Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-112/2025 10.03.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Şabran Rayon Polis X9 X10 Patrul Xidməti inspektoru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, fərdi identifikasiya nömrəsi "xxxxxxx” olan, xx.xx.1970-ci il tarixdə Dəvəçi rayonunun Gil-Gil Çay qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "X11 Sanayi ve Ticaret Anonim Şirketi" - nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində sürücü (yük avtomobili) vəzifəsində çalışan, Siyəzən rayonu, Gil-Gil Çay qəsəbəsi ünvanında qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şabran Rayon Polis X9 X10 Patrul Xidməti inspektoru X4 tərəfindən tərtib edilmiş İXP seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalar ilə bağlı tərtib edilən inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə xx.xx.2025-ci il tarixdə Şabran Rayon Məhkəməsinə daxil olmuşdur. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 xx.xx.2025-ci il tarixdə, saat 00:10 radələrində, Şabran şəhərinin X8 küçəsi ərazisində narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə "HOWO ZZ3327N3847E" yük markalı, **-JY-*** dövlət qeydiyyat nişanlıq nəqliyyat vasitəsini idarə etdiyi zaman Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. Şabran Rayon Polis X9 X10 Patrul Xidməti inspektoru X4 məhkəmə iclasında tərtib etdiyi protokolu müdafiə edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 xx.xx.2025-ci il tarixdə, saat 00:10 radələrində, Şabran şəhərinin X8 küçəsi ərazisində narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə "HOWO ZZ3327N3847E" minik markalı, **-JY-*** dövlət qeydiyyat nişanlıq nəqliyyat vasitəsini idarə etdiyi zaman Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığını bildirmiş və X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333- 1.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 ona istintaq edilən əməli törətdiyini etiraf edərək, xx.xx.2025-ci il tarixdə, saat 00:10 radələrində, Şabran şəhərinin X8 küçəsi ərazisində narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə "HOWO ZZ3327N3847E" minik markalı, **-JY-*** dövlət qeydiyyat nişanlıq nəqliyyat vasitəsini idarə etdiyi zaman Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığını bildirmiş və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Bundan əlavə sədrlik edənin suallarına cavab olaraq ailənin yeganə gəlir gətirəni olduğunu və "X11 Sanayi ve Ticaret Anonim Şirketi" - nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində sürücü (yük avtomobili) vəzifəsində çalışaraq çətinliklə də olsa ailəsinin dolandırdığını göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 09 nömrəli, xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, xx.xx.2025-ci il tarixdə keçirilmiş tibbi müayinə nəticəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə olması və onun narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmadığı aşkar edilmişdir. - CMS – "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 vəsiqəsi məlumatlarına dair çıxarışdan görünür ki, onun adına xx.xx.2032-ci il tarixə kimi qüvvədə olan C1 və C kateqoriyaları üzrə BC seriyalı, 022707 nömrəli sürücülük vəsiqəsi vardır. - CMS – "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iş yerinə dair məlumatlar üzrə çıxarışdan görünür ki, o, "X11 Sanayi ve Ticaret Anonim Şirketi" - nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində sürücü (yük avtomobili) vəzifəsində çalışır. - İXP seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalar ilə bağlı tərtib edilən inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 xx.xx.2025-ci il tarixdə, saat 00:10 radələrində, Şabran şəhərinin X8 küçəsi ərazisində narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə "HOWO ZZ3327N3847E" minik markalı, **-JY-*** dövlət qeydiyyat nişanlıq nəqliyyat vasitəsini idarə etdiyi üçün barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333- 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, inzibati xəta haqqında protokol və digər iş materialları ilə nəqliyyat vasitəsini idarə etmək hüququ olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 nəqliyyat vasitəsi narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi sübuta yetirildi. Bu səbəbdən onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə tövsif edilməli və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran halların aşkar edilməməsini nəzərə alaraq hesab edir ki, X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114, 104, 117, 128, 130 və 333-1.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin.
2. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrik edən Ayaz Məmmədov