Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(030)-99/2025 14.05.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X25 Hafiz oğlunun sədrliyi, X8 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X17, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, Daşkəsən rayonu, Daşkəsən qəsəbəsində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra AR İXM) 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında material üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3103/2018 nömrəli, xx.xx.2021ci il tarixli icra vərəqəsi üzrə qətnamənin qanuni qüvvəsini aldığı tarixdən başlayaraq xx.xx.2006-cı il tarixdə doğulmuş X19 və xx.xx.2008-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək maddi təminatları üçün bir uşağa hər ay 120 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində alimenti borclu Şəxs tələbkar X11 ödəməyə borclu olduğu halda, icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədlərini üzürsüz səbəbdən icra etməmiş və tələbkar Zərərçəkmiş şəxs1 17160 (on yeddi mini yüz altmış) manat məbləğində aliment borcu qalmışdır. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(030)-57/2017 nömrəli icra vərəqəsi üzrə borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs2 3200 manat ödəməyə borclu olduğu halda, icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qismən yerinə yetirmiş, icra sənədlərini üzürsüz səbəbdən tam icra etməmiş və tələbkar Zərərçəkmiş şəxs2 1812.78 manat məbləğində borcu qalmışdır. Bununla da, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X17 bildirmişdir ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3103/2018 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Zərərçəkmiş şəxs1 17160 (on yeddi mini yüz altmış) manat məbləğində aliment borcu və Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(030)-57/2017 nömrəli icra vərəqəsi üzrə isə Zərərçəkmiş şəxs2 1812.78 manat borcu var. Borcluya tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilməklə vaxt verilmiş, lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Bundan sonra dəfələrlə borcluya üzərinə düşən öhdəliyi yerinə yetirməsi, qüvvədə olan məhkəmə qərarının icra edilməsi barədə rəsmi və şifahi xəbərdarlıq edilməsi şəxsin Azərbaycan Respublikasında olmadığından mümkün olmamışdır. Borclu barəsində axtarış qərarı verilmiş, Şəxs Azərbaycan Respublikasına qayıtdıqda polis əməkdaşları tərəfindən tutularaq icra şöbəsinə gətirilmişdir. Bundan sonra borclunun izahatı alınmış, o, işləmədiyi üçün borcunu ödəyə bilmədiyini bildirmişdir. Hazırda borclu tərəfində heç bir ödəniş olunmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs1 on yeddi min manatdan artıq aliment borcu və Zərərçəkmiş şəxs2 isə 1812.78 manat borcu vardır. İşləmədiyi üçün aliment borcundan ödəniş edə bilməmişdir. Hazırda özünü təqsirli bilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs1 bildirmişdir ki, uşaqlarının maddi ehtiyacını qarşılamaqda çətinlik çəkir. Borclunun hazırki vaxtda ona on yeddi min manatdan artıq aliment borcu qalmışdır. Şəxs tərəfindən gün ərzində beş min manat ödəniləcəyi halda şikayətçi olmayacaqdır. Qalan borcun da hər ay hissə-hissə olmaqla ödənilməsinə razıdır. Əks halda məhkəmədən Şəxs inzibati tənbeh olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri vaxtı barədə iş üzrə digər zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs2 məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Zərərçəkmiş şəxs2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X10 tərtib etdiyi inizbati xəta haqqında 14 may 2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3103/2018 nömrəli və Daşkəsən Rayon Məhkəməsinin 2(030)-57/2017 saylı icra vərəqələrinin icrası ilə əlaqədar borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş, tələbkar Zərərçəkmiş şəxs1 17160 (on yeddi mini yüz altmış) manat məbləğində aliment borcu, Zərərçəkmiş şəxs2 isə 1812.78 manat borcu qalmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(030)-57/2017 saylı icra sənədinə əsasən borclunun hazırda Zərərçəkmiş şəxs2 1812.78 manat borcu, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3103/2018 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə isə Zərərçəkmiş şəxs1 17160 (on yeddi mini yüz altmış) aliment borcu qalmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu gün aliment və digər borcundan ödəniş edə bilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və icra məmurunu dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, borclu İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün etirafı ilə yanaşı, icra məmurunun, tələbkarın izahatı, inizbati xəta haqqında protokol, habelə inzibati işin digər materialları ilə kifayət qədər təsdiq olunmuş, düzgün olaraq onun əməli İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuş, ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh verilməlidir. Belə ki, icra sənədinin icrası ilə əlaqədar olaraq Daşkəsən rayon icra və probasiya şöbəsində zəruri icra tədbirləri görülmüş, borclunun əmlakı, bankda hesablarının olubolmaması yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərədə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məhsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borculunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh növü tətbiq edərkən borclunun uzun müddət borcu ödəməməklə icra vərəqəsini üzürsüz səbəbdən təkrar olaraq icra etməməsini, ödəmədən yayınmasını və bununla da məhkəmə qərarını icra etməməklə yanaşı uşaqların maddi təminatını daha da ağırlaşdırmasını nəzərə alaraq hesab edir ki, borclu barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi zəruridir. Beləliklə, yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə, habelə inzibati işin faktiki hallarına uyğun olaraq törədilmiş inzibati xətanın xarakteri, təhlükəlilik dərəcəsi, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti nəzərə alınaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati həbs olunmalıdır. Göstərilənlərə əsasən, habelə AR İXM-nin 3, 12, 40, 43, 48-51, 53, 106-114 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs olunsun. Həbs etmənin əvvəli 14 may 2025-ci il saat 17:50-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Daşkəsən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev AZƏRBAYCAN RESPUBLİKASİ DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ AZ-1600, Daşkəsən şəhəri M.Əsədov küçəsi, 17. Tel:(022)215-56-44. Email: Elektron ünvan Faks:(022)215-47-55. İş № 3(030)-70/2025 19 mart 2025-ci il Daşkəsən Rayon Polis Şöbəsinə Hörmətli Seymur müəllim ! Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli 3(030)-70/2025 saylı qərarının surəti icra olunması və bir surətinin Şəxsna təqdim edilməsi üçün Sizə göndərilir. Qoşma: Qərarın surəti -«_02_» nüsxə, «__» vərəqədə. Hörmətlə, Hakim: Kənan Vəliyev № 3(030)-70/2025 BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İNZİBATİ XƏTA HAQQİNDA İŞ ÜZRƏ MƏHKƏMƏ BAXİŞİ İCLASİNİN PROTOKOLU Daşkəsən Rayon Məhkəməsi 19 mart 2025-ci il Daşkəsən şəhəri X25 Hafiz oğlunun sədrliyi, X8 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X17, zərərçəkmiş şəxs X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X3 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxılır, Məhkəmə iclası 3(030)-3/2025 nömrəli inzibati işə baxıldığından təyin olunduğu vaxt 15:30-a olmasına baxmayaraq, 15:50-də başlamışdır. 15:50-də başlandı. Sədrlik edən məhkəmə iclasını açaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında işə baxıldığını və işin qısa məzmununu elan edir. Sədrlik edən məhkəmə prosesi iştirakçılarının gəlməsi barədə məruzə etmək üçün sözü məhkəmə iclas katibinə verir. Məhkəmə iclasının katibi məruzə edərək göstərir ki, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X17, zərərçəkmiş şəxs X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X7 iştirak edir. Sədrlik edən proses iştirakçılarının şəxsiyyətlərini müəyyən edir: Protokol tərtib edən şəxs: X17 – xx.xx.1985-ci ildə Samux rayonu, Kolayır kəndində doğulmuş, evli, ali təhsilli, Daşkəsən şəhəri üzrə İcra şöbəsinin rəisi( ədliyyə qulluqçusu) vəzifəsində işləyən, Samux şəhəri, Gəncə küçəsi ev 10-da daimi qeydiyyatda olan. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs-xx.xx.1987-ci ildə Qazax rayonu Köçəsgər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, Daşkəsən rayonu Quşçu kəndində kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Badamdar şosesi 242 ünvanında yaşayan, Zərərçəkmiş şəxs: X9- Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Daşkəsən rayonu Rəsullu kəndində qeydiyyatda olan, Müdafiəçi: X7- fərdi qaydada fəaliyyət göstərən vəkil. Sədrlik edən məhkəmə tərkibini elan edərək bildirir: - məhkəmə iclasına sədrlik edir X25 Hafiz oğlu, məhkəmə iclas katibi X13. Sədrlik edən proses iştirakçılarına sədrlik edənə və iclas katibinə etiraz etmək hüquqlarını və etiraz etmək üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 107 və 108-ci maddələrində nəzərdə tutulmuş əsasları izah edərək, ondan sədrlik edənə və iclas katibinə etirazı olub-olmamasını soruşur. Proses iştirakçıları hər biri Məhkəmənin tərkibinə etirazları olmadığını bildirirlər. Sədrlik edən İnzibati xəta törətmiş şəxsə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs: - Hüquq və vəzifələrim mənə aydındır. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə müdafiəçi tutmaq hüquqlarını izah edir. X3 müdafiəçi təyin edildiyini bildirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs: - Məhkəmə iclasında hüquqlarımı vəkilin müdafiə etməsini xahiş edirəm. Sədirlik edən proses iştirakçılarının vəkilə etirazlarının olub-olmamasını soruşur. Proses iştirakçıları hər biri təyin vəkilə etirazları olmadığını bildirirlər. Sədrlik edən proses iştirakçılarından işə baxılması ilə bağlı vəsatəti olubolmamasını soruşur. Proses iştirakçıları hər biri işə baxılması ilə bağlı vəsatətləri olmadığını bildirdilər. Sədrlik edən inzibati xəta haqqında protokolu və digər sənədləri oxuyub elan edir və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın mahiyyətini və həmin əmələ görə müəyyən olunmuş məsuliyyəti izah edir. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən ona istinad edilən əməlin mahiyyətinin ona aydın olub-olmamasını, həbelə özünü təqsirli bilibbilməməsini soruşur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs: - Mənə istinad edilən əməlin mahiyyəti mənə aydındır.Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özümü təqsirli bilirəm. Sədrlik edən icra məmuruna izahat verməyi təklif edir. Daşkəsən rayon İcra və probasiya şöbəsinin İcra məmuru X17 izahatında göstərir: Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(030)-11/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxsna hazırda 10720 (on min yeddi yüz iyirmi) manat məbləğində borcu var. 2009-cu ildən Bakı şəhərində yaşayır. Hər uşağa aylıq 150 manat olmaqla cəmi 300 manat məbləğində ödəniş etməlidir. Borcluya tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilməklə vaxt verilmiş, lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Bundan sonra dəfələrlə borcluya üzərinə düşən öhdəliyi yerinə yetirməsi, qüvvədə olan məhkəmə qərarının icra edilməsi barədə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tələbkara olan borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Bundan sonra borclu dəfələrlə Daşkəsən rayon icra və probasiya şöbəsinə dəvət edilsə də o, icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclu polis əməkdaşlarının köməkliyi ilə məcburi gətirilmişdir. İcra məmuruna sual olmadı. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə izahat verməyi təklif edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərir: Daşkəsən Rayon Məhkəməsinin qərarına əsasən onun hazırki vaxtda 10720 (on min yeddi yüz iyirmi) manat borcu qalmışdır. Bakı şəhərində fəhləliklə məşğul olur. Gündəlik 25, bəzən isə 30 manata işləyir. Bu gün borcundan 500 manat ödəniş etmişdir. Xəstəliyi və əlilliyi yoxdur. Lakin, maddi imkanı ilə əlaqədar borcunu tam ödəyə bilməmişdir. Məhkəmədən qeyd etdiklərinin nəzərə alınmasını xahiş edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə sual olmadı. Sədrlik edən zərərçəkmiş şəxsə izahat verməyi təklif edir. Zərərçəkmiş şəxs X9 izahatında göstərir: Uşaqlarımın maddi ehtiyacını qarşılamaqda çətinlik çəkirəm. Borclunun mənə 10720 (on min yeddi yüz iyirmi) manat aliment borcu qalmışdır. Uşaqlardan biri xəstədir. Borclunun 500 manat ödəniş etməsindən xəbərim yoxdur. Məhkəmədən Şəxs tənbeh olunmasını xahiş edirəm. Zərərçəkmiş şəxsə sual olmadı. Sədrlik edən müdafiəçiyə izahat verməyi təklif edir. X1 izahatında göstərir: Hüquqlarını müdafiə etdiyim şəxs fəhləliklə məşğul olur. Maddi imkanı olduqca aşağı səviyyədədir. Yaranmış aliment borcundan hazırda beş yüz manatda ödəniş etmişdir. Göründüyü kimi borclunun aliment borcunu ödəməkdən qərəzli yayınması halları mövcud deyildir. Bütün bu halların nəzərə alınaraq şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edirəm. Müdafiəçiyə sual olmadı. Sədrlik edən işdə iştirak edən şəxslərin vəsatətlərinin olub olmamasını soruşur. İşdə iştirak edən şəxslərin hər biri ayrı-ayrılıqda əlavə vəsatətlərinin olmadığını bildirirlər. Sədrlik edən işdə olan sənədləri oxuyub elan edir və proses iştirakçılarından həmin sənədlərə dair sualı və işin mahiyyəti ilə bağlı nə kimi əlavələri, vəsatətləri olubolmamasını soruşur. İşdə iştirak edən şəxslərin hər biri ayrı-ayrılıqda elan olunan sənədlərə dair sual, əlavə və vəsatətlərinin olmadığını bildirirlər. Sədrlik edən yerində qısa müşavirə edərək, qərara alır: Məhkəmə tədqiqi tamamlansın və çıxışlara başlansın. Sədrlik edən çıxış üçün Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 verir. Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X17: Məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş edirəm. Sədrlik edən çıxış üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsna söz verir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs: Məhkəmədən güzəşt edilməsini xahiş edirəm. Sədrlik edən çıxış üçün zərərçəkmiş şəxs X2 verir. Zərərçəkmiş şəxs X9: Borclu Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edirəm. Sədrlik edən işdə iştirak edən şəxslərdən replika hüququndan istifadə edibetməmələrini soruşur. İşdə iştirak edən şəxslərin hər biri ayrı-ayrılıqda replika hüququndan istifadə etmək istəmədiklərini bildirirlər. Sədrlik edən müşavirə otağına gedir və qayıdaraq inzibati xəta haqqında iş üzrə qərarı elan edir. Sədrlik edən proses iştirakçısına qərardan şikayət və protest verilmə qaydasını, protokola tanış olma hüquqlarını izah etdi. Sədrlik edən məhkəmə iclasını saat 16:10-da bağlı elan etdi. Protokol 19 mart 2025-ci ildə tərtib olunmuşdur. Sədrlik edən: ______________ Kənan Vəliyev Katib: _____________ Bəylər Fərzəliyev İş № 3(030)-99/2025 Azərbaycan Respublikası adından QƏRAR (İnzibati xəta haqqında iş üzrə) 14 may 2025-ci il Daşkəsən şəhəri Daşkəsən Rayon Məhkəməsi X25 Hafiz oğlunun sədrliyi, X8 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X17, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Şirvan (Əli-Bayramlı) şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, Daşkəsən rayonu, Daşkəsən qəsəbəsində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra AR İXM) 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətə inzibati həbs olunsun. Həbs etmənin əvvəli 14 may 2025-ci il saat 17: -dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Daşkəsən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev AZƏRBAYCAN RESPUBLİKASİ DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ AZ-1600, Daşkəsən şəhəri M.Əsədov küçəsi, 17. Tel:(022)215-56-44. Email: Elektron ünvan Faks:(022)215-47-55. İş № 3(030)-99/2025 14 may 2025-ci il Daşkəsən Rayon Polis Şöbəsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 14 may 2025-ci il tarixli 3(030)-99/2025 saylı qərarından çıxarış icra olunması üçün Sizə göndərilir. Qoşma: Qərardan çıxarış -«__» nüsxə, «__» vərəqədə. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(030)-99/2025
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(030)-99/2025
14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver