Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-93/2024 24.05.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X13 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X5, tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1987-ci ildə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətandaşı, orta təhsilli, subay, fəhləliklə məşğul olan, Daşkəsən rayonu, Gurbulaq kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri Avtozavod qəsəbəsində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(030)-442/2023 saylı icra sənədi üzrə borclu Şəxs Zərərçəkmiş şəxs 4400 (dörd min dörd yüz) manat məblğində aliment borcu vardır. Məhkəmə iclasında Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X5 bildirmişdir ki, Həsənov X8 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(030)-442/2023 saylı icra sənədi üzrə 08 iyun 2011-ci il tarixdə anadan olmuş X9, 20 aprel 2012-ci il tarixdə anadan olmuş X3, 07 sentyabr 2018-ci il tarixdə anadan olmuş X4 və 07 sentyabr 2022-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay hər uşaq üçün əvvəli 11 iyul 2023-cü il tarixdən başlayaraq hesablanmaqla Şəxs hər ay hər uşağa 100 (yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat məbləğində alimenti tələbkar Zərərçəkmiş şəxs ödəməyə borclu olduğu halda, icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş və tələbkar X2 4400 (dörd min dörd yüz) manat məbləğində aliment borcu yığılıb qalmışdır. Borclu Şəxs tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilməklə vaxt verilmiş, lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Bundan sonra dəfələrlə borcluya üzərinə düşən öhdəliyi yerinə yetirməsi, qüvvədə olan məhkəmə qərarının icra edilməsi barədə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs tələbkara olan borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Hazırda tələbkarın aliment borcunun alınmış ərzaq məhsulları ilə əvəzləşdirdiyindən və borcludan şikayəti olmadığını bildirdiyindən tələbkarın fikri ilə razlaşdığını bildirmişdir. Qeyd edilənlərə əsasən, borclu Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(030)-442/2023 saylı icra sənədinə əsasən, tələbkar Zərərçəkmiş şəxs 4400 (dörd min dörd yüz) manat borcu yığılıb qalmışdır. Lakin həmin pul vəsaitini hər ay lazımı ərzaq məhsulları alaraq əvəziləşdirmişdir. Nağd şəkildə pul vəsaiti ödəmədiyi üçün həmin məbləğ yığılmışdır. Tələbkara olan borclarını hər ay ərzaq almaqla əvəziləşdirmişdir. Hazırda tələbkara borcu olmadığnı bundan sonrada hər ay nağd şəkildə aliment borcunu ödəyəcəyini bildirmişdir. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(030)-442/2023 saylı icra sənədinə əsasən, Şəxs ona aliment borcu qalmamışdır. Bundan başqa tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə verərək borclu Şəxs ona olan aliment borcunun tam şəkildə ödədiyindən şikayət və tələbinin olmadığnı bildirmişdir. Lakin bundan sonrakı aylarda olacaq aliment pulunun verilməsini ərizəsində bildirmişdir. Məhkəmədən qanuna uyğun qəra qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında borclu Şəxs müdafiəçisi Vəkil izahatında bildirmişdir ki, tələbkarın yaranmış aliment borcunun əvəzləşdirilməsinə dair izahatına və verdiyi ərizəsinə etiraz etməmişdir. Şəxsin əməlində inzibati xəta tərkibi olmadığını, həmçinin, bundan sonra da Şəxs yaranacaq aliment borcunu hər ay ödəməyi öhdəsinə götürdüyünu nəzərə alaraq şəxsin barəsində olan inzibatı xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, tələbkar, icra məmurunun və müdafiəçinin izahatlarını dinləyib, inzibati işin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb, belə nəticəyə gəlir ki, Şəxs əməlində AR İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığı üçün inzibati işin icraatın xitam verilməlidir. Belə ki, tələbkar Zərərçəkmiş şəxs 4400 (dörd min dörd yüz) manat məblğində aliment borcunun ödənildiyi barədə ərizə vermişdir. AR İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. AR İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.1.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X6 AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:. Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-93/2024
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-93/2024
24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver