Məhkəmə qərarları › İş №3(031)-121/2021

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-121/2021

10.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-121/2021 10.03.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Şabran Rayon Polis X5 Bölməsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şabran rayonunda fərdi qaydada fəaliyyət göstərən Vəkil, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X11 iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx xxxx 1959-cu il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Şabran şəhəri, X16 küçəsi, ev 2, mənzil 12 ünvanında qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şabran Rayon Polis Şöbəsinin rəisi X2 tərəfindən qəbul edilmiş xx xxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Şabran Rayon Polis X5 Bölməsinin sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə xx xxxx 2021-ci il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 14:30 radələrində, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Xaçmaz Regional Mədəniyyət İdarəsinin Şabran Mədəniyyət Mərkəzinin inzibati binasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə mübahisə etdiyi zaman, zərər çəkmiş şəxsi döyərək, qəsdən Zərərçəkmiş şəxs fiziki ağrı və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Şabran Rayon Polis X5 Bölməsinin sahə rəisi X4 tərtib elədiyi protokolu müdafiə edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 14:30 radələrində, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Xaçmaz Regional Mədəniyyət İdarəsinin Şabran Mədəniyyət Mərkəzinin inzibati binasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs döydüyünü bildirmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında oma istinad edilən əməli törətdiyini etiraf etməyərək, xx xxxxxxx 2020-ci il tarixdə, saat 14:30 radələrində, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Xaçmaz Regional Mədəniyyət İdarəsinin Şabran Mədəniyyət Mərkəzinin inzibati binasında Zərərçəkmiş şəxs onunla mübahisə etdiyi zaman sonuncunu döymədiyini göstərmiş və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə müddətin keçdiyinə görə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştiraki edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Şabran rayonunda fərdi qaydada fəaliyyət göstərən Vəkil Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 14:30 radələrində, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Xaçmaz Regional Mədəniyyət İdarəsinin Şabran Mədəniyyət Mərkəzinin inzibati binasında Zərərçəkmiş şəxs döymədiyini, həmçinin Şabran rayon prokurorunun böyük köməkçisi X13 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərara əsasən hazırkı iş üzrə aparılmış araşdırma nəticəsində Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edildiyini, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbehin cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci 03 (üç) ay keçənədək verilə bilinməsi və həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraatın başlanıla bilməməsi, başlanmış icraata isə xitam verilməli olması barədə inzibati xətalar qanunvericiliyinin tələblərini və hələ inzibati xəta haqqında protokolun məhkəməyə daxil olanadək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsi və Şəxs inzibati məsuliyyətdən azad edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 14:30 radələrində, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Xaçmaz Regional Mədəniyyət İdarəsinin Şabran Mədəniyyət Mərkəzinin inzibati binasında onu döydüyünü bildirmiş və Şəxs barəsində ən ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X3 Şəfiqə Gülbala qızının xx xxxxxxx 2020-ci il tarixdə, saat 14:30 radələrində, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Xaçmaz Regional Mədəniyyət İdarəsinin Şabran Mədəniyyət Mərkəzinin inzibati binasında vəzifə səlahiyyətlərini aşaraq iş otağında Zərərçəkmiş şəxs döyərək sonuncuya fiziki ağrı və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirdiyini göstərmiş və Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə material baxılması üçün vaxtında məhkəməyə göndərilmiş, araşdırmaların aparıldığı üçün inzibati məsuliyyətə cəlb etmə müddətlərinin axımı dayandırılmışdır. Məhkəmədə Şabran rayon Taxtalar kənd sakini Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış 46-20 nömrəli rədd materialı araşdırılaraq müəyyən olundu ki, Şabran rayon prokurorunun böyük köməkçisi, ədliyyə müşaviri X13 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, aparılmış araşdırma nəticəsində Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin materiallarda olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 xx xxxxxxx 2020-ci il tarixli, 240 saylı rəyinə əsasən məhkəmə-tibbi ekspertizasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bədən səthində sağ çiyin qurşağının arxa səthində lokalizə olunmuş çoxlu sayda xətti formalı sıyırımtılardan ibarət olan bədən xəsarətləri aşkar olunmuşdur. Aşkar olunmuş xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti müayinə olunan tarixdən təxminən 1 gündən 5-7 günə qədər olan müddətə uyğun gəlir öz-özünə yetirilməsi istisna olunmur, xəsarətlərin alınma şəraiti təhqiqat yolu ilə araşdırıla bilər, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Həmin materiallarda olan və məhkəmə baxışında tədqiq edilmiş xasiyyətnamələrdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iş yerindən müsbət xarakterizə olunurlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran rayon prokuroru X8 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin inzibati xəta tərkibi olması müəyyən edildiyindən, sözü gedən şəxs barəsində həmin maddə ilə icraata başlanılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Polis X5 Bölməsinin sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 14:30 radələrində, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Xaçmaz Regional Mədəniyyət İdarəsinin Şabran Mədəniyyət Mərkəzinin inzibati binasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs döyməsi səbəbi ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, proses iştirakçılarının izahatları, inzibati xəta haqqında protokol və digər iş materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs döyərək qəsdən ona fiziki ağrı və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməsi sübuta yetirildi. Bu səbəbdən onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 157-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin.

2. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar