarılmış eyni tarixli qərarın surətindən görünür ki Şəxs AR İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində inzibati cərimə olunmuşdur. İşə əlavə olunmuş Daşkəsən RPŞ-nin DYPB-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Şəxs barəsində AR İXM-nın 339.1-1-ci maddəsi ilə tərtib olunmuş EQ 10533931 seriyalı inzibati tənbeh vermə haqqında qərarla təyin edilmiş 50 manat cərimə BDYPİ-nin hesabına ödənilməmiş və hal-hazırda dəbbə pulu ilə birlikdə cəmi 80 manat təşkil etmişdir İşə əlavə olunmuş “ASANPAY Ödəniş Portalı”-ından çıxarışların sürətlərindən görünür ki, Şəxs barəsində tərtib edilən EQ 10146085, EQ ******* və EQ 10533931 nömrəli protokollar üzrə cərimələri dəbbə pulu ilə birlikdə ödəmişdir. Hazırda onun barəsində inzibati material üzrə ödənilməmiş cəriməsi yoxdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edib, sübutlara hüquqi qiymət verib, məhkəmə hesab edir ki, düzgün olaraq Şəxs barəsində AR İXM-nin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Lakin işə əlavə edilmiş “ASANPAY Ödəniş Portalı”-ından çıxarışın sürətindən görünür ki, Şəxs barəsində olan cəriməni dəbbə pulu ilə birlikdə ödəmişdir. Hazırda onun barəsində inzibati material üzrə ödənilməmiş cəriməsi yoxdur. AR İXM-nin 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Maddənin “Qeyd”inin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 529.3-cü maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və AR İXM-nin 40, 43, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs AR İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 529.3-cü maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev Qərar 18 oktyabr 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Sədr vəzifəsini müvəqqəti icra edən hakim: Mustafa Mustafayev İş № 3(030)-09/2023 BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İNZİBATİ XƏTA HAQQİNDA İŞ ÜZRƏ MƏHKƏMƏ BAXİŞ İCLASİNİN PROTOKOLU Daşkəsən Rayon Məhkəməsi 07 oktyabr 2022-ci il Daşkəsən şəhəri Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs oьlunun барясиндя Азярбайъан Республикасы Инзибати Хяталар Мяъяллясинин 529.3-cи mаддяси иля топланмыш инзибати хята щаггында ишя ачыг мящкямя иъласында бахылыр. Иълас саат 16:10-дa башланды. Sədrlik edən мящкямя иъласыны ачараг Şəxs oьlunun барясиндя Азярбайъан Республикасы Инзибати Хяталар Мяъяллясинин 529.3-cи маддяси иля топланмыш инзибати хята щаггында ишя бахылдыьыны və işin qısa məzmununu елан едир. Sədrlik edən məhkəmə prosesi iştirakçısının gəlməsi barədə məruzə etmək üçün sözü məhkəmə iclas katibinə verir. Мящкямя иъласынын катиби мярузя едяряк эюстярир ки, məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada poçt vasitəsi ilə məlumat verilmiş Şəxs məhkəməyə müraciət edərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş və göstərmişdir ki, cəriməni qanunla müəyyən edilmiş müddətə ödəməyə imkanı olmamışdır. Lakin hazırda həmin cəriməni dəbbə pulu ilə birlikdə tam olaraq ödəmişdir. Ona görədə məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Sədrlik edən iş materiallarını nəzərdən keçirir. Sədrlik edən qərarın чыхарылмасы цчцн мцшавиря отаьына эедир. Sədrlik edən мцшавирə отаьындан гайыдыр вя гярары охуйуб елан едир. Qərardan шикайят верилмяси müddətini və гайдасыны изащ едир. Sədrlik edən мящкямя иъласыны saat 16:20-də баьлы елан едир. Протокол 13 yanvar 2023-cü ил тарихдя тяртиб olunmuшdur. Sədrlik edən: _______________________ Mustafa Mustafayev Katib: ________________________ Bəylər Fərzəliyev AZƏRBAYCAN RESPUBLİKASİ DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ AZ-1600, Daşkəsən şəhəri М.Əsədov küçəsi, 17. Тel:(022)215-56-44. Faks:(022)215-47-55. İş № 3(030)-09/2023 24 yanvar 2023-cü il Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 idarəsinin rəisi, polis general-mayoru cənab Ramiz Zeynalova Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 idarəsinin X2, İmtahan və X3 rəisi, polis mayoru cənab Eldar Əliyevə Surəti: Daşkəsən rayon Polis Şöbəsinin rəisi, polis polkovniki, cənab Seymur Əfəndiyevə Surəti Şəxs (Daşkəsən rayonu S.Vurğun küçəsi yat-1-də qeydiyyatda olan) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli 3(030)-09/2023 saylı qərarının surəti icra olunması üçün Sizə göndərilir. Qərarın icraata götürülməsi barədə mütləq şəkildə məhkəməyə rəsmi məlumat verilməsini xahiş edirik. Qoşma: Qərarın surəti - «_01_» vərəqədə (hər bir ünvana). Sədr vəzifəsini müvəqqəti İcra edən: Mustafa Mustafayev AZƏRBAYCAN RESPUBLİKASİ DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ AZ-1600, Daşkəsən şəhəri М.Əsədov küçəsi, 17. Тel:(022)215-56-44. Faks:(022)215-47-55. İş № 3(030)-243/2022 18 oktyabr 2022-ci il Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 idarəsinin rəisi, polis general-mayoru cənab Ramiz Zeynalova Surəti: Daşkəsən rayon Polis Şöbəsinin rəisi, polis polkovniki cənab Seymur Əfəndiyevə Surəti: Şəxs (Kəlbəcər rayonu Laçın kəndində qeydiyyatda olan) (Məlumat üçün) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli 3(030)-243/2022 saylı qərarının surəti icra olunması üçün Sizə göndərilir. Qərarın icraata götürülməsi barədə mütləq şəkildə məhkəməyə rəsmi məlumat verilməsini xahiş edirik. Qoşma: Qərarın surəti (birinci və ikinci ünvana) - «_01_» vərəqədə. Sədr vəzifəsini müvəqqəti icra edən hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar