Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-93/2025 21.05.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X13 Hafiz oğlunun sədrliyi, X3 iclas katibliyi, şikayətçi X8 və Daşkəsən RPŞ-nin DYPB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 iştirakı ilə, Daşkəsən RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli EQ 24913259 saylı inzibati tənbeh vermə haqqında qərarından X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli EQ 24913259 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 20 (iyirmi) manat məbləğində inzibati cərimə olunmuşdur. X8 şikayət ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək Daşkəsən RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli EQ 24913259 saylı qərarının əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X8 şikayəti müdafiə edərək izahatında göstərmişdir ki, cərimə tətbiq olunmasına dair inzibati qərar xx.xx.2024-cü il tarixdə çıxarılmışdır. Bu barədə telefonuna mesaj gəlmişdir. Sonra telefonuna gəlmiş mesajda göstərilən cərimənin nə barədə olması ilə bağlı maraqlanmış və Daşkəsən rayon Polis şöbəsindən həmin qərarı istəmişdir. Polis şöbəsinə bir neçə dəfə müraciət etsə də qərarı ona verməmişlər. 102 xidmətinə zəng vurduqdan sonra qərarı polis şöbəsindən əldə edə bilmişdir. Qərarı aldıqdan sonra 20 gün ərzində Daşkəsən Rayon Məhkəməsinə şikayət vermişdir. xx.xx.2025-ci il tarixdə şikayət ərizəsinin geri qaytarılması barədə məhkəmə tərəfindən qərar qəbul edilmiş və qərar onun adına olan elektron kabinetə yerləşdirilmişdir. Lakin, həmin qərarın ona elektron qaydada göndərildiyini bilməmişdir. Sonradan məhkəməyə gələrək geri qaytarma qərarını şəxsən qəbul etmiş və yenidən inzibati tənbeh vermə haqqında qərardan yenidən məhkəməyə şikayət vermişdir. Daşkəsən RPŞ-nin DYPB-nin qərarı əsasında 20 manat məbləğində cərimə olunmuşdur. Cərimə əsassız yazıldığı üçün inzibati qərardan şikayət vermişdir. Belə ki, idarə etdiyi avtomobilini rayon poçt şöbəsinin qarşısında, yolun əks istiqamətində olsa da, yolun kənarında saxlamışdır. Avtomobili saxladığı yerdə qasağanedici yol nişanı olmamışdır. Avtomobili saxladığı yerdə yol nişanı olmadığı üçün hesab edir ki, cərimə əsassız yazılmışdır. Həmçinin həmin qaydada ondan başqa şəxslər də, avtomobil saxlamış olsalar da, polis əməkdaşları ayrı-seçkilik edərək digərlərinə cərimə yazmamışdır. Ona görə də inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Daşkəsən RPŞ-nin DYPB-nin, etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 izahatında göstərmişdir ki, X2 şəhəri M.Əsədov küçəsinidə avtomobilini yolun hərəkət istiqamətinə əks istiqamətdə saxlamışdır. Bununla da X11 Qanunun 52-ci maddəsinin tələbini pozduğu üçün avtomobilin şəkili çəkilərək X8 barəsində inzibati tənbeh haqqında qərar çıxarılmışdır. İşdə olan Daşkəsən RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli EQ 24913259 saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X8 Azərbaycan Respublikasının İXM-nın 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) manat məbləğində inzibati cərimə edilmişdir. İşin hallarından görünür ki, Daşkəsən rayon Polis Şöbəsinin DYPB-nin, xx.xx.2024cü il tarixli EQ 24913259 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X8 durma qaydasını pozduğu üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1ci maddəsinə əsasən 20 manat məbləğində cərimə olunmuşdur. X8 tərəfindən həmin qərar alındıqdan sonra qərardan şikayəti xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(030)-51/2025 nömrəli qərardadı ilə şikayət geri qaytarılmışdır. Həmin qərardad X5 elektron kabinetinə yerləşdirilmişdir. X1 məhkəməyə müraciət edərək qərarın ona çatmadığını və elektron kabinetinin işlək olmadığını bildirmişdir. Bundan sonra geri qaytarma qərardadı ona xx.xx.2025-ci il tarixdə şəxsən verilmişdir. X8 xx.xx.2025-ci il tarixdə yenidən Daşkəsən RPŞ-nin DYPB-nin, xx.xx.2024-cü il tarixli EQ 24913259 saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxsin və qərarı qəbul edən orqanın nümayəndəsinin izahatlarını dinləyib, işin materiallarını hərtərəfli, obyektiv araşdırıb, sübutlara hüquqi qiymət verib hesab edir ki, şikayət əsassızdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinə məxsus 693EA8BF27F716FC nömrəli kamera ilə çəkilmiş 03 sayda foto şəkillərdən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 16:23-də VAZ 21063 minik markalı, **- BC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi iki tərəfli yolun sağ tərəfində dayanmalı olduğu halda, yolun sol tərəfində dayanmışdır. Bu faktı avtomobili idarə edən şəxs izahatında etiraf etmiş olsa da, öz hərəkətini mövcud qaydalar çərçivəsində edilmiş hesab edir. İnzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, X8 idarə etdiyi VAZ 21063 minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə Daşkəsən şəhəri M.Əsədov küçəsində iki istiqamətli yolun sağ tərəfində saxlamalı olduğu halda, yolun sol tərəfində saxlamışdır. Bununla da “X11” Qanunun 52-ci maddəsinin tələblərini pozaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən pozuntunu və inzibati məsuliyyəti müəyyən edən qanun normaları düzgün tətbiq olunmuşdur. Avtomobili idarə edən şəxs özünü mövcud qaydalar çərçivəsində hərəkət etmiş hesab etsə də, onun hərəkətinin qanunazidd olması barədə səlahiyyətli orqanın gəldiyi nəticə işin faktiki hallarına uyğun olmuşdur. Belə ki, “X11” Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin birinci bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində-yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün yuxarıda qeyd olunan əsaslardan hər hansı biri hazırkı iş üzrə mövcud deyildir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və ya iş üzrə qərardan şikayət vermək hüququ vardır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106-114 və 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin olunmasın. Daşkəsən Rayon Polis Şöbəsinin DYPB-nin xx.xx.2024-cü il tarixli EQ 24913259 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-93/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-93/2025
21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver