Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-95/2025 20.05.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim X1, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Daşkəsən rayon Əhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətandaşı, orta təhsilli, evli, işləməyən, Daşkəsən rayonu Əhmədli kəndində qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcələsinin 529.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə icalsında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs inzibati cərimə olunmasına dair inzibati tənbeh tətbiq etmə haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN1785675 nömrəli, xx.xx.2024-cü il tarixli qərarını qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Belə ki, Şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN1785675 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Qərar qanuni qüvvəyə minmiş və icra olunması üçün aidiyyəti üzrə Daşkəsən rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti X4 tərəfindən zəruri icra tədbirləri görülmüş, borclunun əmlakı, bankda hesablarının olub-olmaması yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli 05 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 izahatında göstərdi ki, borclu Şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qərarı ilə 700 manat cərimə olunmuşdur. Borcluya cəriməni könüllü ödəməsi lə bağlı bildiriş göndərilmiş, xəbərdarlıqlar olunmuş lakin hazırki vaxtadək o, cəriməni ödəməmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılmış, adına hər hansı bir əmlak aşkar olunmamışdır. Bundan sonra onun barəsində Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, cəriməni hazırki vaxtadək maddi imkanının olmaması və işləməməsi səbəbindən ödəyə bilməmişdir. Üzərində olan cərimənin ictimai işlər növündə tənbeh ilə əvəz edilməsinə razıdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN1785675 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 700 manat məbləğində cərimə edilmişdir. İşə əlavə edilmiş MN ******* nömrəli 05 may 2025-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Şəxs, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN1785675 nömrəli, xx.xx.2024-cü il tarixli qərarını qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Buna görə də, barəsində Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.2 -ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, Şəxs Azərbaycan Respublikası Ekologiya və Təbiii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN1785675 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 700 manat miqdarda cərimə edilmişdir. İcra məmuru tərəfindən borclu Şəxs üzərinə düşən öhdəliyi yerinə yetirməsi, qanuni qüvvədə olan qərarı icra etməsi barədə rəsmi və şifahi xəbərdalıq edilməsinə baxmayaraq inzibati cəriməni ödəməkdən qərəzli olaraq yayınmışdır. Ona görə də, icra məmuru tərəfindən borclu barəsində Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Onun heç bir üzürlü səbəb olmadan orqanın qərarını icra etməməkdə təqsirli olması Azərbaycan Respublikasının İXM-də nəzərdə tutulan qaydada tam sübuta yetirilmişdir. Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsinin tərkibi vardır, iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs inzibati məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar aşkar edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. İş üzrə göründüyü kimi, Şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN1785675 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 700 miqdarda cərimə edilsə də, hal-hazıra kimi icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi faktı tam sübuta yetirilir və bu səbəbdən onun barəsində həmin maddənin sanksiyası həddində, yəni ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İXM-nin 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən Məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur Həmin Məcəllənin 28.4-cü maddəsinə əsasən ictimai işlər birinci və ikinci qrup əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara, hamilə qadınlara, himayəsində üç yaşınadək uşağı olan qadınlara, üç yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə, pensiya yaşına çatmış qadın və kişilərə, hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına tətbiq oluna bilməz. Həmin Məcəllənin 145.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 3, 12, 40, 43, 48-51, 53, 106-114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 220 (iki yüz iyirmi) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq olunsun. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Bu qərar qanuni qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN1440152 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-95/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-95/2025
20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver