Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-113/2024 16.04.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Qərardan şikayət verən şəxs X2, Qərarından şikayət verilən orqanın nümayəndəsi X1 iştirakı ilə X2 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər İdarəsinin 5 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 xx.xx.2024-cü il tarixdə Şabran Rayon Məhkəməsinə şikayətlə müraciət edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər İdarəsinin 5 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər İdarəsinin 5 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərarı poçt vasitəsi ilə xx.xx.2024cü il tarixdə, C-BM/4424-133 saylı göndəriş ilə almış və həmin qərar ilə razı olmayan X5 torpaq sahəsinin xx.xx.2020-ci il tarixində alqı-satqı müqaviləsi əsasında alınmasını, bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə müvafiq qeydiyyat aparılmaqla ona ********** nömrəli çıxarış verilməsini, xx.xx.2022-ci il tarixində Şabran rayon İcra Başçısının imzası ilə torpaq sahəsinin üzərində obyektin tikintisinə 110 saylı İcazə verilməsini, həmin icazənin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli 68 saylı sərəncamı və tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğun olması barədə rəy əsasında verilməsini, şikayətimə əlavə edilən fotoşəkillərdə və xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda onun torpaq sahəsinin tikinti altına düşən hissəsində bir ədəd quru armud ağacı kəsməsinin qeyd edilməsi və Azərbaycan Respublikasının "Yaşıllıqların mühafizəsi haqqında" xx.xx.2014-cü il tarixli, 957-İVQ nömrəli Qanunun 6-cı maddəsinə əsasən tikinti altına düşən bir ədəd quru armud ağacının yaşılıq növünə aid olmamasını nəzərə alaraq sözü gedən qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X5 şikayətinin məzmununa uyğun izahat verərək, bir ədəd quru armud ağacını kəsdiyini, həmin ağacın kəsilməsi ilə bağlı hər-hansı bir rəy almadığını və müvafiq tikinti işlərinin aparılması üçün ağacı kəsmək qərarına gəldiyini bildirmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər İdarəsinin 5 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi X4 məhkəmə iclasında göstərmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər İdarəsinin 5 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X2 müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul etməsi səbəbi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 1000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X2 həmin qərardan verdiyi şikayətin əsassız olduğunu nəzərə alaraq, şikayətin rədd edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyərək, şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməli və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər İdarəsinin 5 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər İdarəsinin 5 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul etməsi səbəbi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - Fotoşəkillərdən görünür ki, Şabran şəhərinin Heydər Əliyev prospekti ərazisində inşa edilməkdə olan tikinti obyektinin ərazisində bir ədəd ağac olmuşdur. Azərbaycan Respublikasının "Yaşıllıqların mühafizəsi haqqında" xx.xx.2014-cü il tarixli, 957-İVQ nömrəli Qanunun: 1.0.1-ci maddəsinə əsasən yaşıllıqlar - şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumudur. 13.4-cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət Azərbaycan Respublikasının "Yaşıllıqların mühafizəsi haqqında" xx.xx.2014-cü il tarixli, 957-İVQ nömrəli Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi qaydasının pozulmasına, yəni müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə görə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan Şabran şəhərinin Heydər Əliyev prospekti ərazisində yerləşən bir ədəd ağacı kəsmişdir. Bu səbəbdən də o, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər İdarəsinin 5 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 3, 12.1, 84.1, 84.2, 129.1.3, 253-1.2.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan Şabran şəhərinin Heydər Əliyev prospekti ərazisində yerləşən bir ədəd ağacı kəsmişdir. Bu səbəbdən də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər İdarəsinin 5 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə X3 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. X2 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də, X2 şikayət rədd edilməli və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər İdarəsinin 5 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, qərara aldı: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər İdarəsinin 5 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin rəisi X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №3(031)-113/2024
Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-113/2024
16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver