Məhkəmə qərarları › İş №3(031)-113/2025

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-113/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-113/2025 05.06.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Qərardan şikayət verən şəxs X2, Qərarından şikayət verilən orqanın nümayəndəsi X5 iştirakı ilə X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən şəxs X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, inzibati tənbeh vermə haqqında qərara əsasən Şabran rayonu, Bakı-Quba avtomobil yolunun kənarı, mühafizə zolağı çirkləndiyinə görə cərimə edilmişdir. Halbuki qərarı qəbul etmiş şəxs tərəfinndən bunu təsdiq edən heç bir sübut təqdim edilməmiş, formal mülahizələr əsasında cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri iş materiallarında olan sənədlərlə əlaqəli surətdə araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, X4 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan X12 Agentliyi PHŞ-nin “1 nömrəli X6” MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 4 nömrəli arayışdan görünür ki, X7 həqiqətən Azərbaycan X12 Agentliyi PHŞ-nin 1 nömrəli X6 MMC-də təsərrüfat şöbəsinin rəisi vəzifəsində çalışır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X3 göndərilən xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, MN seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ona göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X1 rayonu, Bakı-Quba avtomobil yolunun kənarı, yolun mühafizə zonasının çirklənməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsilə təqsirli bilinərək barəsində 3000 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, yolun kənarında məişət tullantıları müəyyən edilmişdir. İş materiallarında olan Şabran Rayon Dəvəçi Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 55 nömrəli məktubdan görünür ki, Bakı-Quba yolunun 125-ci kilometrliyində Xudafərin restoranının qarşı tərəfində məişət tullantıları ilə çirkləndirilən ərazi yolun 60 metrlik mühafizə zonasıdır. Həmin ərazi bələdiyyənin mülkiyyətində deyildir. İş materiallarında olan Azərbaycan X12 Agentliyi PHŞ-nin “1 nömrəli X6” MMC-nin direktoru X4 tərəfindən Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Elnur Cəlilova ünvanlanan xx.xx.2025-ci il tarixli, 11-1/2-xx-xx/2025 nömrəli məktubdan görünür ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu, Dəvəçi kəndi ərazisindən keçən yola nəzarətin “1 nömrəli X6” MMC-nin Texniki istehsalat şöbəsinin rəisi X11 həvalə edildiyi bildirilmiş və barəsində yazılmış protokolun, qərarın X10 adına çıxarılmasına göstəriş verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsinə əsasən şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının “Tullantılar haqqında” xx.xx.1998-ci il tarixli Qanununun 5-ci maddəsinin 18-ci abzasında tullantıların idarə olunmasının yerli özünüidarə orqanları tərəfindən qanunvericiliyə uyğun təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vəzifəsi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə xx.xx.1998-ci il tarixli Fərmanının 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının “Tullantılar haqqında” xx.xx.1998-ci il tarixli Qanununun 5-ci maddəsinin birinci hissəsində “orqan (qurum)” dedikdə, əsasnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.7-ci maddəsinə əsasən müvafiq ərazidə əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, müvafiq ərazidə sanitar-epidemioloji şəraitin yaxşılaşdırılmasında, ətraf mühitin qorunmasında və ekoloji təhlükəsizliyin təmin edilməsində iştirak etmək, məişət tullantılarının yığılması, daşınması, zərərsizləşdirilməsi üçün tədbirlər görmək, insan üçün təhlükəli olan və sosial əhəmiyyət kəsb edən xəstəliklərin yayılması, o cümlədən baş vermiş və ya baş verməsi ehtimal olunan yoluxucu və kütləvi qeyri-yoluxucu (zəhərlənmə) xəstəliklərin, həyata keçirilən sanitarepidemioloji tədbirlərin və yaşayış mühitinin vəziyyəti barədə əhalinin vaxtlı-vaxtında məlumatlandırılması işini təşkil etmək yerli icra hakimiyyəti başçısının vəzifələrinə aid edilmişdir. Qanunvericilikdən göründüyü kimi tullantıların idarə olunmasının yerli özünüidarə orqanları tərəfindən qanunvericiliyə uyğun təmin edilməsi, məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi üçün tədbirlərin görülməsinin yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tullantıların idarə olunması məqsədilə yerli özünüidarə orqanına müraciət edilsə də, məişət tullantılarının yığılması, daşınması, zərərsizləşdirilməsi üçün tədbirlərin görülməsi məqsədilə yerli icra hakimiyyəti başçısına müraciət edilməmişdir. Bundan əlavə qeyd olunan vəzifələrin yerli özünüidarə orqanı və yerli icra hakimiyyəti orqanı tərəfindən publik hüquqi şəxs olan Azərbaycan X12 Agentliyinə tapşırılması barədə hər hansı sübut 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə xx.xx.2008-ci il tarixli Qərarına əsasən hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. İş materiallarında olan X4 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 11-1/2-xxxx/2025 nömrəli məktuba əsasən o, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu, Dəvəçi kəndi ərazisindən keçən yola nəzarətin X11 həvalə edildiyini bildirsə və barəsində yazılmış protokolun, qərarın X10 adına çıxarılmasına göstəriş verilməsini xahiş etsə belə, qanunvericilikdə konkret olaraq məişət tullantılarının yığılması, daşınması, zərərsizləşdirilməsi üçün tədbirlərin görülməsi yerli icra hakimiyyəti başçısının vəzifələrinə aid edilmişdir. Bu səbəbdən qeyd edilən məktuba əsasən X12 Agentliyi PHŞ-nin “1 nömrəli X6” MMCnin tullantılar aşkar olunan ərazinin tullantılardan mühafizə olunması üçün məsuliyyət daşıması müəyyən edilərsə, bu hal qanunvericiliyin pozulması ilə nəticələnə və qanunvericilikdə nəzərdə tutulmuş hüquqi müəyyənlik prinsipinə zidd olaraq işin ədalətli həllini şübhə altına sala bilər. Bu səbəbdən şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaq inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aid olduğundan, şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmadığından və X2 təqsiri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyindən, o, təqsirsiz hesab edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilmiş müddəalarının mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin üzərinə qoyulsa da, həmin orqan X4 tərəfindən tullantıların əraziyə atılması və ərazinin çirklənməsini təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi yalnız öz subyektiv mülahizələrinə əsasən X4 tərəfindən tullantıların əraziyə atılması və ərazinin çirklənməsi səbəbi ilə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməli, həmin qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslara hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması, inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması aiddir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 266.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar