Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-123/2025 14.04.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X3 iştirakı ilə X3 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26416823 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən şəxs X1 Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26416823 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “DAF XD440 FT” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini yüklədiyi ərazidən 39700 kq çəki ilə xx.xx.2025-ci il tarixdə, saat 14:28-də çıxmışdır. Yükü boşaltdığı əraziyə 40050 kq çəki ilə xx.xx.2025-ci il tarixdə, saat 20:19 radələrində çatmışdır. Kamera görüntülərində isə idarə etdiyi yük nəqliyyat vasitəsinin çəkisi əsassız olaraq 42500 kq müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs qərarın əsassız olduğunu bildirmiş və icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, iclasda nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri iş materiallarında olan sənədlərlə əlaqəli surətdə araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli və X6 barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26416823 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26416823 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 600 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin CC:33:31:08:0E:8C nömrəli kamerasına məxsus fotoşəkillərdən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 17:30:25-də “DAF XD440 FT” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin çəkisi 42500 kq müəyyən edilmişdir. İş materiallarında olan sürücülük vəsiqəsindən görünür ki, vəsiqə X4 məxsusdur. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “DAF XD440 FT” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin sahibi X2r. İş materiallarında olan AE seriyalı, 103057 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Akyel” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu nəqliyyat vasitəsinin sahibi X2r. İş materiallarında olan tərəzi qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 20:19:39-da **-SD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yüklə birlikdə çəkisi 40050 kq təşkil etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 61 nömrəli qaimə-fakturadan görünür ki, xx.xx.2025-ci il tarixdə **-SD-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yüklə birlikdə çəkisi 39700 kq təşkil etmişdir. İş materiallarında olan yoxlama haqqında şəhadətnamədən görünür ki, tərəzi xx.xx.2024-cü il tarixdə yoxlanılmış və növbəti yoxlama tarixi xx.xx.2025-ci il qeyd edilmişdir. Ölçmə zamanı hər hansı maneəyə rast gəlinməmişdir. Yoxlamanın nəticəsi yararlı olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydasının 3-cü hissəsindəki (Nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi) 2 nömrəli cədvələ əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə və üçoxlu dartıcı ikioxlu yanmqoşqu ilə olan yük avtomobilləri üçün nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi 40 tonu aşmamalıdır. Azərbaycan Respublikası “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qanununun 7.2-ci maddəsinə əsasən 353.2-ci maddənin dispozisiyasına “aşmaqla” sözündən sonra “(icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq)” sözləri əlavə edilmişdir. Göründüyü kimi xx.xx.2025-ci il tarixli qəbzə və qaimə-fakturaya əsasən “DAF XD440 FT” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yük ilə birlikdə çəkisi xx.xx.2025-ci il tarixdə 39700 kq və həmin tarixdə, saat 20:19:39-da 40050 kq təşkil etsə də, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin CC:33:31:08:0E:8C nömrəli kamerasına məxsus fotoşəkillərə əsasən xx.xx.2025-ci il tarixdə, saat 17:30:25-də “DAF XD440 FT” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kütləsi əsassız olaraq 42500 kq müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə hesab edir ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin üzərinə qoyulsa da, həmin orqan tərəfindən X3 xüsusi təyinatlı yük maşınının icazə verilən ümumi kütləni aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etməsini təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmiş, yalnız öz subyektiv mülahizələrinə əsasən X3 idarə etdiyi xüsusi təyinatlı yük maşınının ümumi kütləsinin çox olduğunu müəyyən etmələri səbəbi ilə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdirlər. Bu səbəbdən şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığına görə şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməli və şəxsin təqsiri səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədiyinə görə o, təqsirsiz hesab edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi “AzDoc”-X5 Sistemi vasitəsilə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, bundan əlavə müvafiq orqana qərarın tərtib edilməsi üçün əsas olmuş sənədlərin və sübutların məhkəməyə göndərilməsi barədə sorğu yazılmasına baxmayaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi məhkəmə prosesində nümayəndəsinin iştirakını təmin etməmiş və qərarın tərtib edilməsi üçün əsas olmuş sənədləri məhkəməyə göndərməmişdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, şikayət əsaslı olduğundan təmin edilməli, həmin qərar ləğv edilməli və X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1); hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması (135.1.2); hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi (135.1.3); inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi (135.1.4); tətbiq edilmiş tənbehin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması (135.1.5); Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması (135.1.5-1); inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi (135.1.5-2); Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması (135.1.6). Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26416823 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №3(031)-123/2025
Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-123/2025
14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver