Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-96/2023 05.04.2023 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Mustafa Əli oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Daşkəsən şəhəri, S.Vurğun küçəsi 7 saylı yataqxanada yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Daşkəsən rayon KMK-nin yanında Daşkəsən rayon Mədənçilər qəsəbəsində baş vermiş ölüm hadisəsi ilə bağlı Daşkəsən RPŞ-nə dəvət edilərkən polisin qanuni tələblərinə qəsdən tabe olmamasına dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci маддясиндя нязярдя тутулан inzibati xətaya görə xx.xx.2023-cü il tarixli MN ******* saylı инзибати протокол тяртиб олунараг мящкямяйя эюндярилмиш və həmin iş məhkəmədə 3(030)-96/2023 sayla qeydə alınmışdır. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Daşkəsən rayon KMK-nin yanında ucadan səs-küy salaraq xırda xuliqanlıq hərəkətləri etməsinə dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu маддясиндя нязярдя тутулан inzibati xətaya görə xx.xx.2023-cü il tarixli MN ******* saylı инзибати протокол тяртиб олунараг мящкямяйя эюндярилмиш və həmin iş məhkəmədə 3(030)-97/2023 sayla qeydə alınmışdır. Daşkəsən Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli qərardadı ilə MN ******* saylı protokol üzrə 3(030)-96/2023 saylı inzibati iş və MN ******* saylı protokol üzrə 3(030)- 97/2023 saylı inzibati iş bir icraatda birləşdirilərək 3(030)-96/2023 sayla baxışa təyin edilmişdir. Məhkəmə iclasında Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi X2 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Daşkəsən rayon KMK-nin yanında Daşkəsən rayon Mədənçilər qəsəbəsində baş vermiş ölüm hadisəsi ilə bağlı Daşkəsən RPŞ-nə dəvət edilməsi üçün yaxınlaşdıqda ucada səs-küy salaraq nizam intizamsızlıq edərək polisin qanuni tələblərinə qəsdən tabe olmamış və Quliyev X4 rayon KMK-nin yanında ünvansız söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. İşin halları ətraflı araşdırılmış, Şəxs barəsində müvafiq protokollar tərtrib edilmişdir. Məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətanı törətməsini qismən etiraf edərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Daşkəsən rayon KMK-nin yanında Daşkəsən rayon Mədənçilər qəsəbəsində baş vermiş ölüm hadisəsi ilə bağlı Daşkəsən RPŞ-nə dəvət edilmiş lakin onun bu hadisə ilə əlaqəsinin olmadığı üçün buna əsəbləşərək polis əməkdaşları ona yaxınlaşdıqda ucadan səs-küy salmağa başlamışdır. Belə ki, şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə dəvət edildiyini sanmış bu səbəbdən polis əməkdaşları ilə sərt davranmış və küçədə söyüşlər söymüşdür, ancaq nizam-intizama dəvət edildikdə isə tabe olmuşdur. Məhkəmədən barəsində qanuni qərar qəbul olunmasını xahiş etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli 128 nömrəli “inzibati qaydada tutma” haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:50-də inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və polis əməkdaşının izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib məhkəmə hesab edir ki, düzgün olaraq Şəxs əməli AR İXM-nin 510-cu maddələri ilə tövsif olunmuş, onun barəsində həmin maddələrin sanksiyasında nəzərdə tutulan həddə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Lakin, Şəxs AR İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qanuna müvafiq qaydada sübuta yetirilməmişdir. Bələ ki, protokoldan görünür ki, polis əməkdaşları Şəxs cinayət hadisəsinin törədilməsində şübhələnildiyi üçün Daşkəsən RPŞ-nə dəvət etmişlər, o, isə buna qarşı etiraz etmişdir. AR İXM-nın 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Törədilmiş cinayət hadisəsində şübhələnildiyi üçün polis şöbəsinə dəvət olunması zamanı polisə tabe olmama ictimai qaydanın mühafizə vəzifələrinin icrası ilə bağlı olmadığı üçün AR İXM-nın 535.1-ci maddəsinin tərkibinin olması istisna olunur. AR İXM-nın 75-ci maddəsinə əsasən inzibati xəta törətməkdə şəxsin təqsiri inzibati xəta haqqında iş üzrə icraat zamanı sübut edilməlidir. Daşkəsən RPŞ-nın İTB-nın polis sahə rəisi tərəfindən aparılmış inzibati xəta hadisəsi barədə icraat qanunda nəzərdə tutulmuş sübut etmə vasitələri ilə sübut olunmadığı üçün, habelə əldə edilmiş sübutlar prosessual pozuntulara yol verməklə əldə edildiyi üçün sübut əhəmiyyətini itirmiş hesab olunur və inzibati xəta törətmiş şəxsin təqsirsiz olması qənaətinə gəlməyə əsas verir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcələnin 53.0 və 53.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə, habelə inzibati işin faktiki hallarına uyğun olaraq məhkəmə hesab edir ki, Şəxs əməlində AR İXM-nin 535.1-ci madddəsinin tərkibinin olması qanuna müvafiq qaydada sübuta yetirilmədiyindən, AR İXMnin 53.0.2-ci maddəsinə əsasən onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməli, Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Məhkəmə Şəxs küçədə qeyri-qanuni, əxlaqsız hərəkətlərə yol verməsini və qeyriqanuni hərəkətləri davam etdirməsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah olunması qeyri mümkündür. Beləliklə, yuxarıda qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində AR İXM-nin 510-cu maddяsиnиn sanksиyasыnda nяzяrdя tutulmuш həbs nюvцndя tяnbeh tяdbиrиni tяtbиq edilməsi məqsədə uyğundur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 381-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* snömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda) əsasən xitam verilsin və Şəxs inzibati məsuliyyətdən azad edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətə inizbati həbs olunsun. İnzibati həbsə alınmanın əvvəli xx.xx.2023-cü il tarix saat 18:50-dən hesablansın. Qərаrın icrаsı Daşkəsən Rayon Polis X3 Yerinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №3(030)-96/2023
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-96/2023
05.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver