Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 3(030)-97/2024 17.05.2024 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Daşkəsən Rayon Məhkəməsinin hakimi X2, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Daşkəsən Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, müəyyən etdi: Daşkəsən Rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi, X1 tərəfindən 03 aprel 2024-cü il tarixdə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar inzibati xəta haqqında tərtib edilmiş protokol yenidən məhkəməyə göndərilmişdir. Məhkəmə protokolu nəzərdən keçirib hesab edir ki, toplanmış materiallar natamam olduğundan və buna görə də məhkəmə baxışının təşkili mümkün olmadığından geri qaytarılmalıdır. Belə ki, protokolun qoşma hissəsində protokola əlavə edilmiş sənədlərin vərəq sayı göstərilməmişdir. Bundan başqa protokolda natamamlıq olduğundan Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(030)-62/2024 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Protokoldakı natamamlıqlar aradan qaldırılmadan yenidən məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.3, 100.1.7, 100.3-cü maddələrinə əsasən inzibati xətanın törədilməsi haqqında protokolda (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarında) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıbtoplanılmaması məsələsini həll edir. Göründüyü kimi inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda İXM-nın 100-cü maddəsində olan məlumatlar protokolda göstərilməmişdir. Qeyd olunan inzibati xətanın sanksiyasında həbs nəzərdə tutulduğundan həmin işə məhkəməyə daxil olduğu gündən gec olmayaraq baxılmalıdır. Yuxarıda göstərilən məlumatların qərarda öz əksini tapmaması nəticəsində işə nəinki dərhal baxılması, ümumiyyətlə məhkəmə baxışının təşkil edilməsi mümkün deyildir. Həmçinin Daşkəsən Rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi, X1 tərəfindən iş üzrə zəruri tədbirlər görülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün Daşkəsən Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 43, 106-111-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində olan inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol Daşkəsən Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilmir. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-97/2024
Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №3(030)-97/2024
17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver