Məhkəmə qərarları › İş №3(030)-94/2024

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-94/2024

24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-94/2024 24.05.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X8 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X3, tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1981-ci ildə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətandaşı, orta təhsilli, subay, işsiz, Daşkəsən rayonu, Xoşbulaq kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(043)-582/2017 saylı və Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(043)-3156/2018 saylı icra sənədi üzrə borclu Şəxs Zərərçəkmiş şəxs 1040 (min qırx) manat məblğində aliment borcu vardır. Məhkəmə iclasında Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X3 bildirmişdir ki, Şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(043)-582/2017 saylı və Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(043)-3156/2018 icra sənədləri üzrə xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay 23 may 2023-cü il tarixdən başlayaraq hesablanmaqla Şəxs hər ay cəmi 150 (yüz əlli) manat məbləğində alimenti tələbkar Zərərçəkmiş şəxs ödəməyə borclu olduğu halda, icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş və tələbkar Zərərçəkmiş şəxs 1040 (min qırx) manat məbləğində aliment borcu qalmışdır. Borclu Şəxs tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilməklə vaxt verilmiş, lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Bundan sonra dəfələrlə borcluya üzərinə düşən öhdəliyi yerinə yetirməsi, qüvvədə olan məhkəmə qərarının icra edilməsi barədə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs tələbkara olan borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Hazırda tələbkarın aliment borcunun alınmış ərzaq məhsulları ilə əvəzləşdirdiyindən və borcludan şikayəti olmadığını bildirdiyindən tələbkarın fikri ilə razlaşdığını bildirmişdir. Qeyd edilənlərə əsasən, borclu Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, məhkəmə qərarlarına əsasən tələbkar Zərərçəkmiş şəxs 1040 (min qırx) manat borcu qalmışdır. Vətən müharibəsi iştirakçısı olmuş, müharibədə müxtəlif bədən xəsarətləri almışdır. Buna görə də, əmək qabiliyyətini itimişdir, bununla bağlı müalicələrdə olmuşdur. Hal-hazırda 80 manat təqaüd alır ki, bundan da hər ay 60 manat məbləğində ödəniş edə bilər. Gələcəkdə ona əlilliyə görə pensiya təyin olunarsa və yaxud işləyə bilərsə bütün aliment borcunu ödəyəcəkdur. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin icra sənədlərinə əsasən, Şəxs ona 1040 ( min qırx) manat məbləğində aliment borcu qalmışdır. Borclu borcundan hər ay 60 manat ödəməyi öhdəsinə götürmüş olsa da onun daha çox ödəniş etmək imkanı vardır. Odur ki, ona inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında borclu Şəxs müdafiəçisi Vəkil izahatında bildirmişdir ki, tələbkarın yaranmış aliment borcunun maddi imkanının ağır olmasını, vətən müharibəsində xəsarətlər alaraq əmək fəaliyyətini itirməsini və borcunu hər ay 60 manat məbləğində ödəyəcəyini öhdəsinə götürməsini nəzərə alaraq şəxsin barəsində olan inzibatı xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşə əlavə olunmuş 12 iyun 2023-cü il tarixli 6324 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, Şəxs keçirdiyi qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı orta dərəcədə ifadə olunmuş üzvi affektiv pozuntu, orta dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntuları hərbi travmadır, hərbi xidməti vəzifələrini yerinə yetirən zaman almışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, tələbkar, icra məmurunun və müdafiəçinin izahatlarını dinləyib, inzibati işin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb belə nəticəyə gəlir ki, hazırkı vəziyyətdə Şəxs tərəfindən icra sənədi tam şəklildə icra edilməmiş olsa da, bunun üzürsüz səbəbdən baş verməsi halları kifayət qədər yetərli deyildir. Belə olan halda borclunun əməlində üzürsüz səbəbdən, qərəzli yayınma halları mövcud deyildir. Belə ki, AR İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. AR İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.1.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Daşkəsən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:. Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar