Məhkəmə qərarları › İş №3(031)-112/2021

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-112/2021

30.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-112/2021 30.03.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Şabran Rayon Polis X10 Polis Bölməsinin rəisi X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx xxxx 1965-ci il tarixdə Dəvəçi rayonunun Aygünlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şabran rayonunun Aygünlü kəndində qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 329.1, 329.3, 332.2, 334.1 və 511.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 329.1, 329.3, 332.2, 334.1 və 511.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair Şabran Rayon Polis X10 Polis Bölməsinin rəisi X6 tərəfindən tərtib edilmiş yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalar ilə bağlı tərtib edilən İXP seriyalı, ******* saylı, xx xxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə xx xxxx 2021-ci il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 xx xxxx 2021-ci il tarixdə, saat 20:55 radələrində, Şabran rayonunun Aygünlü kəndi ərazisində alkoqoldan istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə olduğu vaxt nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyi “Qazel-33d” yük markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman yolayrıcını keçmə qaydalarının pozmuş, Şabran Rayon Polis X10 Polis Bölməsinin əməkdaşlarının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirməmiş, səs siqnallarından istifadə qaydalarını pozmuş və avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Şabran Rayon Polis X10 Polis Bölməsinin rəisi X6 tərtib etdiyi protokolu müdafiə edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 xx xxxx 2021-ci il tarixdə, saat 20:55 radələrində, Şabran rayonunun Aygünlü kəndi ərazisində spirtli içkilərin təsiri latında sərxoş vəziyyətdə olduğu zaman nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyi “Qazel-33d” yük markalı, **-BE- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu vaxt yolayrıcını keçmə qaydalarının pozduğunu, Şabran Rayon Polis X10 Polis Bölməsinin əməkdaşlarının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirmədiyini, səs siqnallarından istifadə qaydalarını pozduğunu və avtoxuliqanlıq etdiyini göstərmiş və X2 barəsində Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 ona istinad edilən əməli törətdiyini etiraf edərək, sərxoş vəziyyətdə olması səbəbi ilə nə etdiyini dərk eləmədiyi üçün xx xxxx 2021-ci il tarixdə, saat 20:55 radələrində, Şabran rayonunun Aygünlü kəndi ərazisində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyi “Qazel-33d” yük markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu vaxt yolayrıcını keçmə qaydalarının pozduğunu, Şabran Rayon Polis X10 Polis Bölməsinin əməkdaşlarının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirmədiyini, səs siqnallarından istifadə qaydalarını pozduğunu və avtoxuliqanlıq etdiyini bildirmiş və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Bundan əlavə verilmiş suallara cavab olaraq hal-hazırda törətdiyi əməldən peşman olduğunu, saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqlarının izah olunduğunu, iş materialları ilə tanış olduğunu, tutulan zaman və polis şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şabran Rayon Polis X10 X11 Patrul Xidməti inspektoru X8 öz izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 xx xxxx 2021-ci il tarixdə, saat 20:55 radələrində, Şabran rayonunun Aygünlü kəndi ərazisində sərxoş halda nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyi “Qazel-33d” yük markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu vaxt səs siqnallarından istifadə və yolayrıcını keçmə qaydalarını pozduğunu, Şabran Rayon Polis X10 Polis Bölməsinin əməkdaşlarının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirmədiyini və avtoxuliqanlıq etdiyini göstərmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 329.1, 329.3, 332.2, 334.1 və 511.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan inzibati xəta hadisəsini özündə əks etdirən CD diskdəki video görüntüyə məhkəmə iclasında baxış keçirilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 “Qazel-33d” yük markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman yolayrıcını keçmə qaydalarının pozduğu, Şabran Rayon Polis X10 Polis Bölməsinin əməkdaşlarının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirmədiyi, səs siqnallarından istifadə qaydalarını pozduğu və avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etdiyi müşahidə edilmişdir. Lakin sözü gedən CD diskdəki videogörüntünün müşahidəsi zamanı nəqliyyat vasitəsinin sürət həddini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Polis X10 Polis Bölməsinin rəisi X6 tərəfindən tərtib edilmiş yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalar ilə bağlı tərtib edilən İXP seriyalı, ******* saylı, xx xxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 xx xxxx 2021-ci il tarixdə, saat 20:55 radələrində, Şabran rayonunun Aygünlü kəndi ərazisində Qazel-33d” yük markalı, **-BE- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu vaxt Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 329.1, 329.3, 332.2, 334.1 və 511.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. 327.3-cü maddəsinə əsasən -dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə - səksən manat məbləğində cərimə edilir. 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. 329.3-cü maddəsinə əsasən- işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə - otuz manat məbləğində cərimə edilir. 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir. 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, proses iştirakçısının izahatı, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, inzibati xəta haqqında protokol və digər iş materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 alkoqoldan istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə olduğu vaxt nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olduğu zaman yolayrıcını keçmə qaydalarının pozduğu, Şabran Rayon Polis X10 Polis Bölməsinin əməkdaşlarının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirmədiyin, səs siqnallarından istifadə qaydalarını pozduğu və avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etdiyi sübuta yetirildi. Bu səbəbdən X2 əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 329.1, 329.3, 332.2, 334.1 və 511.1-ci maddələri ilə tövsif edilməli və onun barəsində daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməllərin inzibati xəta olmalarını aradan qaldıran hallar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 peşmançılığını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi, inzibati xətanı sərxoş halda olduğu zaman törətməsini isə həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 329.1, 329.3, 332.2, 334.1 və 511.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 34, 43, 106-112, 114, 115, 117, 128, 130, 327.2, 327.3, 329.1, 329.3, 332.2, 334.1 və 511.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.3, 329.1, 329.3, 332.2, 334.1 və 511.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin.

2. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar