Məhkəmə qərarları › İş №3(031)-104/2023

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-104/2023

10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-104/2023 10.03.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, 01 avqust 1972-ci il tarixdə Dəvəçi rayonunun Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, İİİ qrup Qarabağ Müharibəsi əlili, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şabran rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 tərəfindən tərtib edilmiş 28 fevral 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə 28 fevral 2023-cü il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şabran Rayon Məhkəməsi tərəfindən 07 iyul 2022-ci il tarixdə verilmiş 2(031)-245/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli icra vərəqəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 03 iyun 2022-ci il tarixdən başlayaraq 13 mart 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə ayda 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs Şabətdinova (Hacıyeva) Pərvanə Məmmədqulu qızına ödənilməlidir. Şabran rayon İcra və Probasiya şöbəsində həmin icra vərəqəsi üzrə 01 iyul 2022-ci il tarixli qərarla icraata başlanılmış və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sözü gedən icra vərəqəsində göstərilən tələbi könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər göndərilmişdir. Şəxs isə maddi vəziyyətinin ağır olmasını səbəb gətirərək Şabran Rayon Məhkəməsi tərəfindən 07 iyul 2022-ci il tarixdə verilmiş 2(031)-245/2022 nömrəli, 21 fevral 2013-cü il tarixli icra vərəqəsində göstərilən tələbin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən qərəzli olaraq boyun qaçırır və onun hazırda sözü gedən icra vərəqəsi üzrə ümumilikdə 1400 (bir min dörd yüz) manat məbləğində aliment borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən və hazırki inzibati xəta haqqında iş üzrə 28 fevral 2023-cü il tarixdə, saat 16:45-də Şabran Rayon Məhkəməsinin inzibati binasında keçirilmiş açıq məhkəmə baxışı iclasında Şabran Rayon Məhkəməsi tərəfindən 07 iyul 2022-ci il tarixdə verilmiş 2(031)-245/2022 nömrəli, 21 fevral 2013-cü il tarixli icra vərəqəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 03 iyun 2022-ci il tarixdən başlayaraq 13 mart 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə ayda 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs Şabətdinova (Hacıyeva) Pərvanə Məmmədqulu qızına ödənilməli olmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmin icra vərəqəsində göstərilən tələbin icrası ilə əlaqədar onun tələblərinin yerinə yetirilməsindən qərəzli olaraq boyun qaçırdığını bildirmiş inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırıldığını öz imzası ilə təsdiq etsə də, məhkəmə iclasına gəlməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Hazırki inzibati xəta haqqında iş üzrə 28 fevral 2023-cü il tarixdə, saat 16:45-də Şabran Rayon Məhkəməsinin inzibati binasında keçirilmiş açıq məhkəmə baxışı iclasında Şabran Rayon Məhkəməsi tərəfindən 07 iyul 2022-ci il tarixdə verilmiş 2(031)-245/2022 nömrəli, 21 fevral 2013-cü il tarixli icra vərəqəsinə əsasən ondan 03 iyun 2022-ci il tarixdən başlayaraq 13 mart 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə ayda 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs Şabətdinova (Hacıyeva) Pərvanə Məmmədqulu qızına ödənilməli olduğunu və həmin icra vərəqəsi üzrə ödəniş etmək üçün ona vaxt verilməsini xahiş etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona istinad edilən əməli törətdiyini etiraf edərək, məhkəmə qərarına hörmətlə yanaşdığını, Şabran Rayon Məhkəməsi tərəfindən 07 iyul 2022-ci il tarixdə verilmiş 2(031)-245/2022 nömrəli, 21 fevral 2013-cü il tarixli icra vərəqəsində göstərilən tələbi icra etməkdən yayınmadığını, sadəcə maddi vəziyyətinin ağır olması səbəbi ilə həmin icra vərəqəsi üzrə yaranmış aliment borcunu tam şəkildə ödəyə bilmədiyini və bunda sonra Şabran Rayon Məhkəməsi tərəfindən 07 iyul 2022-ci il tarixdə verilmiş 2(031)-245/2022 nömrəli, 21 fevral 2013-cü il tarixli icra vərəqəsi üzrə ödənişləri vaxtı-vaxtında, aliment borcunu isə hissə-hissə ödənişlər edərək yaxın zamanda tam şəkildə ödəyəcəyinə dair söz verdiyini göstərmiş və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Bundan əlavə sədrlik edənin sualına cavab olaraq, hazırki inzibati xəta haqqında iş üzrə 28 fevral 2023cü il tarixdə, saat 16:45-də Şabran Rayon Məhkəməsinin inzibati binasında keçirilmiş açıq məhkəmə baxışı iclasında Şabran Rayon Məhkəməsi tərəfindən 07 iyul 2022-ci il tarixdə verilmiş 2(031)-245/2022 nömrəli, 21 fevral 2013-cü il tarixli icra vərəqəsi üzrə ödəniş etmək üçün vaxt istəməsinə baxmayaraq, sözü gedən icra vərəqəsi üzrə hər-hansı bir ödəniş edə bilmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən və hazırki inzibati xəta haqqında iş üzrə 28 fevral 2023-cü il tarixdə, saat 16:45-də Şabran Rayon Məhkəməsinin inzibati binasında keçirilmiş açıq məhkəmə baxışı iclasında Şabran Rayon Məhkəməsi tərəfindən 07 iyul 2022-ci il tarixdə verilmiş 2(031)-245/2022 nömrəli, 21 fevral 2013-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 03 iyun 2022-ci il tarixdən başlayaraq 13 mart 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə ayda 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməli olduğunu və Şəxs həmin icra vərəqəsini icra etməkdən qərəzli olaraq boyun qaçırdığını göstərmiş zərər çəkmiş şəxs Şabətdinova (Hacıyeva) Pərvanə Məmmədqulu qızı məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırıldığını öz imzası ilə təsdiq etsə də, məhkəmə iclasına gəlməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə zərər çəkmiş şəxs Şabətdinova (Hacıyeva) Pərvanə Məmmədqulu qızının iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şabran Rayon Məhkəməsi tərəfindən 07 iyul 2022-ci il tarixdə verilmiş 2(031)- 245/2022 nömrəli, 21 fevral 2013-cü il tarixli icra vərəqəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 03 iyun 2022-ci il tarixdən başlayaraq 13 mart 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə ayda 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs Şabətdinova (Hacıyeva) Pərvanə Məmmədqulu qızına ödənilməlidir. - Şabran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 tərəfindən qəbul edilmiş 01 iyul 2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin qərarla Şabran rayon İcra və Probasiya şöbəsində Şabran Rayon Məhkəməsi tərəfindən 07 iyul 2022-ci il tarixdə verilmiş 2(031)-245/2022 nömrəli, 21 fevral 2013-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanılmısdır. - Şabran rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ünvanlanmış 01 iyul 2022-ci il tarixli, 144117/2022 nömrəli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran Rayon Məhkəməsi tərəfindən 07 iyul 2022-ci il tarixdə verilmiş 2(031)-245/2022 nömrəli, 21 fevral 2013-cü il tarixli icra vərəqəsində göstərilən tələbi 10 (on gün) müddətində icra etməli olduğu haqqında və icranın könüllü şəkildə təmin edilməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi barədə məlumatlandırılmışdır. - Şəxs 28 fevral 2023-cü il tarixdə Şabran rayon İcra və Probasiya şöbəsində verdiyi izahatından görünür ki, o, Şabran Rayon Məhkəməsi tərəfindən 07 iyul 2022-ci il tarixdə verilmiş 2(031)-245/2022 nömrəli, 21 fevral 2013-cü il tarixli icra vərəqəsində göstərilən tələb və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi barədə məlumatlandırılmışdır. - “Elektron İcra” İnformasiya Sistemindən çıxarılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsi kartoçkasının təsdiq olunmuş surətindən görünür ki, onun mülkiyyətində olan hər hansı daşınar və ya daşınmaz əmlakı, banklarda hesablarının olub-olmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə müvafiq orqanlara elektron sorğular göndərilmiş və hər hansı əmlakı və ya gəlirləri aşkar edilməmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şabran Rayon Məhkəməsi tərəfindən 07 iyul 2022-ci il tarixdə verilmiş 2(031)-245/2022 nömrəli, 21 fevral 2013-cü il tarixli icra vərəqəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 03 iyun 2022-ci il tarixdən başlayaraq 13 mart 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədi ilə ayda 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq zərər çəkmiş şəxs Şabətdinova (Hacıyeva) Pərvanə Məmmədqulu qızına ödənilməlidir. Həmin icra sənədi üzrə Şabran rayon İcra və Probasiya şöbəsində 01 iyul 2022-ci il tarixli qərarla icraata başlanılmış, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər göndərilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi onun nəzərinə çatdırılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs isə maddi vəziyyətinin ağır olmasını səbəb gətirərək həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirmir. Göstərilənlərlə yanaşı Şəxs mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olubolmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə müvafiq orqanlara elektron sorğular göndərilmiş və Şabran Rayon Məhkəməsi tərəfindən 07 iyul 2022-ci il tarixdə verilmiş 2(031)-245/2022 nömrəli, 21 fevral 2013-cü il tarixli icra vərəqəsində göstərilən tələbin yönəldilə biləcəyi hər hansı əmlakı və ya gəlirləri aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda qeyd edilən hərəkətinin məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokolu tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar aşkar edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların aşkar edilməməsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 110-112, 114, 115, 117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin.

2. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar