Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-95/2023 05.04.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Daşkəsən RPŞ-nın İTB-nın polis sahə rəisi, polis mayoru X2, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Ermənistan Respublikası Göyçə mahalı,Toğulca kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Daşkəsən rayonu, Kəmərqaya kəndində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə 12:00 radələrində Daşkəsən rayonu Polis Şöbəsində Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Şəxs AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Daşkəsən RPŞ-nın İTB-nın polis sahə rəisi, polis mayoru X4 izahatında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətanı törətməsini etiraf edərək izahatında göstərmişdir ki, Daşkəsən rayon Kəmərqaya kəndi ərazisində əkin sahəsinin kənarında qalan otu biçib istifadə etdiyi üçün Zərərçəkmiş şəxs həmin ərazinin bələdiyyə torpağına aid olduğunu bildirərək dəfələrlə onunla mübahisə etmişdir. Onun xx.xx.2023-cü il tarixdə 12:00 radələrində Daşkəsən rayonu Polis Şöbəsində Zərərçəkmiş şəxs ilə yenidən mübahisəsi yaranmış və bu zaman Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlətmişdir. Hazırda əməlindən son dərəcə peşmandır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, Primova X5 rayon Kəmərqaya kənd bələdiyyəsinin mülkiyyətində olan torpağı öz başına zəbt etdiyi üçün dəfələrlə onunla mübahisələri yaranmışdır. Buna görə də, onun barəsində qanuna uyğun tədbirlərin görülməsi üçün ərizə ilə Daşkəsən RPŞ-nə ərizə ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə 12:00 radələrində Daşkəsən rayonu Polis Şöbəsində Şəxs mübahisə zamanı ona və onun ailəsinə qarşı nalayiq ifadələr işlətmişdir. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərmişdir ki, yoldaşı Zərərçəkmiş şəxs 2019-cu ildən Daşkəsən rayon Kəmərqaya kənd bələdiyyə sədri vəzifəsində işləyir. Kəmərqaya kənd sakini Şəxs bələdiyyə mülkiyyətində olan əkin sahəsinin kənarındakı otu özbaşına biçərək istifadə edir. Dəfələrlə bu məsələ üstündə yoldaşı Zərərçəkmiş şəxs ilə mübahisələri yaranmış və yoldaşı qanuna uyğun tədbirlərin görülməsi üçün Daşkəsən RPŞ-nə ərizə ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə 12:00 radələrində Daşkəsən rayonu Polis Şöbəsində Şəxs mübahisə zamanı yoldaşına və ona qarşı nalayiq ifadələr işlətmişdir. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İşə əlavə olunmuş video materialdan görünür ki, Primova X5 RPŞ-də ucadan səsküy salaraq Zərərçəkmiş şəxs və onun həyat yoldaşı X3 ünvanına söyüşlər və nalayiq ifadələr işlədir. Daşkəsən RPŞ-nın İTB-nın polis sahə rəisi, polis mayoru X2 tərtib etdiyi 05 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə 12:00 radələrində Daşkəsən rayon Polis Şöbəsində Zərərçəkmiş şəxs söyərək ictimai qaydanı pozmuşdur. Məhkəmə protokol tərtib edən şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərəçəkmişin, şahidin izahatlarını dinləyib inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, düzgün olaraq Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib edilmiş və o, həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Daşkəsən rayonu Polis Şöbəsi ictimai yerdir. Şəxs Zərərçəkmiş şəxs söyərək narahat olmasına səbəb olmuş və nəticədə ictimai qaydanı pozaraq AR İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. AR İXM-nin 510-cu maddəsinə əsasən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, törətmiş olduğu əməldən səmimi peşman olmasını, qəbul ediləcək qərarın onun ailəsinə təsirini nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Beləliklə, yuxarıda qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində AR İXM-nin 510-cu maddяsиnиn sanksиyasыnda nяzяrdя tutulmuш cərimə növündə inzibati tənbeh edilməsi məqsədə uyğundur. Göstərilənlərə əsasən və AR İXM-nin 40, 43, 48, 51, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Daşkəsən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev Qərar 06 mart 2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Sədr vəzifəsini müvəqqəti icra edən: Mustafa Musafayev
Məhkəmə qərarları › İş №3(030)-95/2023
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-95/2023
05.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver