Məhkəmə qərarları › İş №3(031)-126/2021

Şabran Rayon Məhkəməsi Qərar — İş №3(031)-126/2021

01.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-126/2021 01.04.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs X2 iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, xx xxxxxx 1990-cı il tarixdə Dəvəçi rayonunun Xırdaoymaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Şabran rayonunun Xırdaoymaq kəndində qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şabran rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şabran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş xx xxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyəti üzrə xx xxxx 2021-ci il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 2(031)-240/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən birgə nikah dövründə əldə edilmiş kənd təsərrüfatı texnikalarının, - 01 (bir) ədəd “Belarus 89.2” markalı traktorun və “KR-14” markalı 04 (dörd) gövdəli kotanın, - ümumi dəyəri olan 10510 (on min beş yüz on) manat məbləğində pul vəsaitinin yarı məbləği, yəni 5255 (beş min iki yüz əlli beş) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat məbləğində hissəsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs alınaraq zərər çəkmiş şəxs X3 ödənilməlidir. Şabran rayon İcra və Probasiya şöbəsində həmin icra vərəqəsi üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarla icraata başlanılmış və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sözü gedən icra vərəqəsində göstərilən tələbi könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər göndərilmişdir. Şəxs isə maddi vəziyyətinin hazırda yaxşı olmadığını səbəb gətirərək Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 2(031)-240/2019 nömrəli, xx xxxxxx 2019cu il tarixli icra vərəqəsində göstərilən tələbi icra etməkdən qərəzli olaraq boyun qaçırır. Məhkəmə iclasında iştirak edən və hazırki inzibati xəta haqqında iş üzrə xx xxxx 2021-ci il tarixdə, saat 16:10-da Şabran Rayon Məhkəməsinin inzibati binasında keçirilmiş açıq məhkəmə baxışı iclasında Şəxs Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 2(031)-240/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsində göstərilən tələbi icra etməkdən qərəzli olaraq boyun qaçırdığını bildirmiş inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərtib etdiyi protokolu müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Hazırki inzibati xəta haqqında iş üzrə xx xxxx 2021-ci il tarixdə, saat 16:10-da Şabran Rayon Məhkəməsinin inzibati binasında keçirilmiş açıq məhkəmə baxışı iclasında Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 2(031)-240/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən birgə nikah dövründə əldə edilmiş kənd təsərrüfatı texnikalarının, - 01 (bir) ədəd “Belarus 89.2” markalı traktorun və “KR-14” markalı 04 (dörd) gövdəli kotanın, - ümumi dəyəri olan 10510 (on min beş yüz on) manat məbləğində pul vəsaitinin yarı məbləği, yəni 5255 (beş min iki yüz əlli beş) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat məbləğində hissəsinin ondan alınaraq keçmiş həyat yoldaşı X3 ödənilməli olduğunu göstərmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ********* nömrəli mədaxil qəbzin surətini məhkəməyə təqdim edərək məhkəmə qərarına hörmətlə yanaşdığını, Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 2(031)-240/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsində göstərilən tələbi icra etməkdən yayınmadığını, sadəcə son aylar heç-bir yerdə işləmədiyi (adətən yaz aylarında işə başladığı) üçün hazırda maddi imkanının ağır olması səbəbi ilə həmin icra sənədini bu günədək tam şəkildə icra edə bilmədiyini, eləcə də onunla birgə yaşayan və ondan başqa baxanı olmayan anasının ağır yataq xəstəsi olduğunu, sözü gedən icra vərəqəsində göstərilən tələbi birdəfəlik ödəniş edərək tam şəkildə icra edilməsinin hazırda onun maddi imkanı xaricində olduğunu, borca götürdüyü 200 (iki yüz) manat məbləğində pul vəsaitini də Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 2(031)-240/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsi üzrə xx xxxxx 2021-ci il tarixdə X2 hesabına köçürdüyünü və bundan sonra hissə-hissə ödənişlər edərək X3 olan pul borcunu yaxın zamanda tam şəkildə ödəyəcəyinə dair söz verdiyini bildirərək, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən və hazırki inzibati xəta haqqında iş üzrə xx xxxx 2021-ci il tarixdə, saat 16:10-da Şabran Rayon Məhkəməsinin inzibati binasında keçirilmiş açıq məhkəmə baxışı iclasında Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 2(031)-240/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən birgə nikah dövründə əldə edilmiş kənd təsərrüfatı texnikalarının, - 01 (bir) ədəd “Belarus 89.2” markalı traktorun və “KR-14” markalı 04 (dörd) gövdəli kotanın, - ümumi dəyəri olan 10510 (on min beş yüz on) manat məbləğində pul vəsaitinin yarı məbləği, yəni 5255 (beş min iki yüz əlli beş) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat məbləğində hissəsinin Şəxs alınaraq ona ödənilməli olduğunu, Şəxs isə həmin icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırdığını göstərmiş zərər çəkmiş şəxs X1 Rayon Məhkəməsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 2(031)-240/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsində göstərilən tələbin bir dəfəlik ödəniş edilərək ödənilməsini istədiyini bildirərək, Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 2(031)-240/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, birgə nikah dövründə əldə edilmiş kənd təsərrüfatı texnikalarının, - 01 (bir) ədəd “Belarus 89.2” markalı traktorun və “KR-14” markalı 04 (dörd) gövdəli kotanın, - ümumi dəyəri olan 10510 (on min beş yüz on) manat məbləğində pul vəsaitinin yarı məbləği, yəni 5255 (beş min iki yüz əlli beş) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat məbləğində hissəsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs alınaraq zərər çəkmiş şəxs X3 ödənilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli icraata başlamaq haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, həmin qərarla Şabran rayon İcra və Probasiya şöbəsindən Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 2(031)-240/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsi üzrə icraata başlanılmısdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ünvanlanmış xx xxxxxxx 2020-ci il tarixli, 157412/2020 nömrəli tələbin könüllü icrası haqqında bildirişin təsdiq edilmiş surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 2(031)-240/2019 nömrəli, xx xxxxxx 2019cu il tarixli icra vərəqəsində göstərilən tələbi 10 (on gün) müddətində icra etməli olduğu haqqında və icranın könüllü şəkildə təmin edilməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi barədə məlumatlandırılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Şəxs xx xxxx 2021-ci il tarixdə Şabran rayon İcra və Probasiya şöbəsində verdiyi izahatın təsdiq olunmuş surətindən görünür ki, o, Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 2(031)-240/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsində göstərilən tələb və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi barədə məlumatlandırılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş ********** nömrəli mədaxil qəbzin təsdiq edilmiş surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxx 2021-ci il tarixdə zərər çəkmiş şəxs X2 hesabına 100 (bir yüz) manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş ********* nömrəli mədaxil qəbzin təsdiq edilmiş surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxx 2021-ci il tarixdə zərər çəkmiş şəxs X2 hesabına 400 (dörd yüz) manat məbləğində ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş ********* nömrəli mədaxil qəbzin surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxx 2021-ci il tarixdə zərər çəkmiş şəxs X2 hesabına 200 (iki yüz) manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş borclunun yaşayış yerinin (iş yeri və ya olduğu yerin) dəyişməsinin və yaxud tələbin yönəldilə biləcəyi əmlakının olmaması və ya yetərli olmamasının müəyyən edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, Şabran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeydiyyatda olduğu Şabran rayonunun Xırdaoymaq kəndi ərazisində yerləşən fərdi yaşayış evinə keçirilmiş baxış nəticəsində Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 2(031)-240/2019 nömrəli, xx xxxxxx 2019cu il tarixli icra vərəqəsində göstərilən tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Elektron İcra” İnformasiya Sistemindən çıxarılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsi kartoçkasının təsdiq olunmuş surətindən görünür ki, onun mülkiyyətində olan hər hansı daşınar və ya daşınmaz əmlakı, banklarda hesablarının olub-olmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə müvafiq orqanlara elektron sorğular göndərilmiş və hər hansı əmlakı və ya gəlirləri aşkar edilməmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 2(031)-240/2019 nömrəli, xx xxxxxx 2019cu il tarixli icra vərəqəsinə əsasən birgə nikah dövründə əldə edilmiş kənd təsərrüfatı texnikalarının, - 01 (bir) ədəd “Belarus 89.2” markalı traktorun və “KR-14” markalı 04 (dörd) gövdəli kotanın, - ümumi dəyəri olan 10510 (on min beş yüz on) manat məbləğində pul vəsaitinin yarı məbləği, yəni 5255 (beş min iki yüz əlli beş) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat məbləğində hissəsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs alınaraq zərər çəkmiş şəxs X3 ödənilməlidir. Həmin icra sənədi üzrə Şabran rayon İcra və Probasiya şöbəsində xx xxxxxxx 2020-ci il tarixli qərarla icraata başlanılmış, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər göndərilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi onun nəzərinə çatdırılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxx 2021-ci il, xx xxxx 2021-ci il və xx xxxxx 2021-ci il tarixlərdə Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 2(031)- 240/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsi üzrə ümumilikdə 700 (yetdi yüz) manat məbləğində ödəniş etsə də, zərər çəkmiş şəxs X5 həmin icra sənədində göstərilən tələbin birdəfəlik ödəniş edilərək yam şəkildə ödənilməsini istəyir, Şəxs isə hazırda heç-bir yerdə işləmədiyi üçün maddi vəziyyətinin pis olmasını səbəb gətirərək ondan sözü gedən icra vərəqəsində göstərilən tələbi bir dəfəlik ödəniş edərək tam şəkildə icra etməsini tələb edən icra məmurunun qanuni tələbini yerinə yetirmir. Göstərilənlərlə yanaşı Şəxs qeydiyyatda olduğu ünvanı baxış keçirilmiş, mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olub-olmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə müvafiq orqanlara elektron sorğular göndərilmiş və Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 2(031)-240/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsində göstərilən tələbin yönəldilə biləcəyi hər hansı əmlakı və ya gəlirləri aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda qeyd edilən hərəkətinin məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokolu tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar aşkar edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların aşkar edilməməsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 110-112, 114, 115, 117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin.

2. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar