Azərbaycan Respublikası adından QƏRAR Şabran şəhəri İş № 3(031)-133/2022 11.03.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs X3 iştirakları ilə, fərdi identifikasiya nömrəsi “xxxxxxx” olan, 27 avqust 1975-ci il tarixdə Dəvəçi rayonunun Gəndab kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Şabran rayonunun Gəndov kəndində qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şabran Rayon Polis Şöbəsinin rəisi X1 tərəfindən qəbul edilmiş 11 mart 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Şabran Rayon Polis X2 Bölməsinin sahə rəisi X7 tərəfindən tərtib olunmuş 10 mart 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə baxılması üçün aidiyyətı üzrə 11 mart 2022-ci il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməli törətdiyini etiraf edərək, törətmiş olduğu əməldən peşman olduğunu, hazırda törətdiyi inzibati xəta nəticəsində zərər çəkmiş şəxs X4 dəymiş maddi ziyanı tamamilə ödədiyini və sonuncu ilə barışdığını göstərmiş və barəsində başlanılmış inzibati xəta haqqında iş üzə icraata xitam verilməsi xahiş etmişdir. Zərər çəkmiş şəxs X6 məhkəmə iclasında məhkəməyə ərizə vasitəsi ilə müraciət edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xəta nəticəsində ona dəymiş maddi ziyan tamamilə ödənildiyini, hazırda Şəxs hər-hansı bir şikayət və ya tələbinin olmadığını və Şəxs ilə barışdığını bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xəta nəticəsində zərər çəkmiş şəxs X4 vurulmuş maddi ziyanı tamamilə ödəməsi və zərər çəkmiş şəxs X6 barışması səbəbi ilə inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227, 232-1ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsin vurulmuş ziyanı tamamilə ödəməsi və zərər çəkmiş şəxslə barışığı qanuna zidd olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39 və 114-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. Şəxs barəsində başlanmış Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin.
2. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şabran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim Çingiz İsgəndərov