Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-122/2025 19.03.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X2, Qərarından şikayət verilən orqanın nümayəndəsi X3 iştirakı ilə X2 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi barədə şikayətə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 Rayon Məhkəməsinə şikayətlə müraciət edərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş şikayət onunla əsaslandırılmışdır ki, Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən “Dəvəçi” kafesi ona məxsusdur. xx.xx.2024-cü il tarixli, 155 nömrəli məcburi göstərişin tələbinin yerinə yetirilməsi məqsədilə onunla Şabran Rayon Yaşıllıq və Təmizlik İdarəsi arasında xx.xx.2025-ci il tarixdə 110 nömrəli müqavilə bağlanmış, müqaviləyə əsasən idarənin müdiri C.V.Cəfərov öz işçi qüvvəsi və texnikası ilə “Dəvəçi” kafesi ərazisindən bərk məişət tullantılarının şəhərin məişət tullantıları paliqonuna daşınmasını öhdəsinə götürmüş, bunun müqabilində hər ay 10 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürmüş və qeyd olunan xidmət haqqını ödəmişdir. “Dəvəçi” kafesindən çıxan çirkab suları kanala axıdıldığından həmin pozuntunun da aradan qaldırılması, kafenin yerləşdiyi ərazidə çirkab sularının toplanması üçün şambonun (quyunun) qazılması Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı X7 tərəfindən ona tapşırılmış, pozuntunun aradan qaldırılması üçün 30 gün vaxt verilmişdir. O, pozuntunun aradan qaldırılması üçün xx.xx.2025-ci il tarixdə “Dəvəçi” kafesinin ərazisində çirkab sularının toplanması və oradan daşınması üçün şambo (quyu) qazdırmış və xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsini məlumatlandırmışdır. X7 ona quyunu betonla inşa etməsini ona bildirmiş və o, quyunu beton vasitəsilə inşa etmişdir. Bundan sonra Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat vermişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməli və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan X6 və Şabran rayon Yaşılllıq və Təmizlik İdarəsinin müdiri X10 arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 110 nömrəli müqavilədən görünür ki, Şabran Rayon Yaşılllıq və Təmizlik İdarəsinin müdiri X10 öz işçi qüvvəsi və texnikası ilə “Dəvəçi” kafesi ərazisindən bərk məişət tullantılarının şəhərin məişət tullatıları paliqonuna daşınmasını öhdəsinə götürmüş, bunun müqabilində isə X4 hər ay 10 manat məbləğində pul vəsaitini ödəməyə razılaşmışdır. İş materiallarında olan xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli Şabran Rayon Yaşıllıq və Təmizlik İdarəsinə məxsus məişət tullantılarının daşınması üçün mədaxil qəbzinə əsasən X6 15 və 10 manat məbləğində ödənişlər etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilən xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şabran rayonu ərazisində yerləşən “Dəvəçi” kafesinin sahibi X6 xx.xx.2025-ci il tarixdə idarənin ətraf mühitin mühafizəsi sahəsində pozuntuların aradan qaldırılması barədə tələbinin icra edilmədiyi müəyyən olunduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilən xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq təbiq olunması haqqında qərardan görünür ki, Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən “Dəvəçi” kafesinin sahibi X5 verilmiş xx.xx.2024-cü il tarixli, 155 nömrəli məcburi göstərişin tələbi yerinə yetirilmədiyinə görə X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X5 göndərilən xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar ona icra olunması üçün göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər İdarəsinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli baxış aktından görünür ki, “Dəvəçi” kafesi və maşın təmiri sexinin (avtomobilllərin yuyulması) fəaliyyəti zamanı əmələ gələn tullantı sularının obyektin kənarından keçən beton suvarma kanalına axıdılması davam edir. Beləliklə, idarənin xx.xx.2024-cü il tarixli “Ətraf mühitin mühafizəsi sahəsində pozuntuların aradan qaldırılması barədə tələb”in şərtləri icra edilməmişdir. İş materiallarında olan X9 tərəfindən verilən xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, kafe və maşın yuma sexinin fəaliyyəti zamanı əmələ gələn tullantı sularının obyektin yanından keçən beton suvarma kanalına axıdılması qarşısını almaq üçün tələbin şərtlərini edə bilməmişdir. Belə ki, hava şəraitinin tikinti və qazma işlərinin aparılması üçün əlverişsiz olduğuna görə tikə bilməmişdir. Hal-hazırda hava şəraiti ilə əlaqədar obyekt işləmir. Qısa müddətdə tələblərin tam şəkildə icrasını təmin edəcəyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər İdarəsinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun baş məsləhətçi-müfəttişisi X7 tərəfindən verilən xx.xx.2025-ci il tarixli xidməti məruzədən görünür ki, xx.xx.2025-ci il tarixdə Şabran rayonu,Dəvəçi kəndi ərazisində, Bakı-Quba avtomobil yolunun solunda X5 məcburi göstərişin şərtlərinə əməl etmədiyinə görə barəsində çıxarılmış inzibati cərimə qərarının müddəti bitdiyinə görə tərəfindən baxış atı tərtib edilmişdir. Ətraf mühitin mühafizəsi sahəsində ekoloji qanun pozuntusunun aradan qaldırılması barədə tələb icra olunmamışdır. İş materiallarında olan fotoşəkillərdən görünür ki, “Dəvəçi” kafesində fəaliyyət zamanı formalaşan tullantı suları kənara axıdılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər İdarəsinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli ətraf mühitin mühafizəsi sahəsində pozuntuların aradan qaldırılması barədə tələbdən görünür ki, X6 tərəfindən Şabran rayonu, Dəvəçi kəndi ərazisində fəaliyyət göstərən “Dəvəçi” kafesində fəaliyyət zamanı formalaşan tullantı sularının kənara (çölə) axıdılması müşahidə olunmuşdur. X5 “Dəvəçi” kafesində fəaliyyət zamanı formalaşan tullantı sularının qarşısının alınması məqsədilə ərazidə qanunvericilikdə nəzərdə tutulmuş qaydada şambonun tikilməsinin təmin olunması üçün 30 gün, formalaşan tullantıların daşınması üçün aidiyyatı təşkilatlarla müqavilənin bağlanmasının təmin olunması üçün 10 gün müddət verilmişdir. İş materiallarında olan poçt göndərişlərinin izlənməsinə dair çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli ətraf mühitin mühafizəsi sahəsində pozuntuların aradan qaldırılması barədə tələb X5 xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırma aparılması barədə qərardaddan görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər İdarəsinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən idarənin müvafiq sərəncamı ilə Şabran rayonu, Dəvəçi kəndi ərazisində fəaliyyət göstərən “Dəvəçi” kafesi və təkər təmiri sexində formalaşan tullantı sularının idarə olunması ilə bağlı keçirilmiş monitorinq zamanı tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 86264 nömrəli akt və inzibati materiala əlavə edilmiş digər sənədləri nəzərdən keçirilərək kafenin və təkər təmiri sexinin fəaliyyəti zamanı formalaşan məişət tullantılarının və çirkab suların zərərsizləşdirilməsi üçün müvafiq xidməti təşkilatlar ilə müqavilə bağlanmamışdır. İş materiallarında olan X6 tərəfindən verilən xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, ətraf mühitin mühafizəsi sahəsində pozuntuların aradan qaldırılması barədə 155 nömrəli tələbi almışdır. Şambonun qazılması ilə bağlı maddi imkanı olmadığına görə icra edə bilmədiyini bildirmişdir. Bundan əlavə tullantıların daşınması ilə bağlı hazırda müqavilənin olmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər İdarəsinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli, 86264 nömrəli aktdan görünür ki, Şabran rayonu, Dəvəçi kəndi ərazisində, Bakı-Quba avtomobil yolunun sol tərəfində yol kənarında yerləşən “Dəvəçi” kafesində və təkər təmiri sexində tullantı sularının obyektin yaxınından keçən suvarma kanalına axıdıldığı müşahidə edilmişdir. Araşdırma zamanı obyektin ********** nömrəli VÖEN ilə X6 tərəfindən idarə edildiyi və ona məxsus olduğu və obyektin fəaliyyəti zamanı orada formalaşan bərk məişət tullantılarının daşınması üçün müqavilə olmadığından naməlum istiqamətlərdə atıldığı müəyyən edilmişdir. Bundan başqa obyektdə formalaşan tullantı suları obyektin kənarından keçən suvarma kanalına axıdıldığı müşahidə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər İdarəsinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilən xx.xx.2025-ci il tarixli, 88343 nömrəli aktdan görünür ki, idarənin ətraf mühitin mühafizəsi sahəsində pozuntuların aradan qaldırılması barədə 155 nömrəli tələbin icra vəziyyəti araşdırılarkən tələbdə nəzərdə tutulan tapşırıqların icra edilmədiyi müəyyən edilmişdir. Obyektin fəaliyyəti zamanı formalaşan bərk məişət tullantılarının daşınması üçün müqavilə hələki bağlanmamışdır. Tullantı sularının idarə olunması üçün şambo tikilməmişdir. Tullantı suları obyektin yanından keçən suvarma sularının nəqli üçün nəzərdə tutulmuş beton kanala axıdılmışdır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, ********** nömrəli VÖEN X5 məxsusdur. Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi haqqında” Qanununun 24.2-ci maddəsinə əsasən ətraf mühitin müəyyən edilmiş limitlərdən artıq çirkləndirilməsinə görə cərimələr qanunvericilikdə müəyyən edilən qaydada və məbləğdə alınır. Həmin Qanunun 78-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər, o cümlədən vəzifəli şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının “Ekoloji təhlükəsizlik haqqında” Qanunun 5.1.7-ci maddəsinə əsasən ekoloji təhlükəsizlik sahəsində dövlətin hüquqlarına qanunvericiliyi pozan vəzifəli şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək aiddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinin 3-cü bəndinə əsasən qanunu bilməmək məsuliyyətdən azad etmir. Məhkəmə iclasında X6 tullantı sularının kənara axıdılmasının pozuntu olduğunu bilmədiyini bildirsə də, bu onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi üzrə məsuliyyətdən azad edən hal kimi nəzərə alına bilməz. İş materiallarına əsasən X6 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi barəsində tərtib etdiyi xx.xx.2025-ci il tarixli aktı imzalamışdır. Lakin onun qeyd edilən aktı imzalamaqdan imtina etmək imkanının olmasına baxmayaraq aktı imzalaması faktını təqsirinin Məcəllədə nəzərdə tutulan qaydada sübuta yetirilməsində əsas kimi hesab etmək mümkündür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər İdarəsinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan və akta əsasən “Dəvəçi” kafesinin sahibi X6 tərəfindən ətraf mühitin mühafizəsi sahəsində pozuntuların aradan qaldırılması barədə tələbin icra edilmədiyi müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 3, 12.1, 84.1, 84.2, 129.1.3, 275.1.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X6 ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərini yerinə yetiməmişdir. Bu səbəbdən də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 3000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə X5 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün tövsif edilmişdir. Ona görə də şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. X2 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməli və inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan X6 tərəfindən verilmiş şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №3(031)-122/2025
Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-122/2025
19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver